Araş və Ayselin mətbuat konfransından sözbəsöz reportaj

Araş və Ayselin mətbuat konfransından sözbəsöz reportajBu qələbəyə görə kimlərə borclusunuz?

Aysel: - Bizim komandamız çox böyük idi. İsveç xoreoqrafları, vokal müəllimləri, bizim paltarlarımızı hazırlayan insanlara borcluyuq. Gənclər və İdman Nazirliyi, İctimai Televiziya, Zəhra Bədəlbəyli, Ukraynanı "Avroviziya"da təmsil edən Ruslananın PİAR kampaniyasına borcluyuq. Bizim komanda builki "Avroviziya"da ən güclü komandalardan biri idi.

- Sualımız Araşadır. Bu müsabiqəyə Ayseldən başqa digər ölkənin nümayəndəsi ilə getsəydin, bu nəticəni əldə edə bilərdinmi?

Araş: -Yalngz Aysellə. Biz Aysellə hər zaman müsbət enerji bəxş etməyə çalışırıq. Əslində, azərbaycanlıların ən ümdə xüsusiyyəti elə işıq saçmaq və hamıya pozitiv enerji verməkdir.

-Azərbaycan bu müsabiqədə Araş və Aysellə təmsil olundu. Azərbaycana aid vidoezarxda Cənubi Azərbaycandakı qalaların görüntüləri nümayiş olundu. Erməni mətbuatı bu faktı İranın diqqətinə çatdıraraq növbəti siyasi təxribat yaratmaq istədi. Bu məsələyə Araşın münasibətini bilmək istərdik.

Araş: -Azərbaycan mənim ürəyimdir və mən fəxr edirəm ki, bu ölkəni təmsil etmişəm. Amma həm İran, həm də Azərbaycan mənim vətənimdir.

-Ermənistandan aldığımız 1 balı necə dəyərləndirirsiniz?

Aysel: - Düşünürəm ki, bizim nömrə o qədər güzəl idi ki, Ermənistan əhalisi özünü saxlaya bilməyib və səs verməli olub.

-Sizin şəxsi həyatınızla bağlı nə deyə bilərsiniz?

Araş: - Mən nişanlıyam, gələn il toyumuz olacaq. Ola bilər ki, toyum Bakıda olsun.

-Bəzi saytlarda Aysellə şəkilləriniz çıxdı. Sizi yaraşdıranlar da oldu. Bu məsələyə münasibətiniz necədir?

Araş: - Mən Ayseli yaxşı dost kimi çox sevirəm. Bizim çox sıx dostluq əlaqələrimiz var. Musiqiyə dair zövqümüz eynidir. Yalnız bizim ikimizin sayəsində biz bu şounu ərsəyə gətirə bildik. Onun üçün mahnı yazmağı da planlaşdırıram. Onu Avropa ulduzuna çevirmək istəyirəm.

- Bəziləri deyirdilər ki, Azərbaycan yer tutmayacaq...

Aysel: - Onlar yəqin ki, indi üz sözlərindən utandılar. Çünki bizi dəstəkləmək əvəzinə bizim haqqımızda yaxşı sözlər demədilər. Buna görə də onlardan bir az incimişəm.

- Bu qələbədən sonra Araş Azərbaycanda yaşamaq istəmir?

Araş: -Bəzi yerlər var ki, onlar mənim ürəyimə zox yaxındır. Mən İranda anadan olmuşam. İsveçdə yaşamışam və Azərbaycan mənim ürəyimə çox yaxındır.

- İsveçdən 8 bal aldıq, bu az deyildi?

- Mən düşünürəm ki, münsiflər o qədər də yaxşı səs vermədilər. Amma insanlar çox səs vermişdi. Bu il səslər 50/50 hesablanırdı. İsveç insanları bizə 12 xal vemişdi. Amma münsiflər işləri korladı. İnsanlar bizim mahnımızı və bizim dueti çox sevdilər.

-Bundan sonra yenidən bu müsabiqədə iştirak etmək istəyərdinizmi?

Araş: - Ola bilsin ki, gələn il Aysel solo ifaçı kimi "Avroviziya"da iştirak etsin. Amma mən bundan sonra yalnız müəllif kimi iştirak edərdim".

-Sizcə Aleksanr Rıbak birinci yerə layiq idimi?

Araş: - Bəli, o, həqiqətən də çox yaxşı idi. Amma mən hesab edirəm ki, əgər o olmasaydə, biz birinci olacaqdıq.

Aysel: - Amma biz əvvəldən də Norveçi özümüzə yeganə rəqib görürdük.

- Bundan sonra necə pul qazanmaq istəyirsiniz?

Aysel: - Ümumiyyətlə, Cenifer Lopes də toylara gedir. Amma mən albomlardan, konsertlərdən pul qazanmaq istəyirəm. İstəsəydim, çoxdan toy biznesinə gedərdim və populyar olardım. Amma mən bu yolu seçmədim. Ona görə də "Avroviziya"ya getdim.

- Sizin milliyyətinizlə bağlı müxtəlif məlumatlar var...

Araş: - Mənim əslim azərbaycanlıdır, amma mən İranda dünyaya gəlmişəm. Mən özümü azərbaycanlı hesab edirəm. Mənim atam azərbaycanlıdır, məhz elə buna görə də mən Azərbaycanı təmsil etdim.

Anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10160   Tarix: 21 may 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230