Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində qarşıda duran vəzifələri önə çəkir. RİH başçısı tədbirin keçirildiyi 15 oktyabr tarixinin dövlət başçımızın 2023-cü ildə ilk dəfə prezident seçildiyi günlə üst-üstə düşməsinin əlamətdarlığını da xatırladaraq keçən illər ərzində Prezident İlham Əliyevin xalqa verdiyi vədləri tam şəkildə yerinə yetirdiyini bildirmişdir. Həmçinin vurğulanmışdır ki, cənab İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 23 il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olmuş, əhalinin rifah halı daha da yaxşılaşmışdır. Azərbaycanın siyasi və iqtisadi potensialı artmış, beynəlxalq mövqeləri möhkəmlənmiş, 30 il ərzində pozulmuş ərazi bütövlüyü bərpa olunmuşdur. Bu gün regionda həyata keçirilən bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə reallaşdırılır.Azərbaycan xalqı bu uğurları nəzərə alaraq öz Prezidenti ilə, dövləti ilə haqlı olaraq fəxr edir, ona etimad göstərir və qəbul etdiyi hər bir qərarı yekdilliklə dəstəkləyir.
Daha sonra RİH başçısı qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən qurultay ölkənin yeni inkişaf mərhələsinin hədəflərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
RİH başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, qarşıdakı dövrdə əsas vəzifələr əldə olunmuş nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi, ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi və ideoloji təhlükəsizliyin təmin olunmasıdır. O qeyd edib ki, dövlət müstəqilliyinin və dövlətçiliyin möhkəmləndirilməsi, güclü iqtisadi və hərbi potensialın qorunub saxlanılması və daha da artırılması, eləcə də mövcud imkanlardan səmərəli istifadə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. RİH başçısı, həmçinin ölkəmizin təhlükəsizlik imkanlarının və iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə gücləndiyini vurğulayaraq, bu nailiyyətlərin qorunmasının və Azərbaycanın davamlı inkişafının təmin edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
O da vurğulanıb ki, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər Pirallahı rayonunda da konkret layihələrlə öz əksini tapır. Vasif İmanov rayonun inkişafından danışarkən bildirib ki, 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkında ümumi layihə dəyəri 158,3 milyon manat olan üç zavod fəaliyyət göstərir və 398 iş yeri yaradılıb. Gürgən qəsəbəsindəki istehsal müəssisəsində 100 nəfər çalışır. Rayonda fəaliyyət göstərən "NərəMİZ" balıqyetişdirmə zavodu da istehsal potensialının genişləndirilməsinə töhfə verir. Bununla yanaşı, 2019-cu ildə 306 məcburi köçkün ailəsi üçün müasir yaşayış kompleksinin istifadəyə verilməsi həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addım olub.
RİH başçısı qeyd edib ki, sosial-iqtisadi inkişafla yanaşı, ictimai-siyasi sabitliyin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi də qarşıda duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə aidiyyəti qurumların, təhsil müəssisələrinin, qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti gücləndirilməli, ailələr və gənclərlə maarifləndirici iş sistemli şəkildə təşkil olunmalıdır.
RİH başçısı həmçinin, son günlər baş verən məlum hadisələrlə bağlı qardaş Türkiyə Respublikasının bəzi siyasətçiləri və sosial şəbəkə istifadəçiləri tərəfindən ölkəmizə, xüsusən də dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsinə qarşı aparılan böhtan və dezinformasiya kampaniyalarından söz açaraq, Yeni Azərbaycan Partiyası və Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bu mövzuda ayrı-ayrılıqda bəyanatlar yaydığını xatırlatdı. Natiq, vurğuladı ki, ümid edirik ki, bu məsələ qısa müddətdə öz həllini tapacaq və tarix iki ölkə xalqlarının qardaşlıq və qarşılıqlı hörmət üzərində qurulmuş münasibətlərini bundan sonra da qoruyub yaşadacaq.
O da vurğulanıb ki, Azərbaycanda İslama münasibəti heç kim şübhə altına ala bilməz. Ölkəmizdə heç bir tarixi dövrdə, heç bir ictimai-siyasi sistemdə Ulu öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin dövründə olduğu qədər çoxlu sayda məscid tikilib, bərpa edilməyib. Belə ki, 2003-cü ildən bəri Azərbaycanda 800-dən artıq məscid tikilib, təmir edilib və ya yenidən qurulub. Burada Qarabağ nümunəsini xüsusilə qeyd etmək olar. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra məscidlərin və digər dini abidələrin bərpası prioritet istiqamətə çevrilib. Dövlət başçısı şəxsən bərpa olunmuş müqəddəs yerləri ziyarət edərək, ölkədə islami və mənəvi irsin qorunmasının vacibliyini vurğulayıb. Bu danılmaz faktdır.
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, "28 May" Neft-Qaz Çıxarma İdarəsinin rəisi Ramin Quliyev, Vətən müharibəsi şəhidi Babayev Vüsal Sübbuh oğlunun həyat yoldaşı Aynur Babayeva, 186 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elzamin Həsənov və Vətən müharibəsi iştirakçısı Tural Cəfərov, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və başqaları müşavirədə çıxış edərək öz fikirlərini müşavirə iştirakçıları ilə bölüşüblər.
Müşavirənin yekununda RİH başçısı bir daha vurğulayıb ki, hər bir rayonun və şəhərin inkişaf göstəricisi bütövlükdə Azərbaycanın inkişafını əks etdirir. Hər bir ailənin rifahı dövlətin sosial siyasətinin, hər bir uşağın düzgün tərbiyəsi və keyfiyyətli təhsili isə Azərbaycanın gələcəyinə qoyulan mühüm sərmayənin göstəricisidir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilibPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 133   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 395
.

Məktəb müqəddəsdir - uşaqlar Azərbaycanın gələcəyidir!

Məktəb yalnız bilik verilən bir məkan deyil. Məktəb bir xalqın gələcəyinin formalaşdığı, milli düşüncəsinin inkişaf etdiyi, vətəndaşlıq məsuliyyətinin aşılandığı müqəddəs bir ocaqdır. Burada uşaqlar həyata hazırlanır, elmin sirlərini öyrənir, Vətənə, dövlətə və insanlığa faydalı şəxsiyyət kimi yetişirlər

11:09 100
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 437
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 397
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 269
.

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v

15.10.2026 332
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15.10.2026 353
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 115
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 197
.