"Söz başqa, əməl başqa" - Bəhruz Quliyev Paşinyanın açıqlamasını şərh etdi
"Paşinyanın son açıqlamasında diqqət çəkən əsas məqam onun Qarabağ məsələsində artıq reallığı açıq şəkildə qəbul etməsidir. Jurnalistin "torpaqlarımız işğal olunub" ifadəsinə münasibət bildirərkən, əgər Qarabağ nəzərdə tutulursa, həmin ərazilərin Azərbaycana məxsus olduğunu deməsi, əslində, Ermənistan rəhbərinin əvvəlki ritorikasından ciddi şəkildə fərqlənən mövqedir.
Amma burada mühüm bir təzad ortaya çıxır: söz başqa, əməl başqa. Əgər Qarabağın Azərbaycanın ərazisi olduğu qəbul edilirsə, onda Ermənistanın Azərbaycana qarşı keçmiş ərazi iddialarından tamamilə imtina etməsi, bu mövqeyi hüquqi və siyasi sənədlərdə də rəsmiləşdirməsi vacibdir".
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, Paşinyan bir tərəfdən Qarabağın Azərbaycan ərazisi olduğunu deyir, digər tərəfdən isə Kərki kimi məsələləri Ermənistanın "itirilmiş əraziləri" kontekstində təqdim edir:
"Bu isə göstərir ki, İrəvan hələ də daxili auditoriya ilə beynəlxalq ictimaiyyət arasında fərqli mesajlar verməyə çalışır. Son açıqlamalarında Paşinyanın Kərki məsələsini Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə əlaqələndirməsi də bunu göstərir.
Hesab edirəm ki, artıq regionda sözlərdən çox konkret addımların zamanıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu məsələ tarixə çevrilib. İndi əsas məsələ Ermənistanın həmin reallığı yalnız tribunadan deyil, dövlət siyasətində, konstitusion yanaşmasında və imzalanacaq sülh sənədlərində də təsdiq etməsidir.
Paşinyanın Qarabağla bağlı reallığı etiraf etməsi müsbət addımdır. Amma bu etirafın siyasi nəticəsi olmalıdır. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, keçmişin ziddiyyətli ritorikasından tamamilə uzaqlaşmalı, Azərbaycanın ərazi bütövlüyünü şərtsiz tanımalı və qarşılıqlı ərazi iddialarına son qoymalıdır.
Çünki Azərbaycan üçün məsələ artıq bəyanat məsələsi deyil. Azərbaycan üçün əsas olan beynəlxalq hüququn, ərazi bütövlüyünün və tarixi ədalətin praktik şəkildə təmin edilməsidir. Paşinyan da bunu anlayırsa, növbəti mərhələ söz yox, konkret addımlar mərhələsi olmalıdır".
B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 88 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Söz başqa, əməl başqa" - Bəhruz Quliyev Paşinyanın açıqlamasını şərh etdi
"Paşinyanın son açıqlamasında diqqət çəkən əsas məqam onun Qarabağ məsələsində artıq reallığı açıq şəkildə qəbul etməsidir. Jurnalistin "torpaqlarımız işğal olunub" ifadəsinə münasibət bildirərkən, əgər Qarabağ nəzərdə tutulursa, həmin ərazilərin Azərbaycana məxsus olduğunu deməsi, əslində
14:20 66 İsrail ordusu Suriyaya zərbə endirib
Suriyanın verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri cümə axşamı axşamı İsrail sərhədinə yaxın Beyt Cinn bölgəsinə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu bundan sonrada Suriyanı bombalamağa davam edəcək. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
09:55 233 Dünənki güclü küləyə görə 2 qadın xəsarət alıb
Ötən gün küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibb
11:31 145 Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır
Çinin Hunan əyalətində 100 tondan çox ehtiyatı nəhəng qızıl yatağı aşkarlanıb. Hesablamalar təsdiqlənərsə, Vanqu adlı yeni xəzinə dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsindəki Vanq
27.08.2026 263 Bu pişik balası "Ginnesin Rekordlar Kitabı"na düşdü
ABŞ-ın Viskonsin ştatının Kaukauna şəhərində yaşayan Erebus adlı pişik balası pəncələrindəki barmaqların sayına görə dünya rekorduna imza atıb. Onun ümumilikdə 29 barmağı var və rekord rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb. xarici mediaya istinadla bildirir ki, Erebus 2026-c
27.08.2026 275 40 il əvvələdək dünyadan xəbərləri yox idi - Zamanı da tanımırlar...
Braziliyanın Amazon bölgəsində yaşayan Amondava xalqı zaman anlayışına yanaşması ilə alimlərin diqqətini çəkir. "Qafqazinfo" xəbər verir ki, Amondava xalqı Uru-Eu-Vau-Vau icmasının bir hissəsidir və Braziliyanın şimal-qərbində, Amazon bölgəsində yaşayır. Onların xarici dünya ilə ilk təmas
27.08.2026 283 Sabah da güclü külək əsəcək
Avqustun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 isti
13:01 120 Litvanın Xarici İşlər Nazirliyində yanğın
Litva Xarici İşlər Nazirliyinin binasında yanğın baş verib. xəbər verir ki, Litva Yanğından Mühafizə və Xilasetmə Departamenti məlumat yayıb. Məlumata görə, binanın havalandırma şaxtasında nasazlıq baş verib və elektrik mühərriki yanıb. Yanğın qısa müddətdə nəzarətə götürülüb. Hadisə yerinə yanğınsöndürənlərl
27.08.2026 232 Putin 2027-ci ildə müharibəni dayandıra bilər - şərt açıqlanıb - "The Atlantic"
ABŞ-ın "The Atlantic" nəşri Vladimir Putinin Ukraynaya qarşı müharibəni 2027-ci ilin ortalarında dayandırmağa razılaşa biləcəyi ssenarini irəli sürüb. xəbər verir ki, nəşrin yazdığına görə, bunun əsas şərti Ukraynanın qarşıdakı qışı keçirməsi və Rusiyanın dərinliklərindəki hədəflərə zərbələ
27.08.2026 302