Samsung Flip Adlı Qatlanan Smartfon Konsepti

Müasir dövrdə mobil və iriformatlı displey industriyası fəal şəkildə inkişaf etməkdədir. Bu sektorda dünya liderlərindən biri də Cənubi Koreya istehsalçısı Samsung hesab olunur. Şirkət artıq çoxdan bəridir ki, elastik və şəffaf mobil ekranların kütləvi istehsalını vəd etsə də, reallıqda onların maya dəyəri daha yüksəkdir, istehsalı isə xeyli çətindir.

Qatlanan Samsung Flip Smartfonunun Başlıca Özəllikləri

Buna baxmayaraq, dizayner Nik Trambo (NickTrumbo) Samsung Flip adlı elastik ekrana malik smartfon konsepti işləyib hazırlayıb. Əsas displey üzvi işıq diod (OLED) texnologiyası əsasında istehsal olunub. Açılmış şəkildə telefon diaqonalı 3,5-4 dyüm olan ekrana malik standart taçfonu xatırladır.

Lazım gəldikdə, smartfon iki yerə qatlanır və daha yığcam olur, başqa sözlə, kiçik bir displeyə çevrilir.

Taçbuk və ikiekranlı telefonlarla müqayisədə, bu smartfonun başlıca üstünlüyü odur ki, açılmış formada heç bir yarığı və kəsiyi olmayan monolit paneli xatırladır.

İstisna deyil ki, Samsung nəvaxtsa bazara, həqiqətən, bunabənzər bir qurğu çıxaracaq. Bax o zaman bu, kiçik bir texniki inqilab olacaq.

Samsung Flip Adlı Qatlanan Smartfon KonseptiSamsung Flip Adlı Qatlanan Smartfon KonseptiSamsung Flip Adlı Qatlanan Smartfon Konsepti


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3631   Tarix: 11 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Ustalar.az ustalar sayti