Qalmaqal! "Natavan hansısa sevgilisinə məni döydürə bilər..."

Qalmaqal! "Natavan, sən unutma ki, sən Aygün Kazımova ilə ayaqlaşa bilməzsən. Natavan, sən Aygün girən kola girmə!" Bu ifadələrii Natavan Həbibinin ən yaxın dostu Zorik işlədib. ANS PRESS-in məlumatına görə, Zorik adı ilə məşhur olan tanınmış klipmeyker Zöhrab Ağayev və müğənni Natavan Həbibi arasında insident yaşanır. İki dost arasında yaşananlar o vəziyyətə çatıb ki, klipmeyker müğənnini polisə verib. Zöhrab Ağayev şikayət ərizəsi ilə Səbayel rayon 9-cu Polis Bölməsinə müraciət etmək məcburiyyətində qalıb. Müğənni bu gün polis bölməsində ifadə verməlidir.

Zöhrab Ağayev baş verənləri təfərrüatı ilə ANS PRESS-ə danışdı: "Hamı bilir ki, mən Natavan Həbibi ilə yaxından dostluq edirəm və yeni layihəsində ona kömək edirəm. Bununla yanaşı xətrini çox istədiyim lider müğənnilərdən biridir. Bu yaxınlaradək, yəni mən Aygün Kazımovanın Nabran konsertində iştirak etməyənə qədər belə idi. Təəssüflər olsun ki, Aygün xanımın konserti mənim Nabranda dincəldiyim ərəfəyə təsadüf etdi. Bəli, mən açıq-aşkar etiraf edirəm ki. mən buna çox təəssüf eləyirəm. Çünki o konsertdə iştirakıma görə başıma çox şeylər gəldi. Həmin konsertdə mən lap kənarda oturmuşdum. Sponsorlardan biri Aygün xanıma bahalı brend çanta bağışladı. Aygün xanım, "Konsertin sonunda bu çantanı ən aktiv fanatıma təqdim edəcəm" dedi. Sonda əlini yuxarı qaldırıb, "Mən bu çantanı burada əyləşən çox istedadlı gənc rejissor dostumuz Zöhrab Ağayevə hədiyyə edirəm. Hamı bilir ki, mən hər kəsə klip çəkdirmirəm, amma Zorikə klip həvalə eləmişəm, vaxtilə mənim üçün də klip çəkib." Bu sözləri eşitdikdə mənim ayağlarım yerə yapışdı. Aygün Kazımovadan bu sözləri eşidəcəyimə inanmazdım. Çünki Aygün xanım bilirdi ki, mən Natavanla işləyirəm və vaxtilə də öz müsahibələrimdə, hətta ANS-in "Günə Baxan" proqramında bahalı kliplərlə bağlı onu tənqid də etmişəm.

Bəli, səhnəyə qalxdım və "Aygün xanım, baxmayaraq ki, mən başqa müğənni ilə işləyirəm, amma sizi 1 nömrə hesab edirəm!" deyə etiraf etdim. Bu etirafımdan sonra günüm oldu qara. Bütün bunları Natavan Həbibiyə çatdırdılar və o gündən bəri Natavan zənglərlə-mesajlarla məni təhqir etməyə, hədələməyə başladı. Senzuradan uzaq ifadələri təkrarlamaq istəmirəm. Amma bəzi mesajların mətnini açıqlaya bilərəm; "Satqınsan, get Aygünün yanına", "Mən ömür boyu Aygünü reklam eləmişəm, onu fırlatmışam."

Münasibətlərimizin bu dərəcəyə çatdığını görüb, onda qalan əşyalarımı geri qaytarmağı istədim. Mənə dedi ki, məndə olan hər şeyini tullamışam. Həmin əşyalar çox bahalı əşyalardı, tullanılası deyildi. Təkidlə əşyalarımı geri istədikdə yenidən məni hədələməyə. təhqir etməyə başladı. Himalay adında bir sevgilisi var, məni onunla qorxudur. "Himalay gecə vaxtı başını kəsib yanına qoyar. Nə bilim səni belə eləyər, elə eləyər. Çox təhqiramiz ifadələrlə məni hədələyirdi. Natavanın Himalay dediyi insanı çox gözəl tanıyıram. Çox mədəni insandır. Əminəm ki, onun özünün bu olanlardan xəbəri yoxdur. Natavan sadəcə onun adından istifadə edir.

Eləyə qalsa mənim çox dostlarım var, atam-anam var. Ola bilər ki, Natavan hansısa lotusuna, hansısa qoçuya məni döydürə bilər. Mən ən azından dünya səviyyəli xalçaçı rəssam Lətif Kərimovun nəvəsiyəm. Hər halda babamın adı hər hansı bir lotudan hörmətlidir. Buna baxmayaraq mən o addan istifadə etmirəm. Hüquq-mühafizə orqanlarına müraciət etməyi üstün tuturam.

