Qan Qruplarının Xüsusiyyətləri
Qan Qruplarının Xüsusiyyətləri
I QRUP - QADINLARI CƏLBEDİCİ, KİŞİLƏRİ İSƏ DON JUANDIR
Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.
II QRUP - GÜLƏRÜZ VƏ İNADKARDIRLARİkinci qan qrupu olan adamlar vicdanlı, tapşırılan işi canla-başla yerinə yetirən, son dərəcə işgüzar olurlar. Onlar hər şeydə bir düzən, səliqə-səhman axtarırlar. Xırdalıqlara fikir verən bu insanlar öz zəhmətsevərlikləri və məsuliyyətləri ilə seçilirlər.Vəzifədə artmaqdan ötəri səylə irəli gedirlər. İşi əsas götürürlər. Deiyrlər ki, yerdə qalan hər şey ikinci dərəcəlidir. Hansı işdən yapışsalar, yarıdırlar. Qətiyyətlə dedikləri sözə şübhə etməyin: onlar həqiqəti söyləyirlər. Şəxsi münasibətlərdə çox sədaqətlidirlər. Kiminlə dostluq etsələr, çalışırlar ki, bu, daimi olsun. Sakit, mülayim, gülərüz insanlardır. Hisslərini açıq büruzə vermirlər, ancaq tərslikləri və inadkarlıqları da var. Bu insanları öyrənmək çətindir, amma çox səmimi, etibarlı və qayğıkeş olduqları zaman keçdikcə üzə çıxır. Xoşməramlı, səbrli olduqlarından kollektivlə işləməyi bacarırlar. Onların mənfi xüsusiyyətləri inadkarlıqları və bir qədər qıcıqlandırıcı olmalarıdır. Öz narahatlıqlarını gizlədib, incikliklərini ürəklərinə saldıqlarından bu vəziyyətləri sonda istər-istəməz emosional partlayışa səbəb olur. Bu qrupun qadınları kimi, kişiləri də utancaqlıqları, sadiq və vəfalı ömür-gün həmdəmi olmaları ilə seçilirlər.
III QRUP - «LEYLİ VƏ MƏCNUN« U KEÇİRLƏRÜçüncü qan qrupu olanlar həssas, mədəni, böyük imkan və qabiliyyətlərə malik adamlardırlar. İşdə həm özlərinə, həm də başqalarına qarşı çox yüksək tələbkarlıqla yanaşırlar. Sakitdirlər. Sakitliyin içində çox həssas adamın gizləndiyini təsəvvür etmək çətindir. Hərdən hisslərini çox güclü şəkildə büruzə verirlər. Sevgi məsələlərində «Leyli və Məcnun«u ötüb keçirlər. Qadınları küsəyəndir, onlar eyni qan qrupu olan kişilərdən güclüdürlər. Bu qrup insanlar öz bildiklərini edir, ətrafdakıların fikri onlar üçün o qədər də önəmli olmur. Üçüncü qrup qan daşıyıcıları incəsənətə meylli insanlardır və özlərinə məxsusluqları ilə seçilirlər. Onların əlindən çox iş gəlir və zəngin düşüncəyə malikdirlər. Ünsiyyətdən qaçır, çox danışmağı sevmirlər. Azadlıqları onlar üçün hər şeydən önəmlidir. Buna baxmayaraq, ətrafdakıların fikrini daim nəzarətə alır, onların sevincinə və dərdlərinə şərik olurlar. İlk baxışdan olduqca sakit və hövsələli görünsələr də, əslində onların içində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bu qan qrupundan olan qadınlar dəhşətli dərəcədə qısqancdırlar, kişilərindən isə yaxşı dost çıxar.
IV QRUP - HİSSLƏRİNİN ƏLİNDƏ ACİZDİRLƏR
Dördüncü qan qrupu olanlar hisslərinin əlində acizdirlər. Ehtiras sanki onları dağıdır, bu da daxili, mənəvi rahatsızlığa gətirib çıxarır. Şübhəli, qətiyyətsiz olurlar. Bütün münaqişələrini təklikdə çəkir, heç kəsə bir söz demirlər. Sevgidə, dostluqda, ailə həyatında onlar ideala yaxındırlar. Təkcə öz xoşbəxtliklərinə can atmırlar, həm də başqalarını xoşbəxt etmək istəyirlər. Dünyada bu qan qrupu daşıyıcıları çox azdır. İstedadını göstərə bilənlər daha çox məşhurlaşa bilrlər. Adətən ikili xasiyyətli olurlar, həm soyuqqanlı, həm də xasiyyətini tez-tez dəyişməsi müşahidə olunur. Yaxşı biznesmen olurlar.
Öz təşkilatçılıq bacarıqları ilə fərqlənirlər. Düzgünlükləri və hadisələri düzgün təhliletmə bacarığı ilə seçilirlər. İnsanlarla ünsiyyəti çox sevirlər, ilk dəfə olduqları məclisdə belə asanlıqla ürəklərə yol tapırlar. Xırdaçı deyillər. Bəzən atdıqları addımın sonunu belə düşünmürlər. Kinli deyillər. Anadangəlmə siyasi məharətləri sayəsində çoxlu sayda dost qazanırlar. Onlar gözəl ömür-gün həmdəmidirlər. Bütün bunlara baxmayaraq, 4-cü qrupa məxsus insanlar qərar verməkdə olduqca çətinlik çəkirlər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 14328 Tarix: 29 may 2008
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197