Əliyev Zelenskini təbrik etdi

Əliyev Zelenskini təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əlamətdar ildönümü - Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Siyasi dialoqumuz, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir. Enerji sahəsində uzun illərdən bəri davam edən səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

Bu ilin aprelində Azərbaycana həyata keçirdiyiniz işgüzar səfərin nəticələrini, Sizinlə görüşümüzü yüksək qiymətləndirirəm. Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir.

Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 127   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədən Ukrayna ilə bağlı mühüm gözlənti

Türkiyə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin 2026-cı ilin sonuna qədər bərpa olunacağını gözləyir. Lakin bununla bağlı konkret tarix hələ müəyyənləşməyib. xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Ankar

10:53 126
.

ABŞ İrana yeni sanksiyalar tətbiq edir: Nəticə verməsə, Vaşinqton yenidən zərbə endirəcək?

ABŞ-İran qarşıdurmasında yeni mərhələ başlayır: Vaşinqton bu gün Tehrana qarşı yeni və daha sərt sanksiyalar paketini açıqlamağa hazırlaşır. ABŞ rəsmiləri yeni tədbirlərin İranın iqtisadi əlaqələrini daha da məhdudlaşdırmaq və ölkənin xarici maliyyə imkanlarını zəiflətmək məqsədi daşıdığını bildirirlər

11:38 112
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: qardaşlıqdan strateji tərəfdaşlığa

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında siyasi etimadın, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə oldu. 23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm səhifələrdən biri kimi tarix

11:42 124
.

Bakı-Daşkənd xətti: Azərbaycan və Özbəkistanı birləşdirən yeni geoiqtisadi reallıq

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri indiki mərhələdə xüsusi diqqət çəkir. Səfərin kifayət qədər geniş gündəmlə müşayiət olunması onun həm ikitərəfli münasibətlər, həm də daha geniş regional proseslər baxımından əhəmiyyətini göstərir. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə

11:19 120
.

İlham Əliyev və Şavkat Mirziyoyev "Yeni Daşkənd"də ağac əkdilər - VİDEO

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birlikdə "Yeni Daşkənd"də Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak edib. xəbər verir ki, prezidentlər açılış mərasimində universitetin həyətində ağac əkiblər. Həmin görüntüləri təqdim edirik

23.08.2026 264
.

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar. BİG.AZ AZƏRTAC-a istinadla xəbə

23.08.2026 299
.

İlham Əliyev: "Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir"

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanı

23.08.2026 199
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından gəliri 13 %-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,178 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,77 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 1,487 milyon ABŞ dolları dəyərind

23.08.2026 185
.

Azərbaycanda jurnalist ayrıldığı nişanlısının toyunda bəy kimi təqdim edildi

Jurnalist İlkin Abbasın başına iş gəlib. -in məlumatına görə, o nişanlısından ayrıldığı halda ötən gün qızın ailəsi ona Sumqayıtda toy edib. Bəy qismində isə Jurnalist İlkin Abbasın adı çəkilib. İlkin bununla bağlı instaqram hesabında video paylaışıb. O bildirib ki, bu ilin əvvəlində Xədicə Əliyeva adl

10:57 176
.