Ağıla sığmaz vəsiyyətlər

Ağıla sığmaz vəsiyyətlər1. Angel Pantoja Medina: Cənazəsində ayaq üstə dayanmaq istədi

Puerto Ricodakı bir cənazə evində, 24 yaşında həyata vida edən Angel Pantoja Medinanın cəsədinin ayaqda dayanmasını təmin etmək üçün xüsusi bir mumiyalama texnikası tətbiq olundu. New York Yankees şapkası və günəş eynəkləri taxan cəsəd cənazə əsnasında evin salonuna yerləşdirildi. Pantojanın qardaşı Carlos, Əl Nuevo Dey qəzetinə, "Angel ayaqda dayanmaq istəyərdi," şərhini etdi. San Juandakı bir körpünün altında ölü olan gənc adam 3 gün sonra torpağa tapşırıldı, anası oğulunun son istəyini bu şəkildə reallaşdırdı.

2. Helmsley: Trouble adlı itinə 12 milyon dollar miras qoydu

Leona Helmsley 87 yaşındaykən həyata gözlərini yumdu, sonra vəsiyyəti eşitdirildi. İti Troubleyə çox vurğun olan qadın ona 12 milyon dollarlıq miras buraxdı. Bu şəkildə Troublenin həyatının sonuna qədər lüks həyat içində yaşamasını təmin etmək istəyirdi. Öz qardaşı Alvin Rosenthala buraxdığı miqdar isə 10 milyon dollar oldu. Trouble də öldüyündə New Yorkdakı Sleepy Hollow qəbiristanlığına, Helmsleyin 1.4 milyon dollarlıq abidə məzarının yanına basdırılacaq.
Helmsley nəvələri Craig və Meeganı "onların bildiyi səbəblərlə" mirasından məhrum buraxdı, David və Walter Panzirerin hər birinə də 5 milyon dollar verilməsini istədi.

3. Samuel Bratt: Gündə 5 siqar çəkmək şərtiylə arvadına 560,000$ miras qoydu

Samuel Bratt yəqin ki, necə intiqam alınacağını bilən biri imiş. Arvadı ona ən sevdiyi siqarlarını çəkməsinə əsla icazə vermirmiş. 1960-cı ildə ölən Bratt isə buna qarşılıq olaraq ona Ј330,000 (560,000$) miras qoymuşdur. Ancaq arvadının bu pulu ala bilməsinin tək şərti var; gündə 5 siqar çəkmək məcburiyyətindədir!

4. 9 Yaşındakı Jayla: ölməzdən əvvəl evlənmək istədi

Hər kiçik qız toy gününün xəyalını qurar. Böyük, dümağ bir gəlin paltarı və mükəmməl bir adam düşünər. Ancaq 9 yaşındakı Jayla Cooperin Bəy Dorunu gözləmək üçün zamanı yox idi. 2 ildir tollesimiya xəstəsi olan kiçik qız ölməzdən əvvəl evlənmək istədi. Dallasdakı uşaq xəstəxanasında köhnə bir xəstə olan ən yaxın yoldaşı Jose Griggs də kürəkən oldu. "Çox şirin birdir," dedi Jayla kıkırdayarak, "və onu sevirəm".
Kiçik cüt, Jaylanın son arzusunu yerinə yetirərək evləndi. Yoldaşlar və ailənin qatıldığı gözəl bir mərasimlə ər-arvad oldular. Salonda satılan çiçəklərdən toplanan pul ilə böyük miqdarlarda hədiyyə alındı.

