Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət təltifləri, mühüm sənədlərin imzalanması, iqtisadi və humanitar layihələrin təqdim edilməsi iki ölkə arasında münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirdi.

Dövlət səfəri - qardaşlıq münasibətlərinin növbəti nümayişi

Prezident İlham Əliyevin səfəri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub. Daşkənddə Azərbaycan dövlət başçısının rəsmi qarşılanma mərasiminin keçirilməsi səfərin yüksək dövlət protokolu və siyasi əhəmiyyətini göstərdi. Tərəflər arasında təkbətək görüş və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirildi.
Ali Dövlətlərarası Şuranın fəaliyyəti iki ölkə arasında münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu format siyasi dialoqun ardıcıllığını təmin etməklə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, təhsil, mədəniyyət və digər sahələrdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə imkan yaradır.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruPrezident İlham Əliyevin səfəri zamanı səsləndirdiyi fikirlər də Azərbaycan və Özbəkistan arasında münasibətlərin qarşılıqlı etimada, dostluğa və qardaşlığa əsaslandığını göstərdi. Dövlət başçısı Özbəkistanın inkişafını yüksək qiymətləndirərək iki ölkənin xalqlarını daha da yaxınlaşdıracaq birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğuladı.

Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordeni - tarixi xidmətlərə yüksək qiymət

23 avqust səfərinin ən mühüm hadisələrindən biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın ali dövlət təltiflərindən biri olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsidir.
Azərbaycan Prezidentinin sərəncamında qeyd olunur ki, Şavkat Mirziyoyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu ordenə layiq görülüb.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruBu təltif yalnız bir dövlət başçısının xidmətlərinin qiymətləndirilməsi kimi deyil, Azərbaycan xalqının Özbəkistan rəhbərliyinə və qardaş Özbəkistan xalqına münasibətinin yüksək ifadəsi kimi də dəyərləndirilə bilər.
Təltif mərasimində isə qarşılıqlı ehtiramın daha bir nümunəsi nümayiş etdirildi. Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Özbəkistanın ali dərəcəli "Dostluq" ordenini, İlham Əliyev isə Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordenini təqdim etdi. Beləliklə, iki ölkə liderinin dövlət təltifləri ilə qarşılıqlı şəkildə təltif olunması Azərbaycan-Özbəkistan münasibətlərində qarşılıqlı hörmət və etimadın simvoluna çevrildi.

Əbədi dostluğun hüquqi əsasları möhkəmlənir

Səfərin mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında münasibətlərin hüquqi bazasının daha da gücləndirilməsi oldu. Avqustun 23-də Daşkənddə iki ölkə prezidentlərinin iştirakı ilə bir sıra sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirildi.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruİmzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında "Əbədi dostluq haqqında Müqavilə" və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər iki ölkə arasında münasibətlərin uzunmüddətli və strateji perspektivdə inkişafına mühüm hüquqi-siyasi zəmin yaradır.
Əbədi dostluq anlayışının dövlətlərarası sənəddə təsbit olunması iki ölkə arasında münasibətlərin yalnız cari siyasi maraqlara deyil, tarixi, mədəni və mənəvi yaxınlığa əsaslandığını göstərən mühüm siyasi mesajdır.İqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

Azərbaycan-Özbəkistan münasibətlərində siyasi yaxınlaşma iqtisadi əlaqələrin inkişafı ilə paralel şəkildə davam edir. Son illərdə qarşılıqlı ticarətin artması, investisiya layihələrinin genişlənməsi və biznes dairələri arasında əlaqələrin möhkəmlənməsi bunun göstəricisidir.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruPrezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatdığını bildirib. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara yüksəlib.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruBu göstəricilər iqtisadi əməkdaşlığın potensialının kifayət qədər böyük olduğunu göstərir. Qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi və nəqliyyat-logistika imkanlarından daha səmərəli istifadə gələcək mərhələnin əsas istiqamətləri sırasında ola bilər.

