Bu pişik balası "Ginnesin Rekordlar Kitabı"na düşdü

Bu pişik balası "Ginnesin Rekordlar Kitabı"na düşdüABŞ-ın Viskonsin ştatının Kaukauna şəhərində yaşayan Erebus adlı pişik balası pəncələrindəki barmaqların sayına görə dünya rekorduna imza atıb. Onun ümumilikdə 29 barmağı var və rekord rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Erebus 2026-cı ilin martında dünyaya gəlib. Onun bir pəncəsində səkkiz, digər üç pəncəsinin hər birində isə yeddi barmaq var. Maraqlıdır ki, atasının hər pəncəsində altı, ümumilikdə isə 24 barmaq olub.

Bu xüsusiyyət polidaktiliya adlanır. Bu, pişiklərdə əlavə barmaq falanqalarının formalaşmasına səbəb olan genetik xüsusiyyətdir və meyn-kun cinsində nisbətən tez-tez rast gəlinir.

Erebus əvvəlki rekordu da yeniləyib. 2002-ci ildə Kanadadan olan Ceyk adlı pişik 28 barmaqla "Ginnesin Rekordlar Kitabı"na düşmüşdü.

Pişiyin sahibləri Kendra Vandenblumer və Hanter Nett onun rekord qıra biləcəyini hələ erkən dövrdə düşünüblər. Lakin doğulduqdan qısa müddət sonra Erebusun nəfəs almasında problem yaranıb və onu təcili baytara aparıblar.

Baytar pişik balasında aspirasiya və pnevmoniya aşkarlayıb. Ona oksigen terapiyası və dərman müalicəsi tətbiq edilib. Sahiblərinin sözlərinə görə, heyvanın vəziyyəti bir müddət ciddi narahatlıq yaradıb.

Rentgen görüntülərində ağciyərləri normalda tünd görünməli olduğu halda daha açıq görünürdü.

Xoşbəxtlikdən, Erebus sonradan sağalıb və hazırda özünü yaxşı hiss edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 132   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

Çinin Hunan əyalətində 100 tondan çox ehtiyatı nəhəng qızıl yatağı aşkarlanıb. Hesablamalar təsdiqlənərsə, Vanqu adlı yeni xəzinə dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsindəki Vanq

19:30 136
.

Ermənistan rəsmiləri sərhəd nəzarəti təlimi üçün ABŞ-a səfər edib

Ermənistanın sərhəd qoşunları və gömrük xidməti əməkdaşları təkmilləşdirmə təlimində iştirak etmək üçün ABŞ-a səfər ediblər. xəbər verir ki, bu barədə Yerevandakı ABŞ səfirliyinin mətbuat xidməti məlumat yayıb. Təlim ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) tərəfindən beynəlxalq dəmir yolu sərhəd nəzarət

11:01 169
.

Süni intellektə emosional bağlanmaq: Yeni psixoloji təhlükə

"Süni intellektlə danışmaq, ondan məsləhət almaq və fikirlərimizi bölüşmək mümkündür. Bu, bir çox insan üçün müəyyən dərəcədə rahatladıcı ola bilər. Çünki süni intellekt 24/7 əlçatandır, istifadəçini mühakimə etmir və səbirli şəkildə cavab verir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssi

14:39 167
.

Rus ordusu bu kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Şevçenkovskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

20:45 36
.

"Sİ həkimin rəqibi deyil" - Süni intellekt tibbdə nəyi dəyişəcək?

"Süni intellekt həkimin əvəzedicisi deyil, onun ən güclü köməkçisidir" yanaşması daha doğru olar. Bəs Sİ-nin həkimi əvəz edəcəyi fikri doğrudurmu?. "Xeyr, bu fikir doğru deyil. Süni intellekt bir "insan" deyil, bir "alətdir". O, həkimin yerinə keçə bilməz. Çünki tib

13:56 196
.

Uşaqlara telefon qadağası ilə bağlı ŞOK NƏTİCƏ: Alimlər illərin fikrini alt-üst etdilər

Uşaqların smartfon və planşetlərdən çox istifadə etməsinin onların inkişafına zərər verdiyi uzun müddətdir geniş yayılmış fikirlərdən biridir. Lakin finlandiyalı alimlərin araşdırması fərqli nəticə ortaya qoyub. xəbər verir ki, tədqiqatçılar səkkiz il ərzində 260 uşağı müşahidə ediblər. Araşdırmaya qoşula

19:00 135
.

9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb

Yasamal rayonunda MİDA yaşayış kompleksindən hərəkət edən 9 nömrəli avtobusla bağlı sərnişin şikayəti daxil olub. -in "qaynar xətti"nə müraciət edən sərnişinin sözlərinə görə, avtobus hərəkətdə olarkən kondisionerdən insanların üzərinə çirkli su axıb. Nəticədə bir neçə sərnişinin üzü və üst-baş

17:13 178
.

Bakının bu küçələri bağlı olacaq

Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Həmin küçələr aşağıdakılardır:. Suraxanı rayonu

20:57 0
.

ABŞ-ın Əfqanıstandan çıxarılması ilə bağlı məxfi sənədlər tapıldı

Pentaqonun İctimaiyyətlə Əlaqələr üzrə köməkçi katibi Şon Parnell ABŞ qüvvələrinin 2021-ci ildə Əfqanıstandan çıxarılması ilə bağlı qəsdən gizlədildiyi bildirilən məlumatların aşkarlandığını açıqlayıb. xəbər verir ki, o, bu barədə özünün X sosial media hesabında paylaşım edib. Parnell bildirib ki, onu

10:52 174
.