"Azərbaycan-Özbəkistan əməkdaşlığının ən böyük perspektivlərindən biri nəqliyyat və logistika sahəsidir" - BƏHRUZ QULİYEV

"Azərbaycan-Özbəkistan əməkdaşlığının ən böyük perspektivlərindən biri nəqliyyat və logistika sahəsidir" - BƏHRUZ QULİYEV"Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ...

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu səfər sadəcə iki ölkə liderinin görüşü deyil, tarixi və mədəni bağlılığa söykənən qardaşlıq münasibətlərinin konkret iqtisadi, ticari və humanitar layihələrlə daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də səfəri "tarixi əhəmiyyətli" adlandırması təsadüfi deyil". Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Azərbaycan-Özbəkistan əməkdaşlığının ən böyük perspektivlərindən biri nəqliyyat və logistika sahəsidir" - BƏHRUZ QULİYEVOnun sözlərinə görə, ən mühüm məqam Azərbaycanla Özbəkistan arasında "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasıdır. Bu sənəd münasibətlərin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirir: "Eyni zamanda, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı iki ölkə arasında qəbul edilən siyasi qərarların artıq konkret fəaliyyət mexanizmlərinə çevrildiyini göstərir. Burada xüsusilə iqtisadi və ticari istiqaməti qeyd etmək lazımdır. Azərbaycan və Özbəkistan qarşıdakı dövrdə qarşılıqlı ticarət dövriyyəsini 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Bununla yanaşı, investisiya və ticarət sahəsində layihələrin həyata keçirilməsi üzrə Yol Xəritəsinin qəbul edilməsi bu hədəfin sadəcə rəqəm olaraq qalmayacağını, konkret layihələrlə təmin ediləcəyini göstərir.

Sənədlər paketində turizm, mədəniyyət, gömrük, sosial təminat, xarici siyasət, dövlət xidmətləri və şəhərlərarası əməkdaşlıq kimi çoxsaylı istiqamətlərin yer alması münasibətlərin nə qədər geniş spektri əhatə etdiyini göstərir. Xankəndi-Ürgənc, Naxçıvan-Ürgənc və Laçın-Buxara arasında qardaşlaşma münasibətlərinin yaradılması isə əməkdaşlığın artıq yalnız paytaxtlar səviyyəsində deyil, regionlar arasında da dərinləşəcəyindən xəbər verir.

Hesab edirəm ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının ən böyük perspektivlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm tranzit ölkəyə, Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi və coğrafi potensiala malik dövlətinə çevrilib. Trans-Xəzər marşrutunun inkişafı, logistika infrastrukturunun genişləndirilməsi və Xəzər üzərindən daşımaların artırılması iki ölkənin iqtisadi imkanlarını bir-birinə daha sıx bağlaya bilər. Özbəkistan tərəfi həmçinin Xəzərdə birgə donanmanın yaradılması üzrə işlərin fəallaşdırılmasını vurğulayıb.

Digər mühüm məsələ sənaye kooperasiyasıdır. Energetika, geologiya, kimya, tikinti, kənd təsərrüfatı və maliyyə kimi sahələrdə birgə layihələrin genişləndirilməsi hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verəcək. Burada əsas məsələ yalnız mal mübadiləsini artırmaq deyil, birgə istehsal yaratmaq, investisiya qoymaq və üçüncü ölkələrin bazarlarına birlikdə çıxmaqdır.

Mədəni-humanitar əlaqələr isə bu əməkdaşlığın mənəvi dayağıdır. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması, "Yeni Daşkənd"də "Azərbaycan" parkının yaradılması, Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Nizami Gəncəvi və Əlişir Nəvainin irsinə həsr olunan birgə bədii filmin hazırlanması iki xalqın ortaq mədəni köklərinin müasir layihələr vasitəsilə gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq klassik diplomatik münasibətlər çərçivəsini çoxdan geridə qoyub. Bu münasibətlər iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət, turizm, sənaye və regional əməkdaşlığı özündə birləşdirən kompleks tərəfdaşlığa çevrilir.

Ən mühüm məqam isə budur ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq yalnız iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqazla Mərkəzi Asiyanın daha sıx inteqrasiyası baxımından əhəmiyyətlidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşləri formatına qoşulması ilə bağlı qərar da bu prosesin strateji xarakter daşıdığını göstərir.

Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana son səfərini Azərbaycan diplomatiyasının və xarici iqtisadi siyasətinin növbəti mühüm nəticəsi kimi qiymətləndirmək olar. Çünki burada söhbət təkcə sənədlərin imzalanmasından getmir. Söhbət Azərbaycan və Özbəkistanın ortaq tarixdən ortaq gələcəyə doğru hərəkət etməsindən gedir. Bu gələcəkdə isə əsas söz sahibi ticarət, investisiya, nəqliyyat, mədəniyyət və insan əlaqələri olacaq.

Əminliklə demək olar ki, Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinə yeni siyasi məzmun verməklə yanaşı, iki qardaş ölkənin iqtisadi və humanitar əməkdaşlığı üçün daha geniş imkanlar açır. Bu münasibətlər bundan sonra yalnız ikitərəfli əlaqələrin deyil, Türk dünyasının və bütövlükdə Avrasiya məkanının yeni əməkdaşlıq arxitekturasının mühüm dayaqlarından birinə çevrilə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.