Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''

Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''Miri Yusif: ''Mən istədiyim an pullar göydən tökülür''Yerli şou-biznesimizdə eyniliklər baş alıb gedir. Hər kəs eyni tərzdə mahnı oxuyur, eyni mövzulara müraciət edir. Müğənnilər özlərinə haqq qazandırmaq üçün bunu dinləyici tələbatıyla əlaqələndirirlər.

Təbii ki, tamamilə yalnış fikirdi. Axı onlar heç tamaşaçıya seçim imkanı belə vermirlər. Amma bunu bütün ifaçılara aid etmək olmaz. Keçmiş reper Miri Yusif oz qeyri – adi stili və ifası ilə bir çoxlarının diqqətini cəlb edib. Ən təəccüblüsü də odur ki, onun adına heç bir qalmaqalda rast gəlmək mümkün deyil. Digər məşhurlardan fərqli olaraq o, çoxda mediaynan sıx əlaqə də olmağı xoşlamır. Özünə məxsusluğu ilə ilə seçilən və mediaya müsahibə verməyən Miri Yusif ekskuluziv olaraq " Mərkəz"ə danışıb.

Adınızı internetdə axtarışa verənda nəticələr arasında sizinlə bağlı heç bir müsahibəyə rast gəlinmir. Miri Yusif ozunu mediaya qapalı saxlayır yoxsa müraciət edən yoxdu?
-Müraciət edən var sozsüz , amma qapalı olduğuma görə çox nadir hallarda müsahibə verirəm. Mənim müsahibəm açıq aydın olan mahnılarımda izləyə bilərsiz. Mahnılarımda tam səmimiyəm.

Miri Yusif demek olar ki heç kəsə bənzəmir tamamilə başqa stildə oxuyur bu öz içinizdən gəlir yoxsa sadəcə dəyişiklik etmək istəyirsiz?
-İçimdən gələn mətn və səs, görkəmimdə olan xarizma, onlar bir birini tamamlayır. Dəbdə olan üslublarla bir getmirəm, qəlbimin notları ilə birəm. Onlara daha etibarlıyam. Bəlkə ona görə də məni oxşatmaq çətindi.

Hazırda nə yeniliklər var?
-Hazırda Nirvana adlı albomun təqdimatına hazırlıq görürəm. Yaxın zamanda yeni Nirvana proqramı ilə Eleven klubunda yeni mahnılarım səslənəcək.Ənənəvi olaraq canlı ifa canlı alət.

Maraqli tipajınız var. İndiyə qədər hələ sizə rol təklif olunmayıb?
- Əlbətdə çox təkliflər gəlib, amma onların sırasında seçdiyim bir rejissor olub. O da ki, Emin Mirabdullayev. Çox peşəkar və mükəmməl işlər görən bir insandı. Yaxın zamanda izləyə biləcəksiz.

Öz haqqında bu günə kimi eşitdiyiniz ən maraqlı şayiə hansı olub?
Ən çox eşitdiyim o olub ki, "mən ozümdən razıyam". Məni tanımayan insanlar ancaq bunu düşünə bilər.

" Dəyirman"la münasibət necedi ?
- Çox yaxın dostlar kimi.

Bir çox maraqlı konsertləriniz olub. Amma böyük konsert salonlarında yox. Qorxursunuz ki, zalı doldura bilmərsiniz yoxsa başqa problem var?
-Qorxum bir tək Allahdandı. Böyük konsert gözlənilir, amma bu haqda məlumatı açıqlaya bilmərəm.

Müğənnilərin əsas gəlir mənbəyi toydu. Məncə siz toy mahnılarınnan tamamən uzaqsınız. Bəs gəlir mənbəyiniz nədir?
- Mən istədiyim an göydən göydən tökülür pullar.

Bahalı kliplər yaman dəbdədir. Miri Yusifin ən bahalı klipinin qiyməti nə qədərdi?
Sadəcə 1700 AZN

Heç yerdə ailənizlə bağlı danışmamısız. Səbəbi?!
-Ailəm mənim müqəddəs ocağımdı . Məncə kifayətdir

Sonda əlavə etmək istədiyiniz nəsə var?
- Dinləyicilərimi sevirəm. Onlarsız bir günüm olmasın. Dinləyicilərim yaradıcılıq binamın bünövrəsidirlər.

Qeyri adilik , bütün insanlardan fərqlənmək gözəldi. Ancaq sənətilə, istedadı ilə fərqlənmək.
Yoxsa qeyri-adi və fərqli olmaq uğruna özünü unutmaq əsl faciədir. Daxili fərqliliyi ilə hamıdan seçilən ifaçıya son sözümüz elə onun mahnısının adı ilə olacaq. Miri Yusif -" Səndən olmaz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3485   Tarix: 26 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 401
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 543
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 518
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

14:00 455
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

10:50 256
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 917
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

19:00 283
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 386
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 751