''Bakcell'' şirkəti "Mançester Yunayted"lə əməkdaşlığa başladı (Foto, Video)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti dünyanın ən məşhur futbol klublarından olan "Mançester Yunayted"lə tərəfdaşlığa başladığını böyük məmnuniyyətlə elan edir.

Üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki azarkeşlərinə və 2,6 milyondan artıq Bakcell abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək.

Bakcell eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir. Bakcell-in rəsmi "Mançester Yunayted" mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların video görüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər.

Bakcell, həmçinin klubun rəsmi "MUTV" televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olub, futbol azarkeşlərinə oyunçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanını verəcək. Bakcell və "Mançester Yunayted" arasında əməkdaşlığa həsr olunmuş xüsusi Wap portal fəaliyyət göstərəcək. Həmin portal vasitəsilə abunəçilərə klubla bağlı xəbərlər, videolar, canlı skor, divar kağızları, rinqtonlar, çağırış siqnalları və s. kimi müxtəlif xidmətlər təklif olunacaq, tədbirləri və s. haqqında məlumat yerləşdiriləcək.

Bu yeni və maraqlı tərəfdaşlıqdan söz açan Klubun Əlaqələr üzrə Direktoru Nik Hamfreys deyib: "Mançester Yunayted" Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti ilə əməkdaşlıq etməkdən çox məmnundur. Yeni müqaviləmiz "Mançester Yunayted" üçün daha bir ilkdir, çünki bu, Azərbaycanla olan yeganə əməkdaşlığımızdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, Bakcell şirkəti ilə iş birlliyimiz azarkeşlərimizə sevdikləri kluba daha yaxın olmaq imkanı yaradacaq".

"Azərbaycanın İlk Mobil Operatoru Bakcell daim "İLKlər" şirkəti olub və dünyanın bir nömrəli futbol brendi olan "Mançester Yunayted"lə əməkdaşlıq bunun daha bir əyani sübutudur. Bakcell tək Azərbaycanda yox, bütün MDB məkanında dünyanın ən böyük futbol klublarından biri ilə əməkdaşlıq edən ilk şirkətdir. Bu əməkdaşlıq sayəsində Bakcell müştəriləri, "Mançester Yunayted" azarkeşləri, ölkənin və bütün regionun futbolsevərləri futbola və "Mançester Yunayted"ə daha yaxın olacaqlar" deyə Bakcell şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer bildirib.

''Bakcell'' şirkəti ''Bakcell'' şirkəti ''Bakcell'' şirkəti ''Bakcell'' şirkəti ''Bakcell'' şirkəti ''Bakcell'' şirkəti


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3359   Tarix: 15 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008