5. T. M. Zink: Bütün pulunu qadınsız kitabxana yaradılması üçün bağışladı

1930-cu ildə ölən vəkilin qadınlara qarşı heç hörməti yox idi. Bu səbəblə həyatı boyunca yığdığı bütün pulu ölmədən əvvəl qadın yazarların əsərlərininolmadığı və qadın işçilərin işləmədiyi kitabxana təşkil etməyə ayırdı. Zink vəsiyyətinə 35,000$'ının "Zink qadınsız kitabxana" üçün xərclənməsini istədiyini yazdı. Kitabxananın qapılarında isə "Qadınlar Girə bilməz" lövhəsi asılı olacaqdı. Eyni vəsiyyətdə 5$ buraxdığı qızı bu proyektə müvəffəqiyyətlə qarşı çıxdı. Beləcə qadınsız kitabxana açılmadı.

6. Heinrich Heine: Yenidən evlənməsi şərtiylə bütün pulunu arvadına buraxdı

Şair Heinrich Heine 1841-ci ildə Parisdəki bir ayaqqabı dükanında çalışan təhsilsiz, kobud və pis xasiyyətli Eugenie Mirat ilə evləndi. Ölmədən əvvəl isə bütün pulunu yenidən evlənməsi şərtiylə arvadına buraxdı. Niyə? "Çünki bu cür öldüyümə kədərlənən heç olmasa bir adam olacaq," deyə açıqladı 1856-cı ildə həyatını itirən Alman şair.

7. Yene Rodenberry (Ulduz Trekin Yaradıcısı): Öldükdən sonra küllərinin kosmosa göndərilməsini istədi

Ulduz Trek fenomeninin yaradıcısı Yene Rodenberry, kosmosu və elm fantastikanı o qədər çox sevirdi ki cəsədinin yandırılaraq kosmosa göndərilməsini istədi. Son istəyi yerinə yetirildi, Rodenberryin külləri 1997-ci ildə İspaniya peyki ilə kosmosa göndərildi. Peyk, dünyanın ətrafında dönərkən küllər atmosferə buraxıldı. Arvadı da 10 il sonra öldüyündə təkrarlandı.

8.Gənc Maneəli Nick Wallis: Bu gəncin vəsiətini bəzi səbəblərə görə yazmıram.

9. Jack Benny: Öldükdən sonra arvadına hər gün bir gül gətirilməsini təmin etdi

1974-cü ildə, Miladdan bir gün sonra həyata gözlərini yuman Jack Benny, yoldaşı Sayde ilə 48 ildir evli idi. Evlilikləri idealın çox uzağında idi. Saydenin iti dilli, israrçı və qürurlu olduğu deyilirdi. Jack isə çox eşqbaz idi. Ancaq arvadını sevirdi və ona bağlı idi. Bennyin cənazəsindən sonra gül satan Saydeyə qırmızı bir gül gətirdi. Sonrakı günlərdə də güllər gəlməyə davam etdi. Jack Benny vəsiyyətində, arvadına hər gün bir gül aparılması üçün pul ayırmışdı. Sayde, yoldaşının ona olan sevgisini xatırlayaraq 9 il daha yaşadıqdan sonra vəfat etdi.

10. Dorothea Edwards: Ürək batareyasını itinə bağışladı

80 yaşında həyatını itirən Dorothea Edwards, ailəsinə ürək batareyasını bir heyvana bağışlamalarını söylədi. Amerikan federal qanunlarına görə bir insanın müəyyən bir insana ürək batareyasını bağışlaması qadağan idi, ancaq qaydalarda heyvanlarla əlaqədar bir maddə yox idi. Buna görə Edwards ürək batareyasını Georgia Universiteti baytarlıq hissəsinə bağışladı. Şanslı varis 9.5 yaşındakı Alman çoban iti Sunshine oldu.
Sunshinenin köhnə sahibi FBIin Ən Çox Axtarılanlar siyahısında 2. sırada idi. Fiziki və psixoloji müalicə görən itin doğuşdan ürək narahatlığı olduğu ortaya çıxdı. Sunshine, sonrasında edilən əməliyyatlar nəticəsində Qadın Edwards sayəsində sağlam bir şəkildə yeni bir həyata qovuşdu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4315   Tarix: 19 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 345
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 451
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 331
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27.04.2024 379
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 403
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 429
.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 843
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 392
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 256