Sənətçilər "donuz qripi"ndən necə qorunur?

Azərbaycan əhalisinin qorxulu yuxusuna çevrilən "donuz qripi" xəstəliyi şou-biznes və incəsənət nümayəndələrinə təsir etməyib.

Hər halda, araşdırmalardan sonra bu qənaətə gəlmişik. Araşdırma zamanı bir sıra "qlobal" problemlər də meydana çıxıb. Kimini belə bir qorxulu xəstəliklərdə günahsız heyvanların adının hallanması narahat edib, kimi fürsətdən istifadə edərək həmkarlarına ismarıc yollayıb, kimi də bizim tribunadan xalqı nizam-intizama dəvət edib. Görünən həqiqətdir ki, sabit və dəyişməz şou nümayəndələrimizin əksəriyyətinə heç nə təsir iqtidarında deyil, hətta qorxulu xəstəlik belə...

Faiq Ağayev-
Xalq artisti ötən quş qripi xəstəliyindən narahat olduğu qədər bu il narahat deyil: "Ötən il "quş qripi" yayılan zaman hətta təyyarədə belə maska taxmışdım. Amma bu il açığı, bir o qədər də əhəmiyyət vermirəm. Amma buna baxmayaraq, metroda, ictimai nəqliyyat vasitələrində insanların maska taxmalarını tövsiyə edirəm".

Sənətçilər Nadir Qafarzadə - Müğənni həyəcanlı çağırışları və ibrətamiz məsləhətləri ilə yadda qalıb: "Heç yadıma belə düşmür. Mən belə şeylərə çox fikir vermirəm. "Quş qripi", "at qripi", "donuz qripi", nə bilim, nə... İndi sabahdan da qarışqa qripi yayılar! Bu nə deməkdir?! Özümə gəlincə, vitamin qəbul edirəm. Mikrofonu spirtlə silirəm. Sarımsaq uduram. Lakin maska taxmıram. Tanınmış olduğum üçün bir az ehtiyat edirəm".

Sənətçilər İlhamə Quliyeva - Həkim məsləhəti ilə qripdən qorunur. Ekrana çıxdığı və cəmiyyət arasında olduğu üçün maskadan istifadə etmir.

Sənətçilər Elariz Məmmədoğlu - Özünün şəxsi mikrofonu olmayan müğənni Elariz qripin yayılmasından dolayı narahat olub, bu yaxınlarda şəxsi mikrofon almağı düşünür. Müğənni həmkarlarına da mikrofonlarını ayırmağı tövsiyə edir.

Sənətçilər Nura Suri isə "ehtiyat igidin yaraşığıdır" prinsiplərinə əməl edib, profilaktik tədbirlər görür. Müğənni bütün Azərbaycan xalqına təmiz su içməyi məsləhət görür.

Sənətçilər Rəhim Rəhimli profilaktik tədbir görmək üçün Türkiyəyə getməyi qərarlaşdırır. Müğənni dostları ilə birlikdə peyvənd vurdurmaqla xəstəlikdən özlərini sığortalamaq niyyətindədir. Rəhim səfər zamanı həmin ölkədə maska ilə gəzmək niyyətindədir.

Sənətçilər "Eurovision-2008" təmsilçisi Elnur Hüseynov isə xəstəlikdən ehtiyat etdiyi qədər həkim diaqnozundan da ehtiyatlanır. Müğənni yoluxucu xəstəliklərə qarşı vurulan qoruyucu peyvəndlərdən "donuz qripi" qədər özünü qorumaq niyyətindədir. Əgər xəstəlik kütləvi hal alarsa, o zaman Elnur da maska taxacaq.

Sənətçilər Röya Ayxan isə hadisəyə müsəlmansayağı yanaşır. Müğənni "ölüm haqdır" deyərək, nə qorunur, nə də şəxsi mikrofonunu başqasına verməkdən çəkinmir. Başqalarından fərqli olaraq...

Sənətçilər Səidə Sultan da taleyin qismətinə inananlardandır. Öz qədəri ilə barışmış müğənni maskadansa alnıaçıq, üzüağ gəzməyə çalışır: "Onsuz da bir gün hamı öləcək..."

Sənətçilər Nüşabə Ələsgərli, sən demə, xəstəlik yayılmamışdan dörd-beş ay öncə maska alıb, xarici ölkələrdə istifadə edirmiş. Müğənni artıq məclislərdə həmkarları və tanımadığı şəxslərlə qucaqlaşıb-öpüşməməyə çalışır. Nə olar, nə olmaz...
Sənətçilər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13432   Tarix: 11 noyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310