Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu

Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu

Futbol daha çox kişilərin sevimli oyunu hesab olunur. Buna görə də stadionda, eləcə də evdə futbolu seyr edənlərin əksəriyyətini kişilər təşkil edir. Həyat yoldaşının və ya sevgilisinin, yaxınının stadiona yollanmasından narazı qalan o qədər xanımlar var ki! Ailə televizor qarşısında əyləşərkən "Futbol, yoxsa teleserial?" mövzusu ətrafında qızğın mübahisələr getməsinə dair misallar çoxdur. Belə məqamlarda kişilər futbola, qadınlar isə seriala (yaxud xanımlara aid digər proqramlara) baxmaq istəyirlər. Bəs, qadınlara futbolu necə sevdirməli? Mütəxəssislər "idmanın şahı"nı xanımlara sevdirmək üçün 5 üsul təklif edirlər. Gəlin bunları bir-bir nəzərdən keçirək:

1. Onunla danışın

Kişilər çox danışmağı xoşlamasalar da, futbolun əsl mahiyyətini qarşı tərəfə başa salmaq üçün vaxt ayırmalıdırlar. Belə olarsa, qadınlar kişiləri dinləyər və bu idman növünü anlamağa başlayarlar, onlarda futbola qarşı rəğbət hissi oyanar.

2. Futbolun yaxşı tərəflərini açıqlayın

Matçı izləməmişdən öncə futbolun yaxşı cəhətlərini açıqlayın. Qadınlara futboldakı lap adi anlayışlar barədə məlumat vermək lazımdır. Bu informasiyaları effektli şəkildə xanımlara çatdırsanız, onlar futbola baxmaqdan əsl zövq alacaqlar. Amma bir az diqqətli olun! Əgər xanımın beynini informasiya ilə "yükləsəniz", işlər korlanacaq. Həmin xanımda futbola nifrət yaranacaq.

3. Onun danışmasına və söz soruşmasına icazə verin


Oyuna baxarkən, xanım sizə bir çox suallar verə bilər. Buna əsla qızmayın! Kişilər başa düşməlidir ki, qadınlar maraqlandıqları üçün sual verirlər. Əgər xanıma səssiz olmasını və sual verməməsini desəniz, o, bütün marağını itirər. Qabaqlayıcı tədbirlər də var. Hər ehtimala qarşı, öncə fanatı olduğunuz komandanın görüşünü seçməyin. Xanımla birgə sıradan bir komandanın oyununa baxın. Çünki belə olan halda, zərif cins nümayəndəsinin danışması və suallar verməsi sizin sinirlərinizə toxunmayacaq.

4. Onun üçün günü özəlləşdirin


Əgər futbol matçının keçirildiyi günü xüsusi günə çevirsəniz, xanımın fikirlərində müsbətə doğru dəyişiklik olacaq. Bundan ötrü həmin gün onunla daha mehriban davranın, mətbəxdə az vaxt keçirməsi üçün yaxınlıqdakı restorandan yemək sifariş verin. Həmin gün qadının qayğılarına şərik çıxın, problemlərinin həllinə çalışın ki, o da futboldan yaxşı zövq ala bilsin.

5. Ona forma alın


Xanımların geyimə qarşı həssaslığı yəqin ki, heç kəsdə şübhə doğurmur. Bəzən günün böyük hissəsini geyim dükanlarında keçirən qadınlar var. Yaxşı olar ki, xanımla birgə alış-verişə çıxasınız və ona fanatı olduğunuz komandaya aid nəsə alasınız. Əgər ona qadınlar üçün dizayn edilmiş forma alsanız, xanımda dərhal azarkeş hissləri baş qaldıracaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5008   Tarix: 11 aprel 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

17:20 61
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 347
.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 464
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 560
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 323
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 843
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 411
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 489
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 340