Möcüzəvi Yaşamlar

Möcüzəvi YaşamlarQar Uçğunu Altında 17 Saat
Cedric Genoud uçqun altında ən uzun müddət həyatda qalan adam olaraq tarixə keçdi. Genoud (21), İsveçrədə Alp dağlarında xizək edərkən uçqun altında qalmışdı. 50 santimetr qar altında 17 saat boyunca qapalı qalan gənc xilas olmağı bacardı.

Möcüzəvi YaşamlarLənətlənmiş Ailə
Sel, yanğın, zəlzələ, sunami və nüvə qorxu... Svanstrom ailəsi, 4 ay içində getdikləri ölkələrə fəlakət apardı. Ancaq özləri heç zərər görmədi.
Münih: Qar və qasırğada 10 adam həyatını itirdi. Eriknaın əlləri, soyuq səbəbiylə keçici iflic oldu.
Pekin: Seldə bir çox adam həyatını itirdi az qalsın Stefanda ölürdü.
Tayland: Ailənin sel və qasırğada yeni tanış olduqları 2 adam öldü.
Avstraliya: Brisban bölgəsi, tarixin ən böyük sel fəlakəti oldu. 200 min adam evsiz qaldı, 300 adam həyatını itirdi.
Yeni Zellandiya: Zəlzələ oldu, 200 adam həyatını itirdi. Svanstrom ailəsinin qaldığı otel boşaldıldı.
Tokio: 11 Martda 8.9luq zəlzələ və ardından sunami fəlakəti yaşandı. Minlərlə adam həyatını itirdi. Svanstrom ailəsi, çətinliklə İsveçə döndü.

Möcüzəvi YaşamlarYanlız O xilas oldu
Cənub Afrika Respublikasının Johannesburg şəhərindən havalanan Afriqiyah Hava yollarına aid Airbus A330-200 tipi təyyarə Livya'nın Trablusgarb hava limanında yerə bir metr qala yerə çırpıldı. Sonra partlayış olan təyyarədəki 104 adamdan bir tək Hollandiyalı 8 yaşındakı bir uşaq xilas oldu.

Möcüzəvi YaşamlarSon Möcüzə
Haitidə 16 yaşındakı bir gənc qız zəlzələdən 15 gün sonra dağıntı altından canlı olaraq qurtarıldı. Zəlzələ olduğu anda əlində bir şüşə limonad olan 16 yaşındakı gənc qız, 15 gün boyunca bunu içərək həyatda qalmağı bacardı.

Möcüzəvi Yaşamlar127 Saat həyat mübarizəsi
Aron Ralston, Utah yaxınlarında tək başına çıxdığı bir qaya gəzintisində, 400 kiloluq bir qaya parçasına qolunu sıxışdırdı. 5 gün boyunca xilas olma mübarizəsi verən Rolston, sonunda küt bir bıçaqla qolunu kəsərək kömək istəyə bildi. Gənc alpinistin bu həyat mübarizəsi '127 saat' filminə mövzu oldu.

Möcüzəvi Yaşamlarİnanılmaz doğum
Hindistanda anasının səfər etdiyi qatarın tualetində dünyaya gəldikdən sonra deşikdən relslərə düşən körpə möcüzə əsəri xilas oldu. Qərb Bengalda Rinku Debu Rels adlı 28 yaşındakı hamilə qadın qatarda səfər edərkən sancılanınca tualetdə doğum etməyə qərar verdi. Doğumdan sonra körpə deşikdən relslərə düşdü. Və Sağ olaraq tapıldı

Möcüzəvi Yaşamlar118 gün ürəksiz yaşadı
ABŞın Miami şəhərində 14 yaşındakı qız uşağı, ürək nəqli edilənə qədər öz ürəyi olmadan qan nasosla vuran bir alətlə 118 gün yaşadıldı.

