Zamanı qabaqlayan məşhurlar

Zamanı qabaqlayan məşhurlarYazıçıların ideyaları çox,fantaziyaları güclü olur.Öz dövrlərində buna fantastika kimi baxılsa da 50-100 ildən sonra onlardan bir çoxu reallaşıb.Bizə isə o qalır ki,görəsən bu öncədən görmə idi yoxsa alimlər ideyaları kitablardan götürürlər?

Bəzilərinə nəzər salaq.

Jul Vern (Jules Verne)

"İnsan o zamana qədər maşınlar kəşf edəcək ki,artıq maşınlar insanı yeməyə başlayacaq (maşınlar insanlardan çox olacaq)"

Onun saysız hesabsız ideyalarını oxuduqca təsəvvür edirsən ki,sanki onun otağında zaman maşını olub.Onun romanlarında,hekayələrində elə şeylər təsvir olunub ki,o dövr üçün ağlasığmazdır-təyyarələr,akvalanqlar,videofonlar,kosmosa uçuş,elektrik mühərriki-saymaqla bitməz.Bunları isə yazıçı öz əsərlərində 19-cu əsrin sonlarında yaradıb.Bu kəşflərin heç izi-tozu olmayan bir dövrdə.

Herbert Uels (Herbert Wells)

"Təcrübənin sərhədlərini aşan dahi ideyaların insan üzərində hökmü digər az əhəmiyyət kəsb edənlərdən zəif olur,amma onun haqda konkret düşüncələr mövcuddur"

Uelsin ideyaları həqiqətən zamanı qabaqlayır.Dahi yazıçı öz ədəbi əsərlərində televiziya,eskalator,genetik eksperimentlər,uçan hərəkətli vasitələr,lazer silahı,atom bombası və s təsvir edib.Həm də Uels telefonun potensialını irəlidən görərək qeyd edib ki,gələcəkdə insanlar üçün nömrə bir vasitə telefon olacaq-o özündə həm komputeri və interneti birləşdirə biləcək.Təbii ki o bunu bilmirdi,çünki yazılarını 20-ci əsrin əvvəllərində yazmışdı.

Artur Klark (Arthur Clarke)

"Planşetin qısa yaddaşını işə salaraq ekranda ona gələn şəkil və məlumatlara baxdı,Onu maraqlandıran başlıqlara və mətnlərə göz gəzdirdi"

Dahi Stivdən öncə planşetin prototipini Artur Klark öz əsərlərində detallarıyla qeyd etmişdi.1968-ci ildə çap olunan "2001-ci ilin kosmik Odisseyi"əsərində.Online oyunlara insanların xəstəlik dərəcəsində aludə olacaqlarını da o öncədən yazmışdı,halbuki virtual anlayışı onun yaşadığı zamanda heç yox idi.Amma bu müəllifə irəlini görməyə və bizim indi internet adlandırdığımız anlayışı öz kitablarında göstərməyə mane olmayıb. 1945-ci ildə məhz Klark radiolokasiyanı vı lazım olan obyektlərin izlənib yerinin təyin olunması fikrini dilə gətirib.

Rey Bredberi (Raymond Douglas "Ray" Bradbury)

"Bizim,yer insanlarının bütün gözəl və möcüzəli olanları dağıtmaq vergisi var.Əgəd biz Misir məbədlərində sosiska satışı yerlərini hələ də açmamışıqsa bu yalnız ona görədir ki,orda kommersiyanı inkişaf etdirmək olmayacaqdı."

Rey o qədər maraqlı fikirlərlə zəngindir ki.Məsələn 1953-ci ildə müasir sosial şəbəkənin prototipini göstərib-onun əsərində iki dost məsafədən xüsusi televizor vasitəsilə danışırlar.Nauşniklər,pleyer,bankomatlar,virtual reallıq otaqları,LSD televizorlar,süni intellekli avtomobillər və s.

Robert Haynlayn (Robert Heinlein)

"Kompüter səhv edərkən o insandan daha tərsliklə öz səhvlərindən yapışır"

Əslində o Googleni düşünmüşdü.Ola bilər ki dəqiq Google olmasa da internet axtarış sisteminin prototipini yaratmışdı.Həmçinin mobil telefon,mikrovolnovka,AutoCad proqramının analoqu,Günəş batareyası ilə işləyən avtomobil də onun ideyasıdır.Öz əsərlərində skanerin bütün xüsusiyyətlərini özündə cəmləşdirən qurğunu təsvir edib.

Corc Oruell (George Orwell)

"Bütün baş verənlər öncə insanın düşüncəsində baş verir.Hər kəsin düşüncəsində baş verən sonradan həqiqətdə baş verir."

Siyasi öncəgörmələrdən başqa Oruell video müşahidəni təsvir edib.Xatırlayırsınızsa "Böyük Qardaş səni izləyir!"İndi bir çox ölkələrdə məhz oruell üsulu ilə izləmələr aparılır.Həmçinin ictimai fikrin formalaşmasına nəzarəti,idarə olunmasını,kütləvi informasiyalar vasitəsilə şüura təsiri,tarixi özünə sərf edən şəkildə manipulyasiya etmək və s.Nə qədər maraqlı fikirlər ona aiddir.

Ayzek Azimov (Isaac Asimov)

"-Yəni robotların psixologiyası insanların psixologiyasından çox fərqlənir?

-Böyük fərq var.Robotlarda hər şeydən əvvəl düzlük və təmizlik var"

Yaponların böyük entuziazmla hazırladıqlarını Ayzek Azimov 20-ci əsrin ortalarında yazıb göstərib.Həmçinin o birincilərdəndir ki,proyektorun prototipini yaradıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3183   Tarix: 03 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476