Süni intellektə emosional bağlanmaq: Yeni psixoloji təhlükə
"Süni intellektlə danışmaq, ondan məsləhət almaq və fikirlərimizi bölüşmək mümkündür. Bu, bir çox insan üçün müəyyən dərəcədə rahatladıcı ola bilər. Çünki süni intellekt 24/7 əlçatandır, istifadəçini mühakimə etmir və səbirli şəkildə cavab verir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, lakin burada çox vacib bir məqam var: süni intellekt psixoloq deyil. Texniki baxımdan AI böyük həcmdə məlumatlar əsasında öyrədilmiş bir modeldir. O, emosiyaları hiss etmir, empatiya yaşamır, klinik diaqnoz qoymur və fərdi məsuliyyət daşımır. Sadəcə təqdim olunan məlumatlar əsasında ehtimal olunan cavab formalaşdırır:
"Bu səbəbdən süni intellektin insanın daxili vəziyyətini dərindən analiz edərək tibbi və ya psixoloji qərar vermək imkanına malik olduğunu düşünmək doğru deyil. AI-ni tam şəkildə "mənim psixoloqumdur" kimi qəbul etmək düzgün yanaşma deyil.
Digər tərəfdən, süni intellekt müəyyən hallarda dəstək vasitəsi kimi faydalı ola bilər. Məsələn, stressin idarə olunması, vaxtın düzgün bölüşdürülməsi və ya şəxsi inkişafla bağlı ümumi tövsiyələr almaq üçün ondan istifadə etmək mümkündür.
Lakin depressiya, travma, panik atak və ya digər ciddi psixoloji vəziyyətlər zamanı mütləq canlı mütəxəssisə müraciət etmək lazımdır. Unutmaq olmaz ki, süni intellekt insan terapevtin yerini verə bilməz.
Burada diqqət yetirilməli digər mühüm məsələ isə psixoloji risklərdir. Bəzi insanlar real sosial münasibətlər əvəzinə süni intellektlə ünsiyyətə üstünlük verə bilərlər. Bu isə uzun müddətdə sosial izolyasiyaya və emosional asılılığa səbəb ola bilər. Xüsusilə gənc nəsil arasında süni intellektdən istifadə ilə real sosial münasibətlər arasında balansın qorunması olduqca vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 715 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 203 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 188 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 209 İsa peyğəmbər harada vəftiz olunub?
Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı
18:45 1 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231 Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 258