Prezidentlərin birgə bəyanatı: İki ölkə arasında strateji tərəfdaşlıq möhkəmlənir - VİDEO

Prezidentlərin birgə bəyanatı: İki ölkə arasında strateji tərəfdaşlıq möhkəmlənir - VİDEOAvqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təkbətək və geniş tərkibdə görüşlərindən sonra mühüm mərasim keçirilib.

Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının ən ali dövlət təltiflərindən biri olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Yüksək dövlət mükafatı Şavkat Mirziyoyevə Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərə görə təqdim olunub.

"Heydər Əliyev" ordeninin ulu öndərin adını daşıması iki qardaş ölkə arasında münasibətlərin siyasi irs və qarşılıqlı etimad üzərində qurulduğunun göstəricilərindən biridir.

Daha sonra Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən bir sıra sənədlər imzalanıb. Sənədlər kino, investisiya, ticarət, iqtisadiyyat, gənclər və şəhərlərarası əməkdaşlıq da daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir.

Ən mühüm sənədlər dövlət başçıları səviyyəsində imzalanıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"ni imzalayıblar. Həmçinin iki ölkənin Ali Dövlətlərarası Şurasının üçüncü iclasının qərarı imzalanıb.

Dövlət başçıları daha sonra mətbuata bəyanatla çıxış ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə çay masası əsnasında təkbətək görüşü olub. BİG.AZ bu barədə AZƏRTAC-a istinadən xəbər verir

19:56 111
.

İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan prezidentinin xüsusi rolunu qeyd edib

Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib. BİG.AZ AZƏRTAC-a istiandla xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Bir daha Prezident Şavkat Miromonovi

20:44 48
.

ABŞ-də gömrük rüsumlarının ləğvindən sonra Almaniya şirkətləri təxminən 800 milyon avro alıb

ABŞ Ali Məhkəməsi Amerika lideri Donald Tramp tərəfindən tətbiq edilmiş bir sıra gömrük rüsumlarının ləğv edilməsi barədə qərar qəbul etdikdən sonra Almaniya müəssisələri təxminən 790 milyon avro alıb. "Report" bu barədə Almaniyanın "Tagesschau" nəşrinə istinadən məlumat verir. Dər

19:00 110
.

Azərbaycanda 7 ayda kolbasa istehsalı 12 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 19 min 601 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,4 % çoxdur. Bu ilin avqust ayının 1-nə ölkədə 16,6 ton hazır məhsul ehtiyatı yaranı

14:00 128
.

Monteneqroda narkobaronun tutulmasında yardıma görə yarım milyon avro mükafat elan edilib

Monteneqronun Daxili İşlər Nazirliyi ölkənin ən böyük narkotik qruplaşmasının qaçaq başçısı Radoe Zvitserin saxlanılmasına gətirib çıxara biləcək məlumat üçün 500 min avro məbləğində mükafat təyin edib. "Report" xəbər verir ki, bu barədə Monteneqro Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb

15:10 140
.

"TikTok" məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək

ABŞ Ədliyyə Nazirliyi, "TikTok" platforması və bu sosial şəbəkəni yaradan "ByteDance" şirkəti internetdə yetkinlik yaşına çatmayanların məxfiliyinin qorunması haqqında qanunvericiliyin pozulması ilə əlaqədar 2014-cü ildə başlanmış məhkəmə çəkişməsinin həlli üçün Amerika hökumətini

15:00 137
.

Azərbaycan və Özbəkistan liderlərinin bəyanatları öncəsi SON HAZIRLIQLAR - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması və mübadiləsi mərasiminə, eləcə də dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarına hazırlıqdan görüntülər yayılıb. -ın əldə etdiyi məlumata görə, Azərbaycan və Özbəkistan nümayənd

17:42 137
.

Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını Amerika ərazisi hesab etdiyini bildirib. "Report" xəbər verir ki, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxış edən Ağ Ev rəhbəri Vaşinqtonun Tehranla sövdələşmə istəyib-istəməməsinə şübhə ilə yanaşıb. "Onlar (İran tərəfi - red.) sövdələşm

17:00 134
.

Hindistanda "iPhone" faciəsi: Bir ailənin 3 üzvü həlak oldu

Hindistanın Maharaştra ştatında 18 yaşlı yerli sakin və onun valideynləri Qavada Donqar qayasının yaxınlığında daş karxanasına yıxılaraq həlak olublar. -ın xəbərinə görə, bu barədə "The Times of India" nəşri məlumat verir. Məlumata görə, bir neçə saat ərzində qohumlar, digər şahidlər, poli

14:50 175
.