Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti

Şəfa Məmmədovanın rəfiqəsinə son sözü: "Ailə qurmaq üçün 30 yaşınadək gözləməyə dəyərmiş"

Füzuli küçəsindəki 60 saylı binada, Məmmədovların yaşadığı evdə cəmi 18 gün əvvəl toy xonçaları bəzənmişdi, yaxında-uzaqda yaşayan qohumlar, dost-tanışlar bu həyətə toplaşıb gəlin köçməyə hazırlaşan Şəfanın valideynlərinə gözaydınlığı verirdilər. Rəfiqələri, iş yoldaşları, qonşuları Şəfanı tər çiçəklərlə, səmimi arzuları ilə təbrik edib, ona "qoşa qarıyasınız, nəvəli-nəticəli olasınız" demişdilər....

Bu, çoxdan deyildi, cəmi 18 gün əvvəl – aprelin 12-də Şəfanın ata evindən gəlin köçən gün idi. Hələ şadyanalıq, toy əhval-ruhiyyəsi bu evdən çəkilməmişdi, heç toy şirniyyatı da yeyilib qurtarmamışdı. Aprelin son günü Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) silahlı basqın pozdu bu düzəni. Cəmi 18 gün əvvəl Şəfanı gəlin aparmağa gələn bərbəzəkli maşınların dayandığı həyətdə indi onun yas mərasimi üçün ağ çadırlar qurulub.
Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Biz həyətə çatanda artıq ikinci çadır da qurulurdu. Birinci çadır adamlarla dolu olduğundan yas mərasiminə gələnlərin bir qismi ayaq üstə dayanıb ikincinin qurulmasını gözləyirlər. Mərhum Şəfanın atası, "Respublika" qəzetinin əməkdaşı Afət Məmmədova yaxınlaşıb başsağlığı verdikdən sonra gəlişimizin məqsədini söyləyirik. Əlini ayaq üstə dayanmış insanlara doğru uzadıb "Mən nə deyə bilərəm ki? Rəfiqələri, müəllimləri, iş yoldaşları buradadır, gedin onlardan soruşun" deyir...

Hamının ürəyi doludur, amma heç kəs danışa bilmir, kimi dindirirsən, ağzını açan kimi hıçqırıq boğur. Təkcə Şəfanın ən yaxın rəfiqəsi, onunla eyni otaqda laborant işləyən Mətanət Həsənquliyeva çətinliklə də olsa, danışa bilir.

"Mən Şəfa ilə bir otaqda otururdum. Çox alicənab, təmkinli, savadlı, geniş dünyagörüşü olan insan idi. Mən onu hələ tələbə ikən tanıyırdım. Sonradan qismət elə gətirdi ki, hər ikimiz bir yerdə laborant işlədik".
Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Qırmızı diplom

Şəfa Məmmədova 1978-ci ildə Naxçıvanda anadan olub. Orta və ali təhsili də elə orada alıb. Naxçıvan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra həmin ixtisas üzrə Bakı Dövlət Universitetinin magistratura pilləsinə daxil olub. İki illik magistr təhsilini qırmızı diplomla başa vurub. Ötən il isə aspiranturaya qəbul olub.

Mətanət Həsənquliyeva deyir ki, onun rəfiqəsi heç vaxt oxumaqdan, öyrənməkdən yorulmazdı: "Hətta işdən sonra da nə vaxt zəngləşirdiksə, deyirdi elmi iş üzərində işləyir. İşdə boş oturmazdı, hətta çay içəndə də kitabı əlindən yerə qoymazdı. Şəfa elə bir insan idi ki, onun haqqında nə desəm, azdır, onun şəxsi keyfiyyətləri sözlə ifadə edilə bilməyəcək qədər böyük idi. Kollektivdə hamıya nümunə idi, onun yanında artıq bir hərəkət eləməyə də adam utanırdı. Elə ona görə də hamı çox istəyirdi onu".
Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Ağ gəlinlik

Rəfiqəsi Şəfanın ata evindən gəlin köçdüyü günün təəssüratlarını bölüşmək istəyir, ağlayır, bir anlıq özünü ələ alıb yenidən başlayır: "Aprelin 12-də bütün kollektiv onun toyuna yığışmışdıq. Onu gəlin maşınına necə oturduğumuz, şadlıq evinə necə daxil olduğumuz indi gə gözümün önündədir. Ağ gəlinlik paltarı necə də gözəl yaraşırdı ona?! Hələ şokdayam, nə baş verdiyini ağlıma sığışdıra bilmirəm".

Mətanət Həsənquliyeva Şəfanın kəbin mərasimində onun şahidlik edib. Münasibətləri o qədər yaxın olub ki, gələcək ailə həyatının necə olacağı barədə saatlarla danışırmışlar: "Bundan əvvəl bir neçə dəfə müxtəlif yerlərdən ona elçilər gəlib. Amma Şəfa bəyənməmişdi, deyirdi ki, ailə qurmağa görə tələsmək lazım deyil. Bu oğlanı öz bəyənmişdi, toyları "Tural" şadlıq evində oldu. Şahlara layiq bir toy idi. Hamı onu o qədər çox istəyirdi ki, ürəkdən sevinirdilər bu toya".

Şəfa Məmmədova cəmi 18 gün yaşadığı ömür-gün yoldaşını çox bəyənibmiş: "Bir qədər gec ailə qurdu. Həmişə deyirdi ki, qismətimi gözləyirəm, harada olsa, özü ağ atlı şahzadə kimi gələcək... Hər şey iki ayın ərzində oldu. Bu iki ay ərzində əvvəl nişan, sonra toy tədarükləri başladı və aprelin 12-də toyları oldu".

