Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz

Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsinizWi-Fi şifrəsini unutmusunuzsa, routerin üzərindəki kodu axtarmağa və ya şəbəkə parametrlərini sıfırlamağa ehtiyac yoxdur. Telefon və ya kompüter həmin şəbəkəyə daha əvvəl qoşulubsa, yadda saxlanılan şifrəni bir neçə addımla cihazın özündən görmək mümkündür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bunun üsulu istifadə edilən əməliyyat sistemindən, Android, iOS, Windows və ya macOS-dan asılıdır.

Android-də Wi-Fi şifrəsini necə görmək olar?
Android smartfonlarında "Parametrlər" bölməsinə daxil olaraq "Bağlantılar" və ya "Şəbəkə və internet" bölməsini açmaq lazımdır. Bölmənin adı telefonun modelindən və Android versiyasından asılı olaraq dəyişə bilər.

Daha sonra Wi-Fi seçilir və telefonun qoşulduğu şəbəkənin yanındakı parametrlər işarəsinə toxunulur. Burada "QR-kod" funksiyasını tapmaq lazımdır.

Telefon PIN-kod, barmaq izi və ya digər üsulla şəxsiyyətin təsdiqlənməsini tələb edə bilər. Bəzi cihazlarda Wi-Fi şifrəsi QR-kodun altında birbaşa göstərilir.

Ayrı-ayrı Xiaomi və Samsung modellərində isə QR-kodun ekran görüntüsünü çəkib Google Lens vasitəsilə skan etməklə şəbəkə məlumatları arasında parolu görmək mümkündür.

iPhone-da Wi-Fi şifrəsi haradadır?
iPhone istifadəçiləri üçün proses daha sadədir. "Parametrlər" bölməsindən Wi-Fi menyusuna daxil olub hazırda qoşulduğunuz şəbəkəni seçmək lazımdır.

Şəbəkə məlumatlarında "Parol" bölməsinə toxunduqdan və Face ID, Touch ID və ya cihaz şifrəsi ilə təsdiqlədikdən sonra Wi-Fi şifrəsi ekranda görünəcək.

Windows-da Wi-Fi şifrəsini necə öyrənmək olar?
Windows əməliyyat sistemi ilə işləyən kompüterlərdə "Start" menyusundan Wi-Fi parametrlərinə daxil olmaq və aktiv simsiz şəbəkənin xüsusiyyətlərini açmaq lazımdır.

Şəbəkə məlumatlarında Wi-Fi təhlükəsizlik açarını göstərən bölməni seçdikdən sonra sistem yadda saxlanılan şifrəni göstərə bilər.

Mac-da Wi-Fi parolunu tapmaq
Mac istifadəçiləri Apple menyusundan "System Settings" bölməsinə, oradan isə Wi-Fi parametrlərinə daxil olmalıdırlar.

Yadda saxlanılan şəbəkələr siyahısında lazım olan Wi-Fi adının yanındakı üç nöqtəyə basaraq "Copy Password" seçimini etmək mümkündür. Şifrə mübadilə buferinə köçürülür və onu istənilən mətn sahəsinə yapışdıraraq görmək olar.

Şifrəni demədən Wi-Fi paylaşmaq da mümkündür
Android telefonlarında Wi-Fi bağlantısını QR-kod vasitəsilə başqaları ilə paylaşmaq mümkündür. Digər şəxs kodu telefon kamerası ilə skan edərək parolu əl ilə daxil etmədən şəbəkəyə qoşula bilər.

Qeyd olunur ki, bu üsullar yalnız həmin cihazda əvvəllər yadda saxlanılmış və ya hazırda qoşulu olan Wi-Fi şəbəkələri üçün keçərlidir. Telefon və ya kompüter başqa şəxsin qorunan şəbəkəsinə əvvəllər qoşulmayıbsa, adi parametrlər vasitəsilə həmin şəbəkənin şifrəsini öyrənmək mümkün deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.