Möcüzəvi YaşamlarNəhəng qıçlı qadın
Həkimlər Mandy Sellars doğulduğu andan etibarən bir şeylərin tərs getdiyini anlamışdı. 34 yaşındakı qadının qıçları doğulduğu gündən bəri çaşdırıcı bir şəkildə böyüyür. Bu gün qıçlarının ağırlığı 95 kilo. Mütəxəssislər Sellarsın bu xəstəliyinə həll tapmağa çalışarkən bəzi həkimlərə görə qıçlarının genişləməsinin səbəbi Proteus Sindromu deyilən və bədəndə deformasyona səbəb olan bir xəstəlikdir.

Möcüzəvi Yaşamlar47ci mərtəbədən aşağıya düşən adam
2007-ci ilin dekabr ayında Alcides Moreno və qardaşı Edgar New Yorkdakı bir göydələnin 47 ci mərtəbəsində aşağıya düşdü. Qardaşı həyatını itirərkən 37 yaşındakı Alcides, həyatda qalmağı bacardı. Keçirdiyi 16 əməliyyatdan sonra ayağa qalxan Morenonun həkimləri xəstələrinin təkrar yeriyə biləcəyinə inanırlar.

Möcüzəvi YaşamlarBu körpə iki dəfə doğuldu
Keri və Chad McCartney körpələri 6 aylıqkən cinsiyyətini öyrənmək üçün həkimə getdiklərində qorxunc bir gerçəklə qarşılaşdılar. Greyfurt böyüklüyündə bir şiş fetusu öldürmək üzrə idi. Bunun üzərinə həkimlər şişi çıxartmaq üçün körpənin yüzdə 80ini ana qarınından çıxardılar və şişi götürdükdən sonra körpəni təkrar yerinə qoydular. 10 həftə sonra kiçik körpə ikinci dəfə dünyaya gəlməyi bacardı.

Möcüzəvi YaşamlarMöcüzəvi YaşamlarKiçik dəniz qızı
Dəniz Qızı Sindromu olaraq bilinən və bir doğum problemi olan bu xəstəlikdə qıçlar bir-birinə yapışıq vəziyyətdədir. Bu sindromla doğan Shiloh Pepin də onlardan biri. Eyni zamanda Shiloh Pepinin artıma orqanları, rektum və sidik torbası da yoxdur.

Möcüzəvi YaşamlarAçar gözünə və beyninə batdı
2008-ci ildə 17 aylıq olan Nicholas Holderman evdə açarların üzərinə düşdü. Açarlardan biri gözündən girərək beyninə batdı. Dərhal xəstəxanaya qaldırılan uşağın beyninə batan açar 30 dəqiqə davam edən bir əməliyyatla çıxarıldı. Möcüzə əsəri uşağın nə gözündə nə də beynində heç bir iz qalmadı.

Möcüzəvi YaşamlarDünyanın ən yaşlı yapışıq əkizləri
57 yaşındakı Ronnie və Donuya Galyon dünyanın yaşayan ən yaşlı əkizləri oldu. Qolları, qıçları, mədələri, ciyərləri və ürəkləri ayrılan əkizlərin tək bir bağırsağı və tək bir artıma orqanı var.

Möcüzəvi Yaşamlar36 il göbəyində əkizini daşıdı
Sanju Bhagatın hər vaxt doqquz aylıq hamilə kimi görünən göbəyi onu narahat etsə də 1999-cu ilə qədər başqa bir xəstəlikdən xəstəxanaya müraciət edənə qədər nə olduğu aydın ola bilmədi. 36 yaşında həkimə getdiyində isə maraqlı gerçəklə qarşılaşdı. Həkimlər bir şiş gözləyərkən əkizinin içində yaşadığını öyrənən Bhagata edilən əməliyyatla qardaşı içindən alındı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6305   Tarix: 15 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 266
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 502
.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 424
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 254
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 414
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 374
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 896
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21.04.2024 258
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 906