Aysel və Hadisənin Bakı konserti

Konsertin deyildiyi vaxtdan gec başlamasına baxmayaraq, Hadisə uğurlu çıxışı ilə bakılı pərəstişkarlarına xoş anlar bəxş edib. Səhnəyə qara dekolte və qısa paltarda çıxan Hadisə tamaşaçıları salamlayıb, "Eurovision-2009"-un final mərhələsində ona tam xal göndərildiyinə görə bütün Azərbaycana təşəkkür edib: "Bu günü uzun müddətdir, gözləyirəm. Sizin sevginizi bu qədər yaxından hiss etmək mənim üçün böyük şərəfdir".

Sonra türkiyəli müğənni repertuarında olan "Fass Life", "All Together", "Stir Me up", "Deli oğlan", "Askkolik" mahnılarını ifa edib. Onu səhnədə rəqqaslar müşayiət ediblər. Hadisə özü də rəqqaslarla birlikdə hər mahnıda gözəl rəqslər nümayiş etdirib. "Eurovision-2009" müsabiqəsində Hadisəyə uğur gətirən "Düm tek-tek"i isə proqram ərzində iki dəfə oxuyub.

Birinci hissənin sonunda Hadisə "Eurovision-2009" müsabiqəsində Araşla birlikdə Azərbaycanı təmsil etmiş Ayseli səhnəyə dəvət edib. Eyni müsabiqənin iştirakçıları səhnədə bir-birinin ünvanına xoş sözlər söyləyiblər. Konsertdə xüsusi qonaq qismində iştirak edən Aysel müsabiqədən sonra Azərbaycandakı ilk çıxışını "Eurovision" səhnəsi üçün xüsusi hazırlanan ağ paltarda edib. O, Azərbaycana üçüncülük qazandıran "Always" mahnısını oxuyub. Tamaşaçılar Ayselin ifasını alqışlarla qarşılayıblar.

Konsertin ikinci hissəsi isə bu günlərdə dünyasını dəyişən dünya pop musiqisinin kralı Maykl Ceksonun ifası ilə başlanıb. Rəqqaslar kralın ifası altında səhnədə məharətlərini göstəriblər. Sonra səhnəyə yenidən Hadisə çıxıb. Müğənni konsertin ikinci hissəsində yeni işıq üzü görən "Qəhrəman" albomundan "Long distance relationships", "Sıradan", "My body", "Married man", "Evlenmeliyiz" mahnılarını ifa edib. Hadisə "Eurovision həyəcanı Bakıda" adlı proqramını "Düm tek-tek" mahnısı ilə yekunlaşdırıb.
Aysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konsertiAysel və Hadisənin Bakı konserti


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11384   Tarix: 20 iyul 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

00:04 849
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 499
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 496
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 408
.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 985
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 405
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 422
.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 391
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

12:50 0