Bakıda Özbəkistan Ticarət Evi - iqtisadi körpü

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin inkişafında Bakıda Özbəkistan Ticarət Evinin fəaliyyəti də xüsusi yer tutur.
2024-cü ildə açılan Ticarət Evinin yaradılmasının əsas məqsədlərindən biri iki ölkənin sahibkarları və biznes strukturları arasında birbaşa əlaqələrin qurulmasına, məhsulların qarşılıqlı bazarlara çıxarılmasına və ixrac imkanlarının genişləndirilməsinə şərait yaratmaqdır.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruTicarət Evində "Made in Uzbekistan" brendi ilə istehsal olunan müxtəlif məhsulların təqdim edilməsi də bu baxımdan əhəmiyyətlidir. Ticarət Evi iki ölkənin biznes nümayəndələri üçün bir növ iqtisadi platforma rolunu oynayaraq Azərbaycan bazarına Özbəkistan məhsullarının çıxışını, eləcə də Azərbaycan şirkətlərinin Özbəkistan bazarına marağının artmasını stimullaşdırır.

Azərbaycanın Özbəkistandakı layihələri genişlənir

23 avqust səfəri çərçivəsində iqtisadi əməkdaşlığın daha bir mühüm istiqaməti Azərbaycanın Özbəkistanda həyata keçirdiyi və planlaşdırdığı layihələrin təqdim olunması oldu.Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev bu layihələrin açılış və təməlqoyma mərasimlərində onlayn formatda iştirak etdilər. "Davr Bank"da Azərbaycan Beynəlxalq Bankının iştirakı, "Matanat-A" şirkətinin gips zavodu, "Landau" STEAM məktəbləri kimi layihələr istifadəyə verildi. Eyni zamanda SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsi, "Sea Breeze Uzbekistan", "Baku City", gümüş tərkibli filizin emalı fabrikinin və meyvə bağlarının təməli qoyuldu.Bu layihələr Azərbaycan şirkətlərinin Özbəkistan iqtisadiyyatına artan marağının və iki ölkə arasında biznes əməkdaşlığının praktiki nəticələrinin göstəricisidir.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruHumanitar və mədəni əlaqələr - münasibətlərin mənəvi dayağı

Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır. İki xalqı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər münasibətlərin mühüm təməlini təşkil edir.
23 avqustda Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin iştirakı da humanitar əməkdaşlığın əhəmiyyətini nümayiş etdirdi. Yeni layihənin Nizami Gəncəvinin adını daşıması Azərbaycan ədəbiyyatının və mədəni irsinin Özbəkistanda yüksək qiymətləndirilməsinin simvolik nümunələrindən biridir.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruEyni zamanda Yeni Daşkənddə "Azərbaycan" parkının təməlinin qoyulması xalqlarımız arasındakı dostluğun şəhər məkanında da öz əksini tapmasına xidmət edən mühüm hadisədir.

Azərbaycanın və Özbəkistanın ortaq gələcəyə baxışı

Bu səfərin nəticələri göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, regional inkişaf və nəqliyyat-logistika prosesləri baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm mövqeyi, Özbəkistanın Mərkəzi Asiyada yerləşməsi iki ölkəyə qarşılıqlı nəqliyyat və logistika imkanlarından daha geniş istifadə etmək üçün böyük perspektivlər açır.Bu baxımdan Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması və Azərbaycan ərazisinin Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı kimi rolunun gücləndirilməsi iki ölkənin iqtisadi maraqlarının kəsişdiyi əsas istiqamətlərdəndir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə keçidini nümayiş etdirən mühüm siyasi hadisə oldu.Şavkat Mirziyoyevin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə verilən yüksək qiymətin ifadəsi oldu. Prezident İlham Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi isə Özbəkistan tərəfinin Azərbaycan dövlət başçısının iki ölkə arasında münasibətlərin inkişafındakı roluna verdiyi yüksək qiyməti nümayiş etdirdi.
Əbədi dostluq haqqında müqavilənin imzalanması, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, yeni iqtisadi layihələrin açılışı və təməlqoyması, humanitar layihələrin inkişafı və qarşılıqlı investisiya imkanlarının genişlənməsi münasibətlərin hərtərəfli xarakter aldığını göstərir.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğruBakıda fəaliyyət göstərən Özbəkistan Ticarət Evi isə bu münasibətlərin iqtisadi ölçüdə praktiki ifadələrindən biri kimi Azərbaycan və Özbəkistan sahibkarlarını daha da yaxınlaşdıran platformadır.Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi dostluq və qardaşlıqdan güc alan, qarşılıqlı etimadla möhkəmlənən və konkret layihələrlə zənginləşən uzunmüddətli tərəfdaşlıq modelinə çevrilir. 23 avqust səfəri də bu modelin daha da möhkəmləndirilməsi baxımından xüsusi siyasi və tarixi əhəmiyyət daşıyır.

Ramin Şərifov
"Özbəkistan Ticarət Evi"nin direktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.