Gələn il Azərbaycanda maaş və pensiyalar artırılacaq

Gələn il Azərbaycanda maaş və pensiyalar artırılacaq Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində büdcə təşkilatları üzrə əmək haqları, eləcə də pensiya, müavinət və təqaüdlərin artımı gözlənilir.

Bununla bağlı göstəricilər gələn il üçün hazırlanmış dövlət büdcəsinin ilkin layihəsində əksini tapıb. Layihədə bildirilir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi siyasəti 2013-cü ildə də davam etdiriləcək. Belə ki, gələn il dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı müdafiə və hüquq mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının (700 min nəfər) aylıq əmək haqları və minimum əmək haqqının məbləği artırılacaq.

Bundan başqa, yaşa (16,4 min nəfər), əlilliyə (107,8 min nəfər), ailə başçısını itirməyə (39,5 min nəfər), uşağın anadan olmasına görə (112,4 min nəfər), sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara (63,6 min nəfər), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara (0,8 min nəfər) müavinətlərin artırılması gözlənilir. Həmçinin, şəhid uşaqlarına (0,4 min nəfər), müharibə əlillərinin uşaqlarına (18,4 min nəfər), radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə (5,5 min nəfər) eləcə də müharibə veteranlarına (53,7 min nəfər) verilən müavinətlərin də artırılması gözlənilir. Gələn il dəfn üçün müavinətlərin, əmək pensiyalarının minimum məbləğinin, məcburi köçkünlərə verilən yemək xərclərinin (538 min nəfər) də artırılması nəzərdə tutulub.

Eləcə də şəhid ailəsi (13,8 min ailə), müharibə əlilləri (18,8 min nəfər) üçün və Azərbaycan Milli Qəhrəmanı adı verilmiş şəxslərə (0,2 min nəfər) verilən prezident təqaüdünün məbləği artacaq.
Bundan başqa, ali, orta ixtisas, ilk peşə ixtisas təhsil sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara (85,8 min nəfər) verilən təqaüdlərin artırılması da təmin ediləcək.

Qeyd edilən əmək haqların və sosial ödənişlərin artırılması üçün 2013-cü ilin dövlət büdcəsi layihəsində ümumilikdə 240 mln. manatdan çox vəsait nəzərdə tutulub.

APA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5005   Tarix: 15 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 133
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 193
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 967
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 192
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 145
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

02.05.2024 517
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1195