Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı: Yeni mərhələnin əsas istiqamətləri

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı: Yeni mərhələnin əsas istiqamətləri"Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yalnız siyasi və diplomatik müstəvidə deyil, iqtisadi sahədə də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Bakı ilə Daşkənd arasında formalaşan əməkdaşlıq modeli iki ölkənin qarşılıqlı iqtisadi maraqlarının uzlaşdırılması ilə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx iqtisadi bağlantıların yaradılması baxımından da xüsusi əhəmiyyət daşıyır".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, bu mənada Azərbaycan və Özbəkistan münasibətlərinə yalnız ikitərəfli ticarət göstəriciləri kontekstində yanaşmaq kifayət deyil. Çünki tərəflər arasında əməkdaşlığın əsas xüsusiyyəti iqtisadi əlaqələrin getdikcə daha çox investisiya, sənaye kooperasiyası, nəqliyyat, logistika və birgə istehsal layihələri ilə tamamlanmasıdır:

"Rəqəmlər də bu dinamikanı açıq şəkildə göstərir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib.

Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan qarşılıqlı ticarəti sadəcə hazır məhsulların alqı-satqısı ilə məhdudlaşdırmaq niyyətində deyil. Tərəflərin sənaye kooperasiyasına verdiyi önəm iqtisadi münasibətlərin daha dayanıqlı modelə keçdiyini göstərir. 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı proqramının qəbul edilməsi də məhz bu yanaşmanın göstəricisidir.

İki ölkə arasında əməkdaşlığın digər mühüm istiqaməti investisiyalardır. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollarlıq kapital ilə yaradılması qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır. Bu mexanizm vasitəsilə müxtəlif sahələrdə perspektivli layihələrin maliyyələşdirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Sənaye sahəsində də artıq konkret layihələr formalaşıb. Tikinti materiallarının, süd məhsullarının, məişət kimyasının və yüksək gərginlikli kabellərin istehsalı ilə bağlı Azərbaycan və Özbəkistan şirkətləri arasında əməkdaşlıq sənədlərinin imzalanması iqtisadi əlaqələrin real istehsal layihələri ilə zənginləşdiyini göstərir.

Əslində, bu proses Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətlərindən irəli gəlir. Özbəkistanın geniş istehlak bazarı, sənaye və kənd təsərrüfatı potensialı, Azərbaycanın isə nəqliyyat-logistika imkanları, enerji infrastrukturu və beynəlxalq bazarlara çıxış imkanları tərəflər arasında əməkdaşlıq üçün geniş perspektivlər yaradır.

Xüsusilə nəqliyyat və logistika istiqaməti burada ayrıca qeyd olunmalıdır. Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin inkişafı təkcə iki ölkənin bazarlarını birləşdirmir, eyni zamanda Mərkəzi Asiya ilə Avropa arasında yeni ticarət marşrutlarının inkişafına əlavə imkanlar yaradır. Orta Dəhlizin əhəmiyyətinin artdığı bir şəraitdə Bakı və Daşkənd arasında iqtisadi əməkdaşlığın genişlənməsi bu marşrutun iqtisadi səmərəliliyini də artıran amillərdən birinə çevrilə bilər.

Bu baxımdan 2030-cu ilədək iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması hədəfi yalnız statistik göstərici kimi qiymətləndirilməməlidir. Bu hədəf Azərbaycan və Özbəkistanın iqtisadi münasibətlərini daha sistemli və uzunmüddətli əsasda inkişaf etdirmək niyyətinin göstəricisidir. Bunun üçün isə ticarətin şaxələndirilməsi, birgə müəssisələrin sayının artırılması, investisiya layihələrinin genişləndirilməsi və logistika imkanlarından daha səmərəli istifadə vacibdir.

Nəticə etibarilə, Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərində müşahidə olunan proseslər təsadüfi və qısamüddətli xarakter daşımır. Burada siyasi iradə, iqtisadi maraqlar və regional geoiqtisadi reallıqlar bir-birini tamamlayır. Bakı və Daşkənd arasında formalaşan tərəfdaşlıq modeli gələcəkdə yalnız ikitərəfli ticarətin deyil, daha geniş regional iqtisadi inteqrasiyanın mühüm elementlərindən birinə çevrilə bilər.

Ən mühüm məsələ isə əldə olunan göstəriciləri qorumaqla kifayətlənməmək, onları yeni investisiya və istehsal layihələri ilə daha da artırmaqdır. Əgər mövcud dinamika davam etdirilərsə, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq yaxın illərdə Mərkəzi Asiya və Cənubi Qafqazın bir-birinə inteqrasiyasını sürətləndirən əsas iqtisadi platformalardan biri kimi çıxış edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.