Azərbaycanda I sinfə gedəcək şagirdlər üçün yeni dərsliklər hazırlanıb
Bu il Azərbaycanda 1-ci sinfə gedən uşaqlar məzmunca və keyfiyyətcə tamamilə yeni dərsliklərlə təmin olunacaqlar. Bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.
Onun sözlərinə görə, artıq Azərbaycanda beşinci ildir ki, yeni kurrikulumla dərsliklər hazırlanır. "Bu o deməkdir ki, 4 il əvvəl Azərbaycanda məktəbə gedən şagirdlər yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin olunmuşdular. Artıq qaydalara uyğun olaraq 4 ildən sonra 1-ci siniflərin dərslikləri tam yenidən çap olunmalıdır".
O bildirib ki, bu il 5-ci sinif şagirdləri də ilk dəfə olaraq yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər.
Nazir müavininin sözlərinə görə, qarşıdan gələn dərs ili üçün çap olunacaq yeni dərslik nüsxələrinin sayı 4 milyondan çox olacaq. Onların 2 milyonu 1-5-ci sinif dərslikləridir.
Q.Novruzov bildirib ki, dərsliklərin çap olunması sahəsində əsas işlər görülüb və yeni dərs ili başlayana qədər dərsliklər tam olaraq məktəblərə çatdırılacaq.
Nazir müavini onu da deyib ki, hazırda nazirlik tərəfindən 70-ə yaxın məktəbdə tikinti-təmir işləri aparılır. Onlardan 54-ü yeni məktəb, 6-sı əlavə korpusların tikintisidir. Bununla yanaşı, 10 məktəbdə və 1 internat məktəbində əsaslı təmir işləri aparılır. Tikintisi aparılan yeni məktəb binalarının 50-ə yaxını yeni dərs ilində istifadəyə veriləcək.
mənbə: anspress.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5368 Tarix: 17 avqust 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır
Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind
14.12.2025 129 Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib
Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar
14.12.2025 139 Levon Ter-Petrosyan yenidən EMK Partiyasının sədri seçilib
Levon Ter-Petrosyan dekabrın 14-də keçirilən partiya qurultayında yenidən Ermənistan Milli Konqresinin (EMK) sədri vəzifəsinə seçilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bu qərar 29 üzv arasında keçirilən gizli səsvermə nəticəsində qəbul olunduğu bildirilib
14.12.2025 120 Bəqayi: İran və Livan arasında diplomatik münasibətlər davam edir
İran və Livan arasında uzun və möhkəm tarixə malik diplomatik münasibətlər davam edir. "Report" "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib. "Livanın yeni səfiri bu yaxınlarda Tehrana gəlib. İran
14.12.2025 118 Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Xızı
14.12.2025 363 Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər
14.12.2025 143 WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib
Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki
14.12.2025 143 Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib
HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə
14.12.2025 114 Minlərlə il əvvəl yoxa çıxan göl Ölüm vadisinə qayıtdı
100 00 il əvvəl ABŞ-də yoxa çıxan Menli gölü indi yenidən Ölüm vadisində peyda olub. "Fox News"a istinadən xəbər verir ki, ərazidəki rekord miqdarda yağışlardan sonra su hövzəsi canlanıb. Alimlərin fikrincə, göl bir vaxtlar 257 kilometrədək uzanıb və təxminən 200 metr dərinliyə çatıb. Böyü
14.12.2025 155