Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİB

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAvqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Özbəkistan ilə Azərbaycan arasında dostluq, ticarət və investisiya əməkdaşlığı haqqında qısa film nümayiş olunub.

Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib.

Qardaş Özbəkistana səfərə dəvətə, qonaqpərvərliyə, Azərbaycana və xalqımıza xoş münasibətinə, həmçinin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi şəxsi töhfəyə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev iclasdan əvvəl nümayiş etdirilən videoçarxda hazırda üzərində işlənilən layihələrin peşəkar şəkildə təqdim olunduğunu, onların bir hissəsinin artıq reallaşdığını, bir hissəsinin isə həyata keçiriləcəyini bildirib. "Əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi ilə bağlı konkret gündəliyimiz var. Əminəm ki, artıq müəyyən edilmiş layihələr həyata keçirildikcə yeni layihələr də meydana çıxacaq və bu video təqdimata daha çox vaxt lazım olacaq. Əslində, mən belə bir təqdimata çox müsbət mənada təəccübləndim, çünki burada bu gün bizi birləşdirən əsas istiqamətlər öz əksini tapıb".

Prezident İlham Əliyev iki ölkə arasındakı dostluq münasibətlərini və Özbəkistanın əldə etdiyi uğurları yüksək qiymətləndirərək deyib: "İlk növbədə, Sizi, hörmətli Şavkat Miromonoviç, Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir. Bu isə ilk növbədə Sizin xidmətinizdir. Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz. Sizin də düzgün qeyd etdiyiniz kimi, biz ikitərəfli formatda, iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik. Bu, avtomatik rejimdə baş verir".

Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqazda gedən müsbət proseslərə verdiyi qiymətə görə Şavkat Mirziyoyevə təşəkkür edib. Bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması nəticəsində bu gün region, nəhayət rahat nəfəs ala və dinc inkişafın üstünlüklərini görə bilər.

Birgə İnvestisiya Fondunun potensialına toxunan Azərbaycan Prezidenti deyib: "Mənə məruzə ediblər ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur. Lakin bizim nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır. Həmçinin Daşkənddə həyata keçirilən layihələr, - hotel kompleksləri və yaşayış kompleksləri, - bu İnvestisiya Fondunun çərçivəsindən kənardadır. Ona görə də ümumilikdə investisiya portfelinə baxsaq, onun müəyyən etdiyimiz 500 milyon dollardan xeyli böyük olduğunu görərik".

Prezident İlham Əliyev Qarabağın bərpa edilməsi prosesində göstərilən dəstəyə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Özbəkistan və onun dövlət başçısı azad olunmuş ərazilərə praktiki yardım göstərən ilk ölkə və ilk Prezident olub. "Mirzə Uluqbəy adına məktəb bu gün artıq orada təhsil ala biləcək şagirdlərin demək olar ki, hamısını qəbul edib. Məktəb təxminən 1000 nəfərlikdir, son məlumatlara görə isə orada artıq bir neçə yüz şagird təhsil alır və bu məktəb həm də dostluğumuzun, qardaşlığımızın bir rəmzidir. Həmçinin biz Sizinlə birlikdə Xankəndidə özbək dostlarımız tərəfindən rekord qısa müddətdə yaradılmış tikiş fabrikini ziyarət etmişik. Biz Xankəndidə birlikdə kollektivlə də görüşmüşük. Təbii ki, Qarabağ regionunda iş yerlərinin yaradılması, - xüsusilə qadınlar üçün, - hazırda böyük əhəmiyyət daşıyır. Yenə də müasir istehsal müəssisəsinin yaradılması və 200-dən çox iş yerinin açılması üzrə ilk investisiya layihəsi Özbəkistan tərəfindən həyata keçirilir. Buna görə Sizə çox minnətdaram", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Özbəkistanın avtomobil sənayesindəki təcrübəsinin bu gün Azərbaycana da ötürüldüyünü xatırladan dövlətimizin başçısı qeyd edib ki, ilk layihə həyata keçirilib, lakin hazırda tam istehsal dövründən söhbət gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir. Bu zavod, əslində, ölkəmizin avtomobil sənayesinə böyük təkan verəcək.

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin də uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir, ona görə də düşünürəm ki, bura bərə üçün ən uyğun yerdir".

Nəqliyyat sektorundakı layihələrə toxunan dövlət başçısı Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib. Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb. Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.

"Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistanda da işlər gedir, amerikalı tərəfdaşlarımız bizi bu barədə müntəzəm məlumatlandırırlar. Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı məsafə cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikasının ərazisində isə 194 kilometrdir. Bəli, buna görə də işə başladıq, bütün hallarda onu tamamlayacağıq. Amma müxtəlif şirkətlərdən maraq olduğunu bildiyimiz üçün sadəcə məlumat vermək istərdim ki, əgər maraq varsa, təklif olunan konsorsiumda iştirak etmək imkanı mövcuddur", - deyə dövlətimizin başçısı əlavə edib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Bakıdan Ermənistan sərhədinə qədər təxminən 400 kilometr məsafədə olan mövcud dəmir yolu xəttinin bir hissəsini sıfırdan yenidən qurur və modernləşdirir. Xəttin Naxçıvan hissəsi isə təxminən 200 kilometrdir. Bu, Orta Dəhlizin əhəmiyyətli bir qolu olacaq.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzv kimi cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu vurğulayan dövlətimizin başçısı, bu qərarın Daşkənddə keçirilən görüşdə qəbul edilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırıb və buna görə təşəkkürünü ifadə edib. Azərbaycanın bu formatda tamhüquqlu iştirakının təmin edilməsində Özbəkistan liderinin şəxsi rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində məsuliyyətlidir və bu işə böyük həvəslə yanaşır.

16:39

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

BiG.AZ bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİBAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİB


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.