Universitetlərdə təhsil haqları artır: Tələbələri qarşıda daha bahalı təhsil gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə təhsil haqları artır: Tələbələri qarşıda daha bahalı təhsil gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda universitetlərdə təhsil haqlarının artırılması məsələsi yenidən gündəmə gəlib. 2026/2027-ci tədris ili üzrə bir sıra ali təhsil müəssisələrində ayrı-ayrı ixtisasların illik ödənişləri əvvəlki illə müqayisədə yüksəlib. Xüsusilə bəzi dövlət və özəl universitetlərdə artımlar diqqət çəkir. Məsələn, II qrup üzrə bir sıra ixtisaslarda təhsil haqları 2025-ci illə müqayisədə 100-500 manat arasında bahalaşıb.

Təhsil haqlarının artması isə tələbələr və valideynlər qarşısında mühüm sual yaradır: universitetlərdə təhsil niyə ildən-ilə bahalaşır və gələcəkdə tələbələri daha yüksək ödənişlər gözləyə bilərmi? Bu artımlar universitetlərin xərcləri, təhsilin keyfiyyəti və əmək bazarının tələbləri ilə nə dərəcədə bağlıdır?
Universitetlərdə təhsil haqları artır: Tələbələri qarşıda daha bahalı təhsil gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, universitetlərdə təhsil haqlarının artması bir tərəfdən ali təhsilin maliyyələşdirilməsi, müəllim və inzibati heyətin əməkhaqları, infrastruktur və digər xərclərin yüksəlməsi ilə izah olunur: "Amma məsələni yalnız universitetlərin xərclərinin artması ilə bağlamaq düzgün olmaz. Burada tələbələrin və ailələrin ödəmə qabiliyyəti də nəzərə alınmalıdır. Məncə, qarşıdakı illərdə tələbələri daha bahalı təhsil gözləməsinin əsas səbəblərindən biri ali təhsilin getdikcə daha çox xərc tələb edən bir xidmətə çevrilməsidir. Universitetlər daha müasir laboratoriyalar, texnologiyalar, beynəlxalq proqramlar və əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar yaratmaq istəyirlər. Bunların hamısının maliyyə yükü isə müəyyən formada təhsil haqqına yansıya bilər.

Digər tərəfdən, universitetlər arasında keyfiyyət və rəqabət artdıqca, prestijli ixtisasların və universitetlərin qiymətinin yüksəlməsi də mümkündür. Lakin burada çox mühüm bir məsələ var: təhsil haqqının artması ilə təhsilin keyfiyyətinin artması paralel getməlidir. Tələbə daha çox pul ödəyirsə, bunun qarşılığında daha yaxşı müəllim, daha müasir tədris, praktik imkanlar və məzun olduqdan sonra daha yaxşı karyera perspektivi görməlidir.

Əks halda, sadəcə təhsil haqqını artırmaq ali təhsili əlçatanlıq baxımından daha ciddi problemə çevirə bilər. Xüsusilə orta və aşağı gəlirli ailələr üçün övladının universitetdə oxutdurulması getdikcə daha ağır maliyyə yükünə çevrilə bilər. Mən hesab edirəm ki, qarşıdakı dövrdə əsas müzakirə "təhsil haqqı nə qədər olacaq?" sualından çox, "tələbə ödədiyi pulun müqabilində nə əldə edəcək?" sualı ətrafında aparılmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1009   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 203
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 188
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 209
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

18:45 1
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 258
.