Fikrə getdiyiniz zaman çəkdiyiniz şəkillər nəyi ifadə edir?

Fikrə getdiyiniz zaman çəkdiyiniz şəkillər nəyi ifadə edir?Siz fikrə getdiyiniz zaman özünüz də düşünmədən çəkdiyiniz müxtəlif şəkillərin nə ifadə etdiyi haqqında nə vaxtsa fikirləşmisinizmi? Odur ki, bu şəkillərin nə ifadə edə biləcəyi haqqında məlumat aşağıda verilmişdir.

Rəqəmlər

Rəqəmləri çəkməyi xoşlayan insanları yalnız maddi sərvətlər maraqlandırır. Birinci variant: siz nə vaxt və harada pul qazanmaq haqqında düşünürsünüz. İkinci variant: siz borclarınızı necə ödəcəyiniz haqqında fikirləşirsiniz.

Günəş və ya bəzəklər

Sizin qeyd dəftərçənizin vərəqlərini günəşin şəkli və yaxud naxışlar bəzəyir? Təəccüblüdür, amma sizin əhval-ruhiyyəniz bu şəkillər qədər şən deyil. Sizə istilik, qayğı və diqqət çatışmır. Siz dostluq və şəfqət haqqında xəyal edirsiniz. Ona görə çalışın camaat arasında çoxlu vaxt keçirəsiniz. Dostlarınıza zəng edin, onlarla kinoya, kafeya gedin. Onda günəş tək vərəqdə deyil, həmçinin sizin həyatınızda da olacaq.

Həndəsi fiqurlar

Kvadrat, romb və üçbucaqlar aydın məqsədlər və möhkəm əqidələr haqqında danışır. Belə fiqurları adətən öz nöqteyi-nəzərlərini açıq-aydın deyən insanlar çəkir. Onlar düşmənə boyun əyməməyə çalışır, praktik düşünmə tərzinə sahibdirlər, məntiqi təfəkkürləri yaxşı inkişaf etmişdir və rəhbər vəzifələri tutmağa qadirdilər. Həmçinin, simmetrik formalar səliqə-səhmana, qənaətcilliyə meyli və hər şeyi planlaşdırmaq bacarığını göstərir. Sizin probleminiz – həddən artıq nəyinsə üstündə cəmlənmənizdir, bu xüsusiyyət sizə istirahət etməyə imkan vermir.

Xaç və xaçoxşar bəzəklər

Xaçlar günah hissini göstərir. Yəgin ki, siz kiminsə xətrinə dəymisiniz və ya verdiyiniz sözün üstündə durmamısınız, ona görə sizə elə gəlir ki, ətrafdakılar sizi günahlandırır. Yeri gəlmişkən, şəkillərdə yalnız xaç yox, həmçinin xaçoxşar bəzəklər də ola bilər. Bir qayda olaraq, onları qadınlar çəkir.

Spirallar, dairələr və dalğalar

Başqa insanların problemləri sizi maraqlandırmır. Siz sirr verməyən və özünüzə qapalı bir insansınız, başqalarının sizin işlərinizə qarışmağını xoşlamırsınız. Bəlkə də, siz yüngül mənəvi böhran keçirirsiniz. Özünüzü əldə saxlamağı çalışın, yoxsa əsəbləşıb həmsöhbətinizi təhqir edə bilərsiniz.
.
Ulduzlar

Ulduz – nikbinlik göstəricisidir. Hər hansı bir problemi olduqda belə insan çətinliklərin tezliklə aradan qaldırılmasına çalışır. Bir də, belə rəsm insanın diqqəti öz üzərinə çəkmək istəyini nümayiş etdirir.

Ağaclar

Nazik, budaqları yarpaqsız ağacları özünü itirmiş və pərişan olan insanlar çəkir. Amma qalın gövdəli gözəl ağac çəkənlər isə fəal, həyatsevər insanlardır və hazırda onları heç nə narahat etmir.

Ürəklər

Sizi hisslər bürüyür. Siz sevincdən uçursunuz. Lakin siz həmişə öz emosiyalarınızı gizlədirsiniz və qıraqdan baxdıqda ciddi və çox təkəbbürlü görünürsünüz. Həm də şəkil nə qədər böyükdürsə sizin əsl üzünüz və adət etdiyiniz maska arasında fərq bir o qədər çoxdur. Bəsdir özünüzü sıxdığınız, daha açıq və səmimi olun.

Güllər və yarpaqlar

Güllər və yarpaqlar mehriban xasiyyətin göstəricisidir. Belə insanlar xeyirxahdırlar və başqalarına kömək etməyi xoşlayırlar. Həmçinin, onlar həssas və emosionaldırlar. Əgər insan gülləri güldanda çəkirsə, deməli, onun daimi enerjiyə ehtiyacı var.

"Arı şanı"

"Arı şanı" nizama salınmış həyata meyl, sakitlik və özünüzlə və ətraf mühitlə qarmoniyanın olmasının arzusu haqqında danışır. Həmçinin, belə şəkil ailə həyatı qurmaq istəyini ifadə edə bilər.

Şahmat lövhəsi

Siz xoşagəlməz və ya çətin vəziyyətdəsiniz, ona görə şahmat lövhəsini çəkirsiniz. Və öz problemlərinizi şahmatçılar kimi taktika və strategiya hazırlayaraq həll etmək istəyirsiniz. Bu arada, əgər siz belə şəkilləri tez-tez çəkirsinizsə sizin gizli komplekslərdən əziyyət çəkdiyinizi də istisna etmək olmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3767   Tarix: 25 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 776
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 896
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 498
.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 424
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 340
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 494
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 242
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 198
.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 308