Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji tərəfdaşlıq
Azərbaycan və Özbəkistan arasında formalaşan münasibətlər ənənəvi ikitərəfli tərəfdaşlıq çərçivəsini aşaraq, Avrasiya məkanında regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın konseptual sütununa çevrilib. Bu transformasiya təkcə tarixi, etnik və mənəvi bağlara deyil, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi subyekt kimi birləşdirən strateji maraqlara söykənir.
Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji kəsişməsində yerləşən Bakı və Daşkənd yeni nəqliyyat-kommunikasiya xəritəsinin əsas hərəkətverici qüvvələridir. Şərq-Qərb nəqliyyat corrafiyası üzrə Çin-Qırğızıstan-Özbəkistan dəhlizinin Xəzər dənizi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Avropaya inteqrasiyası multimodal yükdaşımaların həcmini kəskin artırır. Tərəflərin birgə infrastruktura yatırdığı sərmayələr iki ölkənin tranzit asılılığını minimuma endirərək, onları qlobal təchizat zəncirinin vazkeçilməz qovşağına çevirir.
İkitərəfli iqtisadi münasibətlər sırf ticarət mübadiləsindən müştərək istehsal və dəyər zəncirinin yaradılması mərhələsinə keçib. Nizamnamə kapitalı 500 milyon dollar olan Birgə İnvestisiya Şirkəti maşınqayırma, toxuculuq, kənd təsərrüfatı və energetika sahələrində iri investisiya layihələrinin maliyyələşdirilməsi mexanizmini təmin edir. Azərbaycanda Özbəkistan brendləri üzrə avtomobil və avtobus yığımı müəssisələrinin fəaliyyəti isə sənaye kooperasiyasının ən uğurlu praktiki nümunələrindəndir.
Bakı-Daşkənd tandemi Türk Dövlətləri Təşkilatı çərçivəsində institusional inteqrasiyanı sürətləndirən əsas mərkəz rolunu oynayır. İki ölkə bütün beynəlxalq platformalarda suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək prinsipi ilə konsolidasiya olunmuş mövqedən çıxış edir. Özbəkistanın Qarabağın post-münaqişə dövründə bərpa prosesinə - xüsusilə Füzulidə inşa etdirdiyi Mirzə Uluqbəy adına məktəb kimi böyük sosial-humanitar layihələrə bilavasitə qoşulması dövlətlərarası müttəfiqliyin əməli müstəvidə təzahürüdür.
Ənənəvi neft-qaz layihələrində SOCAR və "Uzbekneftegaz" arasındakı əməkdaşlıqla yanaşı, hər iki dövlət Mərkəzi Asiyadan Xəzər dənizinin dibi ilə Avropaya yaşıl enerjinin nəqli layihəsində aparıcı rol üstələnərək qlobal energetika gündəliyini müəyyən edir. Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun məntiqi davamı kimi, hazırda Azərbaycan-Özbəkistan münasibətləri Müttəfiqlik Münasibətləri haqqında Müqavilə ilə ən yüksək hüquqi-siyasi səviyyəyə çatdırılmış, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji bütövlüyünü təmin edən aparıcı faktora çevrilib.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 810 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
19:45 209 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 252 "Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub
"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"
18:15 211 10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb
2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə
21:15 106 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 215 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
16:13 255 Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
17:07 210 Hansı xarici dili öyrənmək daha sərfəlidir?
Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas
19:30 173 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 236