Mənə yazdıqları bir yana, anama zəng vurub ağzından çıxanı deyib. Anam hal-hazırda atamla birlikdə Qazaxıstandadır və Natavanın zəngindən sonra təzyiqi qalxıb, halı pisləşib. Anama görə atam, qardaşım məni çox danladılar. Bütün bu olanlardan sonra mənim ürəyim tutdu və vəziyyətim ağırlaşdı.103 xidmətini çağırdım və onlar mənə infarktqabağı vəziyyət diaqnozu qoydular.

İnanın mənə, Natavan məni elə vəziyyətə gətirib çıxarmışdı ki. özümə sui-qəsd eləmək istəyirdim. 5-ci mərtəbədən özümü atmaq istəyirdim. Ay Allah, görəsən mən hansı dövlətdə yaşayıram? Azərbaycan Liviyadırmı, Suriyadırmı? Yoxsa insan hüquqlarının tanınmadığı hansısa geridə qalmış ölkədirmi?

Gör nə günə qalmışıq ki, Türkmənistandan gəlmiş hansısa bir müğənni əsli-köklü bakılıya hədə-qorxu gəlir. Nə isə, artıq tab gətirməyib dünən Səbayel rayon 9-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdim. Natavanın mənə yazdığı təhqiramiz ifadələrlə dolu mesajları fakt olaraq polisə təqdim etdim. Natavanı bu gün polis bölməsinə dəvət etməlidirlər.Sona qədər gedəcəm, Natavana sübut edəcəm ki, onun güvəndiyi insanlar ola bilər, amma mənim arxamda dövlətimin, qanunlarımız dayanır. Mən müstəqil Azərbaycanın müstəqil vətəndaşıyam. Heç kimi ixtiyarı yoxdur ki, məni hədələsin, təhqir etsin. Mən dövlətimə arxalanmışam. Qoy qanun çərçivəsində məsələni həll etsinlər. Natavan artıq 2-ci dəfədir belə hərəkət edir. Bir müddət əvvəl Tolikə də eyni problemi yaşatmışdı. O zaman Tolik də polisə müraciət etmək məcburiyyətində qalmışdı."

Natavan "qniloy" insandır. Aygünün konsertinə getdiyim üçün mənim başıma bu oyunları açan insana başqa nə deyə bilərəm?

Zöhrab Ağayev sonda Natavana belə bir mesaj göndərməyi özünə borc bildi: "Natavan, sən unutma ki, sən Aygün Kazımova ilə ayaqlaşa bilmərsən. Natavan, sən Aygün girən kola girmə! Sənin Nabrandakı konsertinə biabırçılıq olmasın deyə qapını açıb biletsiz-zadsız camaatı içəri buraxdılar. Amma Aygünün konsertində şəxsən mənim gözümün qabağında 50 manatlıq biletlərin üstündə qırğın gedirdi. Camaat Aygün Kazımovanın konsertinə düşmək üçün özünü öldürürdü. Natavan, sən ömrü boyu Aygün Kazımovanın etdiklərini edə bilməzsən. Dedin Neolitdə konsert verirəm, 1 biletin satılmadı. "Yaşıl Teatrda konsert vermək istədin, 1 dənə də olsun bilet satılmadı.

Nahid Eminoğlunun layihəsində kimsəsiz uşaqlarla düz 3 dəfə konsertinin anonsları verildi, biletlər satılmadığından hər dəfə təxirə salındı. Natavan, ola bilər ki, sən özün üçün 1 nömrəlisən, amma xalq səni sevmir, tanımaq istəmir. Sən Aygün Kazımovanın yerini verə bilməzsən.

Düzdür, bu gün çoxları mənim sözümə gülə bilər. Çünki, mən bu vaxtadək Natavan Həbibinin yanında olmuşam, onu tərifləmişəm. Amma, ziyanın yarısından qayıtmaq özü də bir xeyirdi!".

Qeyd edək ki, Natavan Həbibi ilə məsələ ilə bağlı əlaqə yaratmağa cəhd etdik. Ancaq müğənninin iki müxtəlif mobil nömrəsinə vurduğumuz zənglər nəticəsiz qaldı. Natavan Həbinin məsələ ilə bağlı mövqeyi qaranlıq qaldı.

Menbe:anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3752   Tarix: 26 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1161
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 397
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 746
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 3984
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 654
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 590
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 434
.

Vəfa yol hərəkət qaydasını pozduğunu açıqladı

Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib. Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub. O, yanındakı xanımın təkidi ilə kəmə

10:40 357
.

"Bahar" serialına yeni aktrisa gəlir- FOTO

"Bahar" serialına yeni daxil olacaq aktrisanın adı açıqlanıb. xəbər verir ki, 12-ci bölümə aktrisa Yasemin Kay Allen daxil olacaq. O, azad ruhlu və iş dünyasında cəsur addımları ilə tanınan "Dora Ersoy" rolunu canlandıracaq

20:15 109