İsrail Türkiyəyə meydan oxuyur? - Regionda yeni müharibə riski

İsrail Türkiyəyə meydan oxuyur? - Regionda yeni müharibə riskiİsrail ilə Türkiyə arasında davam edən və əsasən siyasi-diplomatik müstəvidə özünü göstərən gərginlik son zamanlar daha ciddi xarakter alıb. İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin şərq hissəsində yerləşən "Əbu-əl-Duhur" hərbi aviabazasına zərbə endirməsindən sonra Ankara ilə Təl-Əviv arasında hərbi eskalasiya riski də artıb.

İsrail-Türkiyə gərginliyinin əsası 2010-cu ildə baş verən "Mavi Mərmərə" hadisəsindən sonra qoyulsa da, ötən 16 il ərzində nadir yumşalma cəhdləri istisna olmaqla, münasibətlərdəki ziddiyyətlər artan templə davam edib.

Hazırda hər iki ölkə Suriyada öz təhlükəsizlik maraqlarını qorumağa çalışır. Türkiyə Suriya hökuməti ilə hərbi əməkdaşlığını və bu ölkədəki təsir imkanlarını artırmaq niyyətindədir. İsrail isə Türkiyənin Suriyadakı hərbi mövcudluğunu genişləndirməsindən və bunu daimi xarakterə çevirməsindən narahatdır. Təl-Əviv hesab edir ki, Ankaranın Suriyada güclənən hərbi mövcudluğu gələcəkdə İsrail üçün təhlükə yarada bilər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, təsadüfi deyil ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyadakı hərbi mövcudluğuna qarşı olduqlarını açıq şəkildə bəyan edib. O bildirib ki, Suriyada İsrail üçün təhlükə yarada biləcək Türkiyə hərbi mövcudluğuna dözməyəcəklər:

"Türkiyə, əslində, İsrail üçün birbaşa hərbi təhdid deyil. Ankaranın əsas narazılığı Təl-Əvivin işğalçı və aqressiv genişlənmə siyasəti ilə bağlıdır. Bununla yanaşı, mülki şəxslərin öldürülməsi və müharibə cinayətləri ilə bağlı ittihamlar da Türkiyənin İsrailə qarşı sərt mövqe nümayiş etdirməsinin əsas səbəblərindəndir.

İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin şərq hissəsində yerləşən "Əbu-əl-Duhur" hərbi aviabazasına zərbə endirməsi isə Ankara tərəfindən İsrailin Türkiyəyə mesajı kimi qiymətləndirilə bilər. Bu addım tərəflər arasında onsuz da gərgin olan münasibətlər fonunda hərbi eskalasiya riskini daha da artırır.

Məncə, nə Türkiyə, nə də İsrail birbaşa müharibə istəyir. Çünki belə bir qarşıdurmanın həm hər iki ölkə, həm də bütövlükdə region üçün son dərəcə ağır nəticələri ola bilər. Bu baxımdan hazırkı mərhələdə ən məntiqli yol tərəflər arasında danışıqların aparılması və hərbi toqquşmanın qarşısını almağa imkan verən əlaqə kanallarının qorunub saxlanılmasıdır.

Türkiyə-İsrail gərginliyinin böyüməsini və açıq müharibəyə çevrilməsini bəlkə də ən çox Azərbaycan istəmir. Təl-Əviv Bakının strateji tərəfdaşı, Ankara isə müttəfiqidir. Azərbaycan illərdir belə bir seçim qarşısında qalmamaq üçün diplomatik kanallardan istifadə edir və tərəflər arasında mümkün gərginliyin azaldılmasında maraqlıdır.

İstisna deyil ki, Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi, İsrail və Türkiyə arasında pərdəarxası diplomatik təmasların qurulmasına müəyyən töhfə verib. Həmçinin Suriya-İsrail danışıqlarının Bakının vasitəçiliyi ilə keçirilməsi Azərbaycanın regional diplomatiyada oynaya biləcəyi rolu göstərir. Bu baxımdan, vəziyyətin daha da pisləşməsi ehtimalı yaranarsa, Bakı yenidən tərəfləri bir araya gətirərək onların mövqelərini yaxınlaşdırmağa cəhd göstərə bilər.

Qeyd edim ki, bu məsələ Azərbaycan qədər ABŞ-ı da narahat edir. Həm Türkiyə, həm də İsrail Vaşinqtonun Yaxın Şərqdəki mühüm tərəfdaşlarıdır. Bu səbəbdən ABŞ üçün də Ankara ilə Təl-Əviv arasında mümkün hərbi qarşıdurmanın qarşısının alınması strateji əhəmiyyət daşıyır.

ABŞ-ın siyasi iradəsi və Azərbaycanın diplomatik vasitəçiliyi əsasında Türkiyə ilə İsrail arasında rəsmi və ya pərdəarxası danışıqların keçirilməsi mümkündür. Bu, mövcud gərginliyi tamamilə aradan qaldırmasa belə, ən azı həlli mümkün olan bir sıra məsələlər üzrə tərəflərin mövqelərinin yaxınlaşmasına və hərbi eskalasiya riskinin azaldılmasına şərait yarada bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 203
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 188
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 209
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

18:45 1
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 258
.