Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
47 yaşlı Elmir Heybətov (şərti adla) yeməyin gec hazırlanması səbəbilə arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, qadının saçlarından tutaraq yolub və itələyərək, dirvara çırpıb. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.
Faktla bağlı Elmir Heybətov saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2006-cı ildə rəsmi olaraq ailə həyatı qurub və iki övladı var:
"Hadisə günü saat 19:30-da yaşadığımız evin qonaq otağında olan zaman arvadım Ramilə (şərti adla) ilə aramızda sözlə mübahisə yarandı. Mübahisəyə səbəb o olub ki, işdən evə yorğun gəlib yuyunub bir neçə dəqiqə evin qonaq otağında olan divanda əyləşmişdim. Ramiləyə dedim ki, stolu hazırlasın. Həmin vaxtı Ramilə qonaq otağına keçərək aqressiv şəkildə işdən evə gec gəldiyini bir neçə dəqiqə yemək hazır olacağını dedi. Ramilə mənimlə aqressiv şəkildə danışdığı üçün əsəbiləşdim və stolun üzərində qayınanamdan yadigar qalan boşqabı yerə çırparaq sındırdım. Bu zaman Ramilə mətbəx otağından çıxaraq mənimlə əsəbi halda niyə xatirə qalan qabı sındırdığımı deyərək mübahisə etdi. Yenə əsəblərimi sakitləşdirmək üçün stoldan ayağa durmadım. Lakin Ramilə mətbəxə keçərək mənə irad bildirdi. Mən də onun yanına keçərək saçından əlimlə tutub yoldum və daha sonra itələyərək divara çırpdım. Hadisədən sonra evdən bayıra çıxdım".
E. Heybətov yekun olaraq, əməlindən peşman olduğunu bildirib.
Zərərçəkən Ramilə Heybətova isə ərinin spirtli içkiyə aludə olduğunu deyib:
"Elmir uzun müddətdir ki spirtli içki qəbul edir və spirtli içki aludəçisidir. Təqsirləndirilən şəxs spirtli içki qəbul etdikdən sonra evdə mübahisə yaradır. Hadisə günü mübahisəyə səbəb isə işdən yorğun gəldiyim üçün axşam yeməyini gec hazırlamağımdır. Bu zaman Təqsirləndirilən şəxs yeməyi niyə gec hazırladığımı soruşdu. Mən də işdən yenicə gəldiyimi, bir neçə dəqiqəyə yemək hazır olacağını dedim. Həmin vaxtı həyat yoldaşım Elmir stolun üzərində olan anamdan yadigar qabı yerə ataraq sındırdı. Onun bu hərəkətlərinə öz iradımı bildirəndə Elmir iradları qəbul etmədi və mübahisəmiz böyüdü. Həmin vaxtı mətbəxdə yarımçıq qalan işimi görmək üçün keçdim. Sonra Elmir də mətbəxə keçərək mənimlə aqressiv şəkildə danışaraq üzərimə hücum çəkdi, saçımdan tutaraq yoldu və əli ilə itələyərək divara çırpdı. Yıxılmamağım üçün sol qolumu divara dayadım və qolumdan xəsarət aldım".
Zərərçəkmiş hazırda əri ilə bir evdə qalsalar da, danışmadıqlarını və Elmirlə barışmadıqlarını deyib.
Məhkəmənin qərarı ilə Elmir Heybətov 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 912 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 203 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 188 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 209 İsa peyğəmbər harada vəftiz olunub?
Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı
18:45 1 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231 Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 258