Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi

Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildiBu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, iclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İclasın yekununda bir sıra qərarlar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.

İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr tarixində keçiriləcək.

Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.

İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarovun istefa ərizələrinə baxılıb və ərizələr İdarə Heyəti tərəfindən qəbul edilib.

İclasda Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.

İdarə Heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 112   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək

Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər. xəbər verir ki, yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilir. Məlumatda deyilir ki, Məleykə Abbaszadə 200-ci ildən bəri bu postu tutur

16:38 131
.

Gəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur

Gəncədə qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallar

14:31 183
.

Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq

Sosial media nəhəngi "Meta" ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib. "Qafqazinfo" xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlə

27.08.2026 230
.

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video

Keniyanın qərbində 33 yaşlı Manasse Lomaçar itkin keçisini axtararkən gözlənilməz kəşfə imza atıb. Çeporor ərazisində çay yatağında qızıl axtaran qadınlara qoşulan Lomaçar təxminən 3 qram qızıl tapıb və onu 36 min Keniya şillinqinə, yəni təxminən 280 dollara satıb. "Qafqazinfo" xəbər veri

27.08.2026 347
.

İsrail ordusu Suriyaya zərbə endirib

Suriyanın verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri cümə axşamı axşamı İsrail sərhədinə yaxın Beyt Cinn bölgəsinə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu bundan sonrada Suriyanı bombalamağa davam edəcək. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

09:55 248
.

Rusiya və Qazaxıstanın bu yağlarında təhlükəli maddələr aşkarlanıb - AQTA açıqladı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycana idxal olunan bəzi yağ məhsullarında insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiriciləri aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı laborator müayinələr zamanı Qazaxıstan və Rusiyanın müxtəlif istehsalçılarına məxsus yağ və marqarin məhsullarınd

15:18 262
.

Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq

Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Axşam.az-a verilən xəbərə görə, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-6

13:35 159
.

Rusiyadan Paşinyana sərt reaksiya: "Moskva ilə irəliləmək istəmir"

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanı strateji tərəfdaş kimi qeyd etməkdən imtina etməsi təəssüf doğurur. xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Vladimir Cabarov " "ya müsahibəsində bildirib. O qeyd edib ki, Paşinyanın bu açıqlamas

11:18 168
.

Hörmüz boğazında nəqliyyatın bərpası: İran şərtlər siyahısı hazırlayır

İran Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Taninin naviqasiya azadlığına hörmət edilməsi ilə bağlı tələbindən sonra Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bərpası üçün şərtlər siyahısı hazırlamağa razılaşıb. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. "Keçmişd

10:37 161
.