Bakı-Daşkənd xətti güclənir: Prezidentin müsahibəsindən mühüm mesajlar

Bakı-Daşkənd xətti güclənir: Prezidentin müsahibəsindən mühüm mesajlarAzərbaycan və Özbəkistan münasibətləri son illərdə yalnız ikitərəfli əlaqələrin genişlənməsi ilə deyil, daha böyük geosiyasi və geoiqtisadi proseslərin tərkib hissəsinə çevrilməsi ilə diqqət çəkir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə də iki ölkə arasındakı münasibətlərin hansı istiqamətdə inkişaf etdiyini və qarşıdakı dövr üçün hansı prioritetlərin müəyyənləşdiyini göstərən mühüm siyasi mesajlar baxımından diqqət çəkir.

Müsahibənin əsas məqamlarından biri Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin artıq yalnız ayrı-ayrı iqtisadi və diplomatik münasibətlər çərçivəsində qiymətləndirilməməsidir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Bu baxımdan Xəzər dənizi iki coğrafiyanı ayıran deyil, onları birləşdirən mühüm amil kimi çıxış edir.

Bu yanaşma Azərbaycanın Mərkəzi Asiyaya münasibətdə son illərdə həyata keçirdiyi siyasətin mahiyyətini də ortaya qoyur. Bakı üçün region artıq yalnız iqtisadi tərəfdaşlıq məkanı deyil. Azərbaycan özünü Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat, enerji və ticarət əlaqələrinin mühüm halqalarından biri kimi təqdim edir. Xəzər üzərindən keçən marşrutlar, Orta Dəhliz və regional logistika imkanları bu əməkdaşlığın iqtisadi əsaslarını daha da gücləndirir.

Azərbaycan-Özbəkistan münasibətlərində isə xüsusi dinamika müşahidə olunur. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivliyi artıb, qarşılıqlı səfərlərin sayı çoxalıb və strateji əməkdaşlığın hüquqi bazası genişlənib. Azərbaycan Prezidentinin müsahibəsində də Özbəkistan "qardaş ölkə" və "etibarlı müttəfiq" kimi xarakterizə olunur.

Burada diqqət çəkən məqam odur ki, iki ölkənin münasibətləri yalnız siyasi bəyanatlarla məhdudlaşmır. İqtisadi-ticari əlaqələr, nəqliyyat, investisiya, sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün konkret layihələr həyata keçirilir. Bu isə münasibətlərin daha praktik və uzunmüddətli mərhələyə keçdiyini göstərir.

Azərbaycan və Özbəkistanın əməkdaşlığında Qarabağ amili də xüsusi yer tutur. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə də töhfə verən ölkələrdən biridir. Prezident İlham Əliyev müsahibəsində Özbəkistanın Füzulidə Mirzə Uluqbəyin adını daşıyan məktəbin tikintisinə verdiyi dəstəyi xüsusi qeyd edib. Azərbaycan Prezidenti Özbəkistanı Qarabağın bərpasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyevi isə bu təşəbbüsü göstərən ilk lider kimi qiymətləndirib.

Bu fakt yalnız humanitar əməkdaşlıq baxımından deyil, siyasi münasibətlərin xarakteri baxımından da əhəmiyyətlidir. Çünki Qarabağ məsələsində Azərbaycanın yanında olmaq və regionun yenidən qurulmasına konkret töhfə vermək Özbəkistanın Bakı ilə münasibətlərə verdiyi siyasi əhəmiyyəti nümayiş etdirir.

Digər mühüm istiqamət türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsidir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və bu platforma iki ölkənin siyasi, iqtisadi və humanitar əlaqələrinin daha geniş çərçivədə inkişafına imkan yaradır. Prezident İlham Əliyev də müsahibəsində Azərbaycan və Özbəkistanın türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Əslində, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını yalnız iki ölkə arasındakı əlaqələr kimi qiymətləndirmək kifayət deyil. Bu münasibətlər Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni siyasi və iqtisadi bağlantıların mühüm hissəsidir.

Dünyada geosiyasi rəqabətin artdığı, yeni nəqliyyat və enerji marşrutlarının önəminin yüksəldiyi bir vaxtda Azərbaycanla Mərkəzi Asiya ölkələrinin yaxınlaşması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan coğrafi mövqeyindən, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində yerləşməsindən irəli gələn imkanları qarşılıqlı əməkdaşlıqla birləşdirə bilər.

Bu baxımdan İlham Əliyevin UzA-ya müsahibəsi yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyətinə dair fikirlərin ifadəsi deyil. Müsahibədə Azərbaycanın Mərkəzi Asiya siyasətinin uzunmüddətli istiqamətləri də görünür. Söhbət nəqliyyat və logistika imkanlarının genişləndirilməsindən, iqtisadi əlaqələrin dərinləşdirilməsindən, türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsindən və qarşılıqlı siyasi etimadın daha da möhkəmləndirilməsindən gedir.

Nəticə etibarilə, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq ənənəvi diplomatik əlaqələr çərçivəsini aşaraq çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrilir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər də bu münasibətlərin gələcəkdə daha geniş regional əməkdaşlıq platformalarına çevrilə biləcəyinə işarə edir.

Xüsusilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat, ticarət və siyasi əlaqələrin genişləndiyi indiki mərhələdə Bakı-Daşkənd xətti bu prosesin əsas dayaqlarından biri kimi çıxış edə bilər. Bu isə həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə türk dünyası üçün yeni imkanlar yaradır.

Nuray Nəzərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 110   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda istirahət mərkəzində QADIN ÖLDÜ

Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən "Gəmi" istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Sevda Çingiz qızı Nağıyeva istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağl

15:01 149
.

Alyaskanın qərbində radar məntəqəsi yaxınlığında çarter təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

ABŞ ordusunun məlumatına görə, səkkiz nəfəri daşıyan çarter təyyarəsi cümə axşamı günü qərbi Alyaskada ucqar bir radar məntəqəsinə düşüb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qəza, Alyaskanın Ankoric şəhərindən təxminən 725 km qərbdə, Keyp Nyuenhem Uzun Mənzilli Radar Site Hava Limanınd

12:38 146
.

Bakı-Daşkənd xətti güclənir: Prezidentin müsahibəsindən mühüm mesajlar

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə yalnız ikitərəfli əlaqələrin genişlənməsi ilə deyil, daha böyük geosiyasi və geoiqtisadi proseslərin tərkib hissəsinə çevrilməsi ilə diqqət çəkir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə də iki ölk

15:26 102
.

Sabah 40° isti olacaq

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27 isti, gündüz 30-3

12:43 166
.

Tövlədə heyvanları yemləyərkən öldü

Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla

10:10 179
.

Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib. "Bakupost"a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib

12:44 301
.

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə - Fotolar

Əməkdar artist Rəşidə Behbudova ailəsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, həyat yoldaşı Kamil Şahverdiyev və oğlu Rəşidlə fotolarını sosial media hesabında yayımlayıb. Qeyd edək ki, R.Behbudova əfsanəvi müğənni Rəşid Behbudovun qızıdır

20.08.2026 469
.

"Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

"İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Preziden

14:16 120
.

CNN-in Azərbaycanla bağlı yazısı ABŞ məhkəməsində mübahisələndirilir

"Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN media şirkətinə qarşı iddia qaldırıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, iddiaya səbəb CNN-də Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməs

11:42 159
.