Qadın kişidə nəyə nifrət edir?

Qadın kişidə nəyə nifrət edir?


Uzun bığlar, əzələli bədən quruluşu, jeleli saçlar... Qadınlar bu gözəlliklərə nifrət edirlər!

ÇİRKLİ DIRNAQLAR: Qadının kişilərdə ilk baxdığı yerlərdən biri onun əllərdir. Kişinin təmiz əlləri, qadına, onun ümumiyətlə hər cəhətdən təmiz birisi olması əminliyini verir. Əyri-üyrü, altı qara çirk zolağı ilə bəzənmiş dırnaqları olan əlləri heç bir qadın tutmaq istəməz.

ÇİRKLİ BURUN: Nəfəs aldıqda tozun buruna daxil olmasına əngəl olan burun tükləri nə yazıq ki, burun dəliklərindən boylananda qadınları hürküdür. Çünki nəfəs alıb-verərkən belə o tüklər tərpənir.

EŞMƏ BIĞLAR: Üzünüzün quruluşuna görə saxladığınız bığ və saqqal təbii ki sizə özəl bir yaraşıq verir. Lakin bu yaraşıqların uzunluğuna diqqət etməlisiniz. Bir qadın, yediyiniz əriştənin bığlarınızdan sallandığını görüb, sizi xəbərdar etsə düşdüyünüz o halınızı təsəvvür edirsinizmi?

QULAQ TÜKLƏRİ
: Qulaqlarınızdan canavar kimi çıxan tükləri yolarkən ağrısını bəhanə etməyin. Ağrıya qalsa qadınların verdiyi ağrını heç nə vermir.

TÜKLÜ BƏDƏN: Hərbi rütbə kimi çiyinlərinizdən sallanan və belinizdəki tüklərdən azad olmağın yolunu özünüz tapın. Sözsüz ki, bu cür təbii kürklərə qadınlar nifrət edirlər. Çünki hər bir qadın bir tük yumağına sarılmaq əvəzinə otağını bəzəyən yumşaq oyuncaq ayıya sarılmağı üstün tutar.

SARI DİŞLƏR: Marketlərin çeşid-çeşid diş məcunları ilə dolu olduğu bir zamanda hələ də sarı dişlərinizlə qadın üzünə gülümsəyirsinizsə daha sizə sözüm yoxdur. Unutmayın ki, sizin qadın gülümsəməsinə diqqət yetirdiyiniz qədər onlar da sizin gülümsəmənizə diqqətində saxlayır. Əvvəla, siqaret çəkirsinizsə, düşünmədən belə tərgidin.

AĞIZ QOXUSU: Bu problemi həll etmək üçün saysız-hesabsız vasitələr olsa da, ağız qoxusunun səbəbi mədədəki nasazlıq və ya bir çürük dişiniz də ola bilər. Əgər bu problem sizdə daha ciddidirsə öncə həkimə müraciət edin. Yediyiniz yeməklərə diqqət edin. Sevgilinizlə görüşə getməzdən öncə soğan, sarımsaq kimi iyi cəhətdən üzüqara şeylər yedinizsə, qısaca, görüşü təxirə salmağı məsləhət görürəm. Ağız spreyi və ya nanəli saqqız ağız iyisi mövzsunda sizin daimi müttəfəqinizdir .

DÜŞÜK ŞALVAR: Bəli, müasir həyatda düşük şalvar belə dəb olaraq qəbul oluna bilir. Lakin onun altından geyindiyiniz tuman da vacibdir. İndi isə, bir qadından soruşaq görək şalvarı düşük kişilərə necə münasibət göstərir? Soruşaq?.

QIZIL BƏZƏKLƏR: Çox varlı ola bilərsiniz, hətt qızılı rəngi də çox sevə bilərsniz lakin bu mövzuya qadınların baxışı budur: "Kişilərə bəzək, özəlliklə, qızıl bəzək yaraşmır." Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük, barmağı gizlədən iri qaşlı üzüklər, xüsusilə də, üstü daslı şovalye üzüyü kimi bəzək əşyaları taxan kişiləri isə qadınların sevmək bir yana, heç onları ciddi kişi kimi qəbul etmirlər.

TELEVİZOR PULTU: Televizor pultunu əlində oyuncaq edən kişilər qadının gözündən o andaca düşər. Bir qadının kişilərdə ən sevmədiyi, şey bəlkə də, əlində televizor pultu tutub, sıra ilə idman kanallarını izləməsidir. Çünki sizin izlədiyiniz futbol matçına görə serialın bu axşamkı bölümünə baxa bilməyən qadın, bunu sizə ömrü boyu bağışlamaz!

TƏSBEH: Hələ də təsbehmi çevirirsiniz?. Əgər əlinizi oynatmaq çox vacibdirsə, təsbeh əvəzi istədiyiniz başqa bir şeyi istifadə edin. Çünki qadınlar təsbeh çevirən kişilərə yaxşı gözlə baxmırlar. Hətta demək olar ki heç baxmırlar.

UCUZ ODEKALON: Ətiriniz bitsə belə onun yerinə ucuz odekalon istifadə etməyin. Sizdən ucuz odekalon iyisi gəldiyini üzünüzə deməsə də qadınlar sizə buna görə nifrət edə bilərlər.

ARNOLD ŞVARSNEQQER: Özünüzü yorub bədən əzələlərinizi qabartmayın. Kim demişsə, qadınlar Şvarsneqqeri çox sevir, o sizi aldatmışdır. Təsəvvür edin ki, hər gün idman zalında qaınların sevmədiyi bir şey üçün 500 kg daşı qaldırırsınız.

YEKƏ QARIN: Həddindən çox şişirilmiş əzələləri bəyənmədiyi kimi, qadınlar həddindən çox şişirilmiş qarnı da sevmirlər. Önünüzdə balkon kimi duran bir qarınla görüşə getməzsinz deyilmi?

TƏR QOXUSU: Qadınlar təmiz kişiləri sevər. Bu mövzuda tər qoxusu böyük təhlükədir. Ətir olmasa da, vücudu qoxumayan kişilərə qadınlar hörmət edərlər.

AĞ ŞALVAR: Ağ şalvar geyinib görüşə getməyin. Ümumiyyətlə sevdiyiniz qadının xoşuna gəlmək istəyirsinizsə, ağ rəngli palratlara pul xərcləməyin. Xüsusilə yayda geyinilən ağ kətan şalvarları. Onlar 80-ci illərdə "Miami Vice"ın vaxtında qaldı.

HÜNDÜR DABAN AYAQQABI: Aranızda hündür dabanlı ayaqqabı geyinənlər varsa, indidən o ayaqqabıları gizlətsin. Boyunuz qısadırsa eybi yoxdur, olduğunuz kimi görünün. Qadınlar bəstəboylu birisini sevər amma hündür görünmək üçün dik daban üstündə gəzib ayaqlarını yara edən kişiləri sevməzlər.

JELELİ SAÇLAR: Başına bir qutu jele yaxan, saçları günəş altında su kimi parıldayan kişilərdən qadınlar hürkərlər. Saçınız təmiz və özünüzə yaraşan düzümdə olsun yetər.

Qadın kişidə nəyə nifrət edir?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 13338   Tarix: 13 iyul 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724