Şəfa Məmmədova 18 günlük evlilik həyatından çox razılıq edirmiş. Həyat yoldaşının, qayınanasının isti münasibəti qarşısında özünü dünyanın ən xoşbəxt qadını hesab edirmiş.

Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti "Şəfa gözləyib 30 yaşında ailə qurduğuna görə çox şükür eləyirdi. Deyirdi ki, çox şükür ki, gözləməyinə dəydi, çox gözəl seçim elədim. Çox gözəl bir ailəyə düşmüşəm, bütün qızlara, sənə arzu edirəm belə ailəni..." - Mətanət Həsənquliyeva ağlaya-ağlaya danışır.

Qara xəbər

Rəfiqəsi hər gün bir otaqda oturduğu Şəfanın gülləyə tuş gəlməsindən hadisədən bir qədər sonra xəbər tutub. Müsahibimiz deyir ki, dünən o, hadisənin baş verdiyi bina ilə üzbəüz yerləşən əsas korpusda keçirilən imtahanda koordinator idi. Bu səbəbdən də səhər işə gələrkən elə birbaşa əsas binaya gedib. Şəfa isə dərsi olduğundan iş otağının qapısını bağlayıb getmək istəyib. Amma əvvəlcə kafedra müdiri Namiq müəllimə zəng vuraraq onda açar olub-olmadığını soruşub.

"Namiq müəllim deyib ki, məndə açar var, qapını bağla, get. Amma Namiq müəllim içəri girəndə görüb ki, tələbələr bufetin qarşısında, pilləkənlərdə öldürülüb. Dərhal Şəfaya zəng edərək koridora çıxmamağı, qapını bağlayıb içəridə gözləməyi tapşırmaq istəyib. Ancaq Şəfa telefona cavab verməyib və o, birinci dəfə Namiq müəllimlə danışan kimi otaqdan çıxıb. Dəhlizə çıxanda silahlı adam onu başından güllələyib".

Rəfiqəsi deyir ki, onun özü də əl çantasını imtahan keçirilən binadakı kabinetə qoyub, əsas iş otağına qayıtmaq istəyib. Bu zaman Namiq müəllim ona da zəng edərək burada silahlı şəxslərin olduğunu və əraziyə girməyin mümkünsüz olduğunu deyib: "Əvvəlcə düşündüm ki, Namiq müəllim zarafat eləyir. Sonra gördüm ki, yox, məsələ ciddidir".
Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti Kafedra müdiri Mətanət Həsənquliyevaya təhlükəli vəziyyətin yarandığını və buna görə otaqdan çıxmamağı tapşırıb. O həmçinin Şəfa Məmmədovaya zəng etdiyini, lakin telefona cavab vermədiyini də Mətanətə söyləyib və deyib ki, Şəfaya zəng vursun: "Dayanmadan bəlkə 20 dəfə Şəfaya zəng vurdum. Amma telefonu götürmürdü. Düşündüm ki, bəlkə də özü harasa gedib, telefon çantada qalıb içəridə. Sonra Namiq müəllimə zəng vurdum ki, Şəfa heç vaxt 10-un yarısınadək otaqda qalmır. Yəqin yenə dərsə gedib və indi dərsdə olduğundan telefona cavab verə bilmir. Hətta mən mesaj da yazdım ki, Şəfa, telefona cavab verə bilmirsənsə, mesaj yaz. Bir az da gözlədim, xəbər çıxmadı. Artıq aləm qarışmışdı bir-birinə. Dostunu axtaran kim, övladını axtaran kim... Axırıncı dəfə Şəfaya bir də zəng vuranda bir oğlan cavab verdi. Soruşdum ki, telefonun yiyəsi hardadır? Cavab verdi ki, biz meyit daşıyırıq, telefonu koridordan tapmışam, kimin olduğunu bilmirəm. Bundan sonra nə baş verdiyindən xəbərim olmadı".

Mətanət Həsənquliyeva ilə söhbəti bitirib, Şəfanın 18 gün əvvəl gəlin köçdüyü evə yaxınlaşırıq. Dar həyəti olan ikimərtəbəli köhnə binanın qarşısında oturmuş qadınlar Şəfanın toy şəkillərinə baxırlar...

Şəfanın ölüm xəbərinin onlara necə çatdığını qardaşı Anar danışır: "Mən Naxçıvandaydım. Dünən Bakıda atışma baş verdiyini eşidən kimi atamla əlaqə saxladım, gördüm ağlayır. Dəqiq bir söz deyə bilmədi. Sonra yenidən zəng vurdum, dedilər ki, Şəfanın ayağı sınıb, yaralıdır. Şəfanın meyitini rəfiqəsinin anası morqda tanımışdı, o bizə xəbər verdi".

...Şəfa Məmmədovanın 18 gün əvvəl gəlin, 1 gün əvvəl isə dünyadan birdəfəlik köçdüyü bu evi, həyəti tərk edirik. Artıq yas mərasimi üçün qurulmuş ikinci ağ çadır da hazırdır. Şəfanın nakam taleyinə ağlamağa gələnlər, kişili-qadınlı hamı ağ çadırlarda oturub "Yasin"ə qulaq asır. Ətraf tam sakitlikdir, qəribə bir sükut çöküb ortaya. Bakı küləyi ağ çadırların giriş qapısının üzərindən asılmış qaralı-qırmızılı lenti dəyirman daşı kimi göydə fırladır. Qırmızı-qara lent az qala yerindən qopub uçmaq, göylərə qalxıb yox olmaq istəyir...

Lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 21223   Tarix: 03 may 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 71
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 172
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

05.05.2024 362
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 147
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 228
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 212
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

05.05.2024 138
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

05.05.2024 253
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

05.05.2024 151