Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOAvqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.

BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağının rəmzi açılışını bildirən lenti kəsdilər.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev universitetin həyətində ağac əkdilər.

Azərbaycanın və Özbəkistanın dövlət başçılarına Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin tarixi və yaradılmış şərait barədə məlumat verildi.

1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib, 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyətini davam etdirib.

Universitetin məzunları arasında Özbəkistanın ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai həyatının inkişafına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər var.

Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi fəaliyyət göstərir. Burada, ümumilikdə, 33 kafedra var. Universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadrlar hazırlanır. 730 müəllim və elmi-pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı olan tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Eyni zamanda, burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir.

Universitetdə beynəlxalq təhsil proqramlarının tətbiqinə də xüsusi yer ayrılır. Təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə, həmçinin UNESCO və UNICEF ilə sıx əməkdaşlıq qurub. Burada 12 birgə təhsil proqramı həyata keçirilir. Həmçinin 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi - Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar və beynəlxalq konfranslar, təhsil və elmi təcrübə mübadiləsi, həmçinin mədəni-maarif əlaqələri inkişaf etdirilir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.

"Yeni Daşkənd" ərazisində 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi həyata keçirilir. Layihə, ümumilikdə, 20 min nəfərlik tədris korpuslarının, həmçinin 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Yeni kampusda Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyləri olacaq.

Dövlət başçıları burada təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb, onlarla söhbət etdilər.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.