Əlvida Michael Jackson..!!!

Peris Cekson: "Maykl, mən səni sevirəm... Sən ən yaxşı ata idin..."

Bütün dünya əfsanəvi müğənni, pop musiqisinin kralı Maykl Ceksonla vidalaşdı. Minlərlə pərəstişkarı Maykl Ceksonla vidalaşmaq üçün Los-Ancelesdəki "Staples Center"ə toplaşıb.

Vida mərasimi yerli vaxtla səhər saat 8-də (Bakı vaxtı ilə saat 20-də) Hollivudun "Forest Lawn" qəbiristanlığında başlayıb. Oraya müğənninin ən yaxın qohumları və dostları dəvət olunub.

Əlvida Michael Jackson..!!!Əlvida Michael Jackson..!!!Ümumi vida mərasimi isə Bakı vaxtı ilə 21:30-da başlayıb və 2 saatdan çox davam edib. Cekson qızılı rəngli tabutunu zala onun qardaşları gətiriblər. Səhnəni müğənninin üzərində "Maykl Cekson, pop kralı (1958-2009)" yazılan nəhəng fotosu bəzəyib. Səhnənin aşağı hissəsi isə əklillər və gül səbətləri ilə bəzədilib.

Mərasimi milyonlarla adam izləmək istəsə də, cəmi 17 min adama icazə verilib. Onların çoxu bu şansı xüsusi olaraq keçirilən pulsuz lotoreya vasitəsilə əldə edib. Vida mərasimi keçirilən ərazini 1,4 mindən çox polis işçisi qoruyub.

Matəm mərasimində və Ceksonun xatirəsinə həsr olunan vida konsertində Smoki Robinson, Stivi Uander, Kuin Lətifə, Cennifer Hadson, Kobi Braynt, Medjik Conson, III Marten Lüter Kinq, Meray Kerri, Bruk Şilds, Layonel Riçi, Cenifer Keyt Hadson və digər məşhur şəxslər iştirak ediblər. Vida mərasimini dünyanın onlarla telekanalı birbaşa nümayiş etdirib.
Əlvida Michael Jackson..!!!Əlvida Michael Jackson..!!!Əlvida Michael Jackson..!!!Əlvida Michael Jackson..!!!Smoki Robinson vida mərasimini giriş sözü ilə açaraq Nelson Mandela və Dayana Rossun məktubunu oxuyub. Bundan sonra məşhurlar bir-birinin ardınca çıxış edərək Ceksonla vidalaşıblar.

Mərasimin ən təsirli anlarından biri Maykl Ceksonun böyük qardaşı Cermen Ceksonun gözlərindən yaş axa-axa onun ən sevimli Mahnısını ifa etməsi olub. Ceremen qardaşı üçün dahi Çarli Çaplinin "Hazırkı vaxtlar" filmindən "Smile" (Təbəssüm) mahnısını oxuyub və əlavə edib: "Mən səni sevirəm, Maykl".

Mərasimin sonuna yaxın bütün iştirakçılar, o cümlədən Maykl Ceksonun ailəsi səhnəyə qalxaraq bir yerdə "We are the world" – "Biz – dünyayıq" mahnısını ifa ediblər. Qeyd edək ki, 1985-ci ildə bir çox məşhur ifaçıların, o cümlədən Ceksonun özünün ifa etdiyi bu mahnını Maykl Cekson və Layonel Riçi yazıblar. Mahnı Efiopiyada aclıq çəkən insanlara yardım məqsədi daşıyıb.
Əlvida Michael Jackson..!!!Əlvida Michael Jackson..!!!Əlvida Michael Jackson..!!!Sonda səhnədə ancaq Maykl Ceksonun ailəsi – qardaşları, bacısı Canet Cekson və uşaqları qalıblar. Qardaşı Marlon Cekson bütün ailə adından Maykl Ceksona müraciət edib: "O, cənnətin səsi olacaq. O, bizim onun yanına gəlməyimizi gözləyəcək. Mən xatırlayıram ki, biz vidalaşanda mən sənə deyirdim: "Səni sevirəm". Sən isə cavab verirdin: "Mən səni daha çox sevirəm". Maykl, sən Yer üzündə işini sonna çatdırdın. Ona gbrə də, Allah səni öz yanına apardı. Etdiklərin üçün çox sağ ol. Qardaşımız Rendini qucaqla. Mən səni sevirəm, Maykl".
Əlvida Michael Jackson..!!!Əlvida Michael Jackson..!!!Vida sözünü isə Maykl Ceksonun qızı Peris Cekson deyib. Qızcığaz atasının tabutu önündə hönkürüb: "Maykl, mən səni sevirəm… Sən ən yaxşı ata idin…"

Yer üzünə bir daha heçvaxt Michael Jackson gəlməyəcək..!!!

Allah Rəhmət Etsin..!!! Yerin Cənnət olsun..!!!
Əlvida Michael Jackson..!!!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10009   Tarix: 08 iyul 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724