Dünyanın ən bahalı toyları - Reytinq

Dünyanın ən bahalı toyları - ReytinqMəşhur supermodel Holi Valansın Kaliforniyada, Beverli-Hillsdəki toyu dəbdəbəli idi. Təzə bəy, milyarder Nik Kendi gəlinin paltarına 40 min, çiçəklərinə 70 min dollar xərcləmişdi.
Müğənni Kayli Minouqun toyda 45 dəqiqə oxumasına isə 1,8 milyon dollar verilmişdi.

Əcəba, dünyada başqa bahalı toylar hansılardır?

"The Sunday Mirror" dünyanın ən bahalı toylarının reytinqini hazırlayıb.

Ketrin Zeta-Cons və Maykl Duqlas. Məşhur aktyorların 2005-ci ildəki toyu Nyu-Yorkdakı "Plaza Hotel"də olmuşdu. 50 cangüdənin qoruduğu toya 1,6 milyon dollar xərclənib.

Ueyn Runi və Kolin Maklaflin. İngiltərənin "Mançester Yunayted" klubunun ulduzu Ueyn və onun teleaparıcı olan xanımının toyu İtaliyanın Rivyerasında, Portofino sahilindəki yaxtada oldu. 64 qonağın reaktiv təyyarə ilə aparıldığı toya 7 milyon dollar xərclənmişdi.

Ceyson Brətmən və Kristina Agilera. Məşhur prodüser və müğənninin 2005-ci ildlə Napa-Uellidəki toyuna 1,6 milyon dollar sərf olunmuşdu.

Elizabet Hörli və Arun Nayar. Məşhur aktrisa ilə modelin İngiltərədəki Qlosterşir qraflığındakı "Sudeley Castle" qəsrində 2007-ci ildəki toylarına 2,4 milyon dollar sərf olunub. 8 günlük toy Hindistandakı Codhpur şəhərində davam etmişdi.

Çelsi Klinton və Mark Mezvinski. ABŞ-ın sabiq prezidentinin qızı ilə investisiya bankirinin 2010-cu ildə Nyu-Yorkdakı "Rhinebeck"dəki toyuna 2,3 milyon dollar xərcləndi.

Tom Kruz və Keti Holms. 2006-cı ilin noyabrında İtaliyadakı "Odescalchi" qəsrindəki toya 2 milyon dollar xərclənib.

Layza Minelli və Devid Qest. Dünyaca məşhur müğənni və aktrisa ilə tanınmış prodüserin toyuna 1500 qonaq qatılmışdı. Toya 3 milyon dollar sərf olunmuşdu.

Vanişa Mittal və Amit Batia. Dünyanın ən zəngin adamlarından biri, "polad maqnatı" adlandırılan hindus Lakşmi Mittal qızının toyuna pul əsgirgəmədi.
Parisdəki Versal sarayındakı toyda 1000 qonaq vardı. Toya 42 milyon dollar xərcləndi.

Şeyx Məhəmməd bin Zayed bin Sultan əl Nəhyan və şahzadə Səlama. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi əmirliyinin əmiri ilə şahzadənin toyu 1981-ci ildə olmuşdu. 2 min qonağın dəvət olunduğu toya 70 milyon dollar sərf olunmuşdu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6530   Tarix: 08 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 255
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 190
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 518
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 277
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 520
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 260
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 382
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 701
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 381