"Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir" - BƏHRUZ QULİYEV

"Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir" - BƏHRUZ QULİYEV"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə inkişaf edir.

Bu gün Azərbaycan və Özbəkistan münasibətləri türk dünyasında ən dinamik inkişaf edən tərəfdaşlıq modellərindən biridir. Burada söhbət təkcə iki prezidentin qarşılıqlı səfəri çərçivəsində mədəni, siyasi münasibətlərdən getmir. Həm də bu iki ölkə beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda və regional təşəbbüslərdə bir-birini dəstəkləyən, mövqelərini yaxınlaşdıran və ortaq maraqlardan çıxış edən iki strateji tərəfdaş kimi çıxış edir.

Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Özbəkistanın mövqelərinin yaxınlığı diqqəti cəlb edir. Azərbaycan TDT-ni sadəcə mədəni və tarixi bağların ifadəsi olan bir platforma kimi deyil, gələcəkdə siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik və digər istiqamətlərdə böyük gücə çevrilə biləcək mühüm birlik kimi görür. Özbəkistan da bu prosesdə Azərbaycanın mövqeyinə yaxın yanaşma nümayiş etdirir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan türk dünyasının inteqrasiyasını yalnız ideoloji və mədəni müstəvidə deyil, real iqtisadi və geosiyasi layihələrlə də möhkəmləndirirlər. Nəqliyyat və logistika əməkdaşlığı bunun ən bariz nümunəsidir. Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqeyi bu iki ölkəni Şərqlə Qərb arasında yeni nəqliyyat bağlantılarının təbii tərəfdaşına çevirir.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP layihəsi ilə mümkün inteqrasiyası isə məsələyə tamamilə yeni geosiyasi məzmun gətirir. Bu, sadəcə dəmir yolu xətti deyil. Bu layihələrin uzlaşdırılması Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə daha sıx bağlaya, Azərbaycanın tranzit imkanlarını daha da genişləndirə bilər.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin edilməsi də bu baxımdan tarixi hadisədir. Faktiki olaraq, əvvəlki "C5" formatının "C6" formatına çevrilməsi Azərbaycanın artıq Mərkəzi Asiya ilə bağlı proseslərə kənardan baxan ölkə deyil, regional əməkdaşlığın fəal iştirakçısı olduğunu göstərir.

"Hesab edirəm ki, burada Azərbaycanın xarici siyasətinin mühüm bir istiqaməti özünü göstərir. Azərbaycan artıq yalnız regionlar arasında körpü rolunu oynamaqla kifayətlənmir, həmin regionların siyasi və iqtisadi inteqrasiyasının iştirakçısına çevrilir. Cənubi Qafqaz, Mərkəzi Asiya və Türk dünyası arasında yaranan yeni əlaqələr Azərbaycanın geosiyasi çəkisini də artırır.

Azərbaycan və Özbəkistanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda bir-birini dəstəkləməsi də təsadüfi deyil. Çünki müasir dünyada dövlətlərin beynəlxalq mövqeyinin güclənməsi yalnız ikitərəfli münasibətlərlə deyil, çoxtərəfli diplomatiyada tərəfdaşların sayının və etimadın artması ilə də bağlıdır.

Bu mənada, Azərbaycan-Özbəkistan münasibətlərinin xüsusi əhəmiyyəti var. İki ölkənin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və milli maraqlarını dəstəkləməsi münasibətlərə siyasi etimad gətirir. Bu etimad isə iqtisadi və humanitar əməkdaşlığın daha sürətli inkişafı üçün möhkəm zəmin yaradır.

Əslində, Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Tarixi və mədəni yaxınlıq artıq konkret siyasi, iqtisadi və geostrateji layihələrə çevrilir. Bu isə Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha təşkilatlanmış, daha təsirli və daha vahid aktora çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Düşünürəm ki, Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlərin əsas mahiyyəti də məhz bundan ibarətdir ki, Azərbaycan-Özbəkistan tərəfdaşlığı artıq iki dövlətin münasibətlərindən daha böyük məna daşıyır. Bu əməkdaşlıq Cənubi Qafqazla Mərkəzi Asiyanın yaxınlaşmasına, Türk dünyasının inteqrasiyasına və Avrasiya məkanında yeni siyasi-iqtisadi əməkdaşlıq arxitekturasının formalaşmasına ciddi töhfə verir.

Bu gün Azərbaycan və Özbəkistan bir-birinə sadəcə qardaş ölkə kimi deyil, həm də regional və beynəlxalq proseslərdə etibarlı strateji tərəfdaş kimi yanaşırlar. Qarşıdakı mərhələdə bu münasibətlərin daha da dərinləşməsi həm Azərbaycanın, həm Özbəkistanın, həm də bütövlükdə Türk dünyasının geosiyasi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

06.11.2026 258
.

Qəfil infarkt riski kimləri təhdid edir?

Böyük şəhərlərdə yaşayan insanlar ürək-damar xəstəlikləri, xüsusilə infarkt riski ilə daha çox üzləşə bilərlər. Alimlər bunun əsas səbəblərindən birinin havanın çirklənməsi olduğunu müəyyən ediblər. xəbər verir ki, ABŞ-ın Yel Universitetinin mütəxəssisləri çirklənmiş havada olan ultrakiçik hissəcikləri

06.11.2026 217
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

06.11.2026 126
.

Ağstafada bir ailənin üç üzvü zəhərlənib

Ağstafada zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər. Faktla bağlı araşdırma aparılır

06.11.2026 185
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını

06.11.2026 187
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.