Almaniya təqribən 12 milyard avro dəyərində uzaqmənzilli silah almaq niyyətindədir
Almaniya təxminən 12 milyard avro tələb edə biləcək yeni uzaqmənzilli silah arsenalı yaratmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Welt" Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, raketlərin ilk tədarükü 2027-ci ildə gözlənilir.
Proqram dörd istiqaməti nəzərdə tutur. Onların arasında azxərcli qanadlı raketlər (LCCM), Amerikanın "Tomahawk" raketləri, həmçinin Böyük Britaniya ilə birgə yeni yüksək dəqiqlikli uzaqmənzilli qanadlı raket və hipersəsli planlaşdırıcı döyüş bloku layihələri var.
İlk LCCM-lərin 2027-ci ildən etibarən əldə edilməsi planlaşdırılır. Nəzərdən keçirilən variantlar arasında "Anthem", Ukraynanın "BARS" və "Flamingo" raketləri var. "Welt"in məlumatına görə, Almaniya artıq iki tədarükçü ilə müqavilə danışıqları aparır. Bildirilir ki, bu sistemlər daha ucuz və kütləvi istehsal üçün yararlı olacaq.
Eyni zamanda, Berlin onilliyin sonuna qədər Amerikanın "Tomahawk" raketlərini yerüstü "Typhon" kompleksindən buraxmaq imkanı əldə etməyə ümid edir. Böyük Britaniya ilə birgə sistemlər 2030-cu illərdə ortaya çıxmalı və 2 min km-dən çox məsafədəki hədəfləri vurmalıdır.
Sənədlərə əsasən, təxminən 9 milyard avro hipersəsli döyüş blokunun hazırlanmasına və alınmasına, daha 1,8 milyard avro isə qanadlı raketlərə yönəldilə bilər. Lakin təxminən 12 milyard avro hələlik yalnız ehtiyacların daxili qiymətləndirilməsidir və təsdiqlənməyib. Almaniya Müdafiə Nazirliyindən vurğulayıblar ki, layihələrin həyata keçirilməsi Bundestaqın təsdiqini tələb edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 105 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp İranın "yaxşı razılaşma"ya hazır olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ciddi iqtisadi təzyiq altında, son dərəcə çətin vəziyyətdədir, lakin Tehranda hələlik sövdələşmənin "doğru" şərtləri ilə razılaşmağa hazır deyillər. "Report" xəbər verir ki, Amerika lideri Vaşinqton yaxınlığındakı "Endryus" hərb
18:10 67 Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri
23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə getdi. "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfin
15:03 137 Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə ümummilli liderin barelyefi önünə gül dəstələri qoyublar
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında ümummilli liderin barelyefi önünə gül dəstələri qoyublar. BİG.AZ bu barədə AZƏRTAC-a istinadən məlumat verir
14:56 136 Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinə hazırlıq işləri aparılır. xəbər verir ki, hava limanının ərazisi Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib, Prezident İlham Əliyevin dövlət səfəri ilə əlaqədar qarşılanma mərasimi üçün zəruri təşkilat
11:15 105 Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Avqustun 22-də Kamçatkadakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolunu su yuyub aparıb. Nəticədə nəqliyyat vasitələri ilə təbiət mənzərəsini görməyə gələn turistlər xarici aləmdən təcrid olunublar. Yolda dərin yarğanlar yarandığından avtomobillərin hərəkəti qeyri-mümkü
09:57 203 ABŞ 20 milyard dollarlıq Kanada məhsullarına 50 % rüsum tətbiq edib
ABŞ bu gün Kanada istehsalı olan 20 milyard dollar dəyərində məhsullara 50 faiz rüsum tətbiq edib. "Report" xəbər verir ki, bu barədə "AP" agentliyi məlumat yayıb. ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumları Kanadanın Birləşmiş Ştatlara hər il tədarük etdiyi malları
13:00 134 "TikTok" məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək
ABŞ Ədliyyə Nazirliyi, "TikTok" platforması və bu sosial şəbəkəni yaradan "ByteDance" şirkəti internetdə yetkinlik yaşına çatmayanların məxfiliyinin qorunması haqqında qanunvericiliyin pozulması ilə əlaqədar 2014-cü ildə başlanmış məhkəmə çəkişməsinin həlli üçün Amerika hökumətini
15:00 130 Azərbaycan və Özbəkistan liderlərinin bəyanatları öncəsi SON HAZIRLIQLAR - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması və mübadiləsi mərasiminə, eləcə də dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarına hazırlıqdan görüntülər yayılıb. -ın əldə etdiyi məlumata görə, Azərbaycan və Özbəkistan nümayənd
17:42 105 Tunis sahillərində içində miqrantların olduğu qayıq BATDI
Tunis sahillərində içində İtaliyaya gedən miqrantların olduğu qayıq batıb. Qəzadan sonra göyərtədə olanların əksəriyyəti ilə əlaqə kəsilib. bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. İlkin məlumatlara görə, ən azı 13 nəfərin taleyi məlum deyil. İki sərnişini xilas etmək mümkün ols
10:00 164