ABŞ-yə köçmək istəyənlərin nəzərinə: Qanunsuz hesab edilən VİZA QADAĞASI ləğv olundu
ABŞ məhkəməsi Azərbaycan da daxil olmaqla, 75 ölkə vətəndaşlarına immiqrasiya vizalarının verilməsinin dayandırılmasını ləğv edib
ABŞ-nin Federal Məhkəməsi Tramp administrasiyasının 75 ölkədən olan müraciətçilərə immiqrasiya vizalarının verilməsinin dayandırılması barədə qərarını qanunsuz hesab edib. Məhdudiyyətlər Azərbaycan vətəndaşlarına da şamil edilirdi.
Oxu.Az xəbər verir ki, bu barədə qərara istinadən "Reuters" məlumat yayıb.
Manhetten dairə məhkəməsinin hakimi Dövlət Departamentinin siyasətini "açıq-aşkar qanunsuz" adlandırıb. Onun fikrincə, dövlət katibi Marko Rubio yalnız müraciət edənlərin vətəndaşlığı əsasında viza verilməsini qadağan etməklə öz səlahiyyətlərini aşıb.
Hakim qeyd edib ki, qanunvericilik dövlət katibinə konsulluq əməkdaşlarının işinə bu cür müdaxilə etməyə imkan vermir. Ayrı-ayrı dövlətlərin vətəndaşları üçün tam qadağa ərizələrə baxılmasının qanuni proseduruna birbaşa ziddir.
Dövlət Departamenti məhdudiyyətləri yanvar ayında tətbiq etmişdi. Səlahiyyətlilər iddia edirdilər ki, siyahıya daxil edilmiş ölkələrdən olan şəxslərin dövlət üçün maliyyə yükünə çevrilməsi və ABŞ-də sosial yardımdan yararlanması ehtimalı çox yüksəkdir.
Məhdudiyyətin Rusiya, eləcə də Latın Amerikası, Balkan, Cənubi Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsi ölkələrindən olan müraciətçilərə də təsiri vardı. O, yalnız ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulmuş immiqrasiya vizalarına aid idi və turist vizalarına, eləcə də digər müvəqqəti vizalara şamil edilmirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 134 Tarix: 22 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən
19:20 136 Trampdan maraqlı bəyanat: "Siz nə vaxtsa gülən kommunist görmüsünüz?"
ABŞ Prezidenti Donald Tramp heç vaxt gülən kommunist görmədiyini bəyan edib. -ın TASS-a istinadən xəbərinə görə, o, bu barədə Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı danışıb. "Siz nə vaxtsa xoşbəxt kommunist görmüsünüzmü? Görmüsünüzmü ki, kommunistlə
17:30 131 Yaddaş - dövlət və milli gücün təməlidir
Günay Əfəndiyeva: Mədəni irs gələcək kimliyimizi müəyyənləşdirir. Bu günlərdə Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda China Media Group tərəfindən xüsusi olaraq hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş "İrs Keşikçisi" sənədli filminin təqdimatı keçirilib. İlk dəf
12:27 187 Rusiya Ukraynada "Avrora" şəbəkəsinin paylama mərkəzinə zərbə endirib
Rusiyanın hücumu nəticəsində Ukraynada "Avrora" mağazalar şəbəkəsinin paylama mərkəzi zədələnib. "Report" xəbər verir ki, bu barədə şirkətin "Instagram" sosial şəbəkəsindəki məlumatında deyilir. "Avrora"nın məlumatına görə, zərbə endirilərkən bütün əməkdaşlar sığınacaqd
16:30 147 "M6" bu stansiyada da dayanacaq - Vətəndaşların müraciətindən sonra
Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyya
13:52 184 Xalq artisti ağır avtoqəzaya düşdü: Vəziyyəti ağırdır
Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır avtoqəzaya düşüb. xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Xalq artisti Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir
13:58 218 Azərbaycanın beynəlxalq uğurlarında Prezident İlham Əliyev diplomatiyasının rolu
Müasir dünyada beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, geosiyasi proseslər yeni reallıqlar yaradır, dövlətlərin milli maraqlarının qorunması isə daha çevik və uzaqgörən diplomatik yanaşma tələb edir. Belə mürəkkəb şəraitdə Azərbaycanın həyata keçirdiyi xarici siyasət ölkənin milli maraqlarını
11:56 170 Günel pis enerjidən bu yolla qorunur
Müğənni Günel Zeynalova sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi saçlarını mənfi enerjidən qorumaq üçün hördüyünü bildirib. "Saçı mənfi enerjidən, enerjini vampir kimi çəkən insanlardan qorunmaq üçün hörmək lazımdır. Qızlara da tövsiyə edirəm ki, saçların
10:38 229 Uzaqgörən liderlik və Azərbaycanın uğurlu xarici siyasəti
Müasir dünyanın siyasi mənzərəsi sürətlə dəyişir. Geosiyasi rəqabətin, iqtisadi qarşıdurmaların, təhlükəsizlik çağırışlarının və yeni əməkdaşlıq formatlarının meydana çıxdığı bir dövrdə dövlətlərin qarşısında mühüm vəzifələr dayanır. Belə şəraitdə ölkənin milli maraqlarını qorumaq, beynəlxalq münasibətlə
11:57 196