Nisə Qasımova: Bilirəm ki, ayıbdır, amma...

Nisə Qasımova: Bilirəm ki, ayıbdır, amma..."Yəni, bu sponsorlar o sponsorlardandır?"

Xalq artisti Nisə xanım Qasımova yenə sərt danışıb. Lent.az-a müsahibəsində xalq artisti bu dəfə bəzi mahnı bəstələyənlərə etiraz edib. O bildirib ki, hər mahnı yazan özünü bəstəkar adlandırmamalıdır. Xalq artisti Azərbaycanın dahi bəstəkarlarından sonra bu sahədə boşluq yarandığını deyib:

"Mən Ələkbər Tağıyev kimi bəstəkarla işləmişəm. Elə bəstəkarlar var ki, onun mahnılarından örnək alır, hətta mahnılarını onun bəstələrinə bənzədir. İndi hər mahnı yazan özünü bəstəkar adlandırır. Mən daha çox aranjemançıları yaxşı musiqiçi hesab edirəm. Çünki aranjemançılar da etiraf edirlər ki, özlərini bəstəkar adlandıran bəzi müğənnilər musiqi yox, bir ovuc not gətirirlər ki, bundan mahnı düzəldin. Hərdən oturub musiqimizin tarixinə nəzər salıram. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Faiq Sücaəddinov, Eldar Mansurov kimi bəstəkarlarımızın adları gəlir. Sonra isə Elşad, Gülşad, Rəqsanə, nə bilim kimlər. Görün, biz haradan gəlib, hara gedirik? Zirvədən yuvarlanaraq aşağı düşürük. Biz o zirvələrin sayəsində daha da qalxmaqdansa, sürətlə aşağı endik".

Yaradıcılığının 40 illiyi ilə bağlı tədbir keçirib-keçirməyəcəyinə gəlincə isə Nisə Qasımova bildirib ki, sponsor olmadığı üçün o, hələlik yubiley tədbirini keçirməyəcək: "Oktyabrda qeyd etmək istəyirdim. Baxdım ki, bir qədər çətinlik var, ona görə də təxirə saldım. Fikrim var, gələn ilin fevralında qeyd edim. Bir şey etiraf edim ki, sponsoru necə axtararlar, taparlar, onunla hansı danışıqları edərlər, mən o prosesi bilmirəm. Sonra fikirləşirəm, bəzi müğənnilərə sponsorluq edirlər. Yəni, bu sponsorlar o sponsorlardandır? Yaxud da mən o müğənnilərdən deyiləm deyəmi mənim sponsorum yoxdur? Nə bilim, dəhşətə gəlirəm".

Siqareti-siqaret ardınca yandıran xalq artisti bildirib ki, onun siqaret çəkməsinin bir çox səbəbi var. 1987-ci ildən siqaret çəkdiyini deyən Nisə Qasımova bunu özünə bağışlamadığını da söyləyib: "Bir müddət Moskvada yaşadım. Vətəndən ayrı olanlar bu hissi bilirlər. 3 ildə Bakının havası, camaatı üçün darıxırdım. Sənətim üçün darıxmırdım. Amma hərdən mədəniyyət sahəmizi gözdən keçirirdim. Bu, mənə o qədər ağır gəlirdi ki... Mən Bakıya qayıdanda isə dedilər ki, Nisə Qasımova rus qadınlarından ancaq siqaret çəkmək öyrənib gəldi. Amma bilmirdilər ki, mən siqareti kefdən çəkməmişəm.

Bunun çox ağır bir nədəni var. Allah-təala heç bir qadını başsız etməsin. Hər bir qadının sahibi ata, qardaş, həyat yoldaşıdır. Amma mən bu itkiləri çox tez yaşadım. O zamanlar yaşımın az olmasına baxmayaraq, mən ailədə başçı kimi olmuşam. Siqaret mənim içimdə gizlətdiyim sirləri alıb dağıdıb. Bir kəsə deyə bilmədiyim dərdi siqaretə demişəm. Oxucular bunu mənə ayıb tutmasınlar. Bilirəm ki, ayıbdır. Azərbaycan qadınına yaraşmayan bir şeydir. Amma neynəyim? Bəzən siqaret tüstüsü məni daha çox ovundurur, nəinki sözlər".

lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 999   Tarix: 07 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230