"Bu fakt qürur hissi doğurur"​

"Bu fakt qürur hissi doğurur"​"Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur"​.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir: "Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.

Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.

Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 131   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda istirahət mərkəzində QADIN ÖLDÜ

Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən "Gəmi" istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Sevda Çingiz qızı Nağıyeva istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağl

15:01 149
.

Alyaskanın qərbində radar məntəqəsi yaxınlığında çarter təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

ABŞ ordusunun məlumatına görə, səkkiz nəfəri daşıyan çarter təyyarəsi cümə axşamı günü qərbi Alyaskada ucqar bir radar məntəqəsinə düşüb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qəza, Alyaskanın Ankoric şəhərindən təxminən 725 km qərbdə, Keyp Nyuenhem Uzun Mənzilli Radar Site Hava Limanınd

12:38 146
.

Bakı-Daşkənd xətti güclənir: Prezidentin müsahibəsindən mühüm mesajlar

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə yalnız ikitərəfli əlaqələrin genişlənməsi ilə deyil, daha böyük geosiyasi və geoiqtisadi proseslərin tərkib hissəsinə çevrilməsi ilə diqqət çəkir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə də iki ölk

15:26 102
.

Sabah 40° isti olacaq

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27 isti, gündüz 30-3

12:43 166
.

Tövlədə heyvanları yemləyərkən öldü

Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla

10:10 179
.

Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib. "Bakupost"a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib

12:44 301
.

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə - Fotolar

Əməkdar artist Rəşidə Behbudova ailəsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, həyat yoldaşı Kamil Şahverdiyev və oğlu Rəşidlə fotolarını sosial media hesabında yayımlayıb. Qeyd edək ki, R.Behbudova əfsanəvi müğənni Rəşid Behbudovun qızıdır

20.08.2026 469
.

"Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

"İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Preziden

14:16 120
.

CNN-in Azərbaycanla bağlı yazısı ABŞ məhkəməsində mübahisələndirilir

"Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN media şirkətinə qarşı iddia qaldırıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, iddiaya səbəb CNN-də Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməs

11:42 159
.