Qurban Qurbanovun "günahı" - Bu xalqa çox şey yaşatdı

Qurban Qurbanovun "günahı" - Bu xalqa çox şey yaşatdıQurban Qurbanovu şəxsən sevməyə bilərsiniz. Futbolunu bəyənməyə, qərarlarını müdafiə etməyə, hər addımını alqışlamağa da heç kim məcbur deyil. Səhvləri olub, yenə olacaq. Amma bir məğlubiyyətdən sonra illərin işini silib atmağa çalışmaq tənqid yox, sadəcə unutqanlıqdır, hətta nankorluqdur.

Qurban Qurbanovu linç etmək üçün ya yaddaşını itirməlisən, ya da ədalət hissini. Azərbaycan futbolu Avropada bir az ciddiyyət, bir az hörmət qazana bilibsə, bunda hamıdan əvvəl Qurban Qurbanovun əməyi var.

Ondan əvvəl nə görürdük? Təsadüfi qələbələr, bir mövsümlük uğurlar, ardı gəlməyən nəticələr... "Qarabağ" isə bunu sistemə çevirdi. Avropanın böyük stadionlarını, böyük rəqibləri, Çempionlar Liqasının himnini Bakıya gətirdi. Azərbaycan klub futbolunu qitədə epizodik yox, daimi görünən səviyyəyə çıxardı.

Bu illər ərzində Azərbaycan azarkeşi "Çelsi"ni, "Atletiko"nu, "Roma"nı, "Arsenal"ı, "Tottenhem"i və neçə-neçə böyük klubu öz komandasının rəqibi kimi izləyib. Uduzmuşuq da, udmuşuq da, bəzən bir addım qalmış dayanmışıq. Amma hər dəfə Avropa futbolunun içində olmuşuq. Bütün bunların mərkəzində də eyni adam dayanıb - Qurban Qurbanov.

"Tvente"yə uduzmaq olardımı? Əlbəttə. Uduzdu da. Futboldur. Üstəlik, komanda yenidən qurulur. Yenidənqurma prosesi isə heç vaxt ağrısız olmur. Yeni futbolçular, yeni balans, yeni münasibətlər... Belə dövrlərdə büdrəmək də, uğursuz gecə yaşamaq da mümkündür. Bir oyuna baxıb bütün sistemi, bütün keçmişi zibilliyə atmaq isə sadəcə futbolu 90 dəqiqədən ibarət görməkdir.

İndi sosial şəbəkədə divana yayılıb illəri bir məğlubiyyətə sığışdıran "ekspertlər" peyda olur. Sanki dünənə qədər "Qarabağ"ın qələbələrinə sevinən, reytinq hesablayan, püşkü gözləyən onlar deyildi. Tənqid edin. Qurbanovun heyət seçimini də, taktikasını da, transferlərini də sorğulayın. Amma tarixə qarşı ədalətsiz olmayın.

Hocanın maaşını, qazancını ortaya atanlar da var. Bu lap həyasızlıqdır. Dünyanın hər yerində uğurlu məşqçinin qazancı gördüyü işin, yaratdığı dəyərin və bazardakı çəkisinin qarşılığıdır. Qurbanovdan qat-qat çox qazanıb, ortaya bir şey qoya bilməyən məşqçilər isə tonladır. Avropada Simeone, Arteta, Qvardiola kimi məşqçilər milyonlarla maaş alırlar və heç kim bunu "cinayət sübutu" kimi ortaya qoymur. Çünki nəticə və yaratdıqları dəyər ortadadır.

Qurban Qurbanov da aldığı pulu kimdənsə zorla almır. Onun maaşını müqavilə bağladığı klub verir və bunun qarşılığında illərdir gördüyü iş göz qabağındadır. Çempionluqlar, kuboklar, ardıcıl Avropa mövsümləri, Çempionlar Liqası gecələri... Adam biləyinin haqqı ilə qazanıb. Qurban Qurbanovun maaşını sayana qədər, o maaşı qazandıran illərin nəticələrini də bir-bir sayın. Yoxsa sərf eləmir?! Eləməz də...

İdeal məşqçi yoxdur. Karyerasında uduzmayan, səhv etməyən məşqçi də olmayıb, olmayacaq da. Qurban Qurbanov da toxunulmaz deyil. Sadəcə onun uğursuzluğunu müzakirə edərkən bu ölkəyə nə verdiyini unutmamaq lazımdır. Bir məğlubiyyət illərin əməyini, yüzlərlə Avropa oyununu, tarixi nəticələri yox etmir.

Ən ürəkbulandıran da elə budur: insan çox tez öyrəşir. Bir vaxtlar "Azərbaycan klubu Avropada qrup mərhələsinə düşsə..." deyə xəyal qururduq. Qurban Qurbanov həmin xəyalı adiləşdirdi. Elə adiləşdirdi ki, indi Avropada bir məğlubiyyəti faciə sayırıq.

Bəlkə də onun ən böyük "günahı" budur - bu xalqa vaxtilə yuxusuna belə girməyən futbol sevinclərini o qədər çox yaşadıb ki, artıq onları adi hesab etməyə başlamışıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 857   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 203
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 188
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 209
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

18:45 1
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 258
.