Yumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?

Yumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?"Uzun müddətdir qidaların süni üsullarla hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. Bu videolarda xüsusilə Çində "süni yumurta" istehsal edildiyi iddia olunur. Lakin internetdə yayılan görüntülərin laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurta əvəzedicilərinin nümayişi olması mümkündür".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, yumurta istehlakçılarının bu cür videolara görə panikaya düşməsinə əsas yoxdur. Azərbaycanda süni yumurtanın aşkarlanması ilə bağlı hər hansı şikayətlə qarşılaşmamışam. Həmçinin bununla bağlı rəsmi qurumlara hər hansı neqativ hal barədə məlumat daxil olmayıb:

"Təbii ki, bu cür videolar insanlarda təşviş və narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, yumurtanın quruluşu saxlanma şəraitindən və müddətindən asılı olaraq dəyişə bilər. Saxlanma müddəti keçmiş yumurta bişirildikdə fərqli görünə, yumurtanın ağı isə daha rezinvari konsistensiya ala bilər. Bu hallar yumurtanın süni və ya saxta olması anlamına gəlmir.

Bir yumurtanı süni şəkildə hazırlamaq iqtisadi baxımdan da səmərəli görünmür. Bunun maya dəyəri təbii yumurtanın qiyməti ilə müqayisədə yüksək ola bilər. İstehsalçının əsas məqsədi gəlir əldə etməkdirsə, daha baha başa gələn belə məhsulun hazırlanmasına marağın olması məntiqli deyil.

Dünyada "Just Egg" kimi bitki mənşəli yumurta əvəzediciləri mövcuddur. Lakin bunlar "süni yumurta" hesab edilmir. Bu məhsullar etiketlənmiş, qablaşdırılmış və tərkibi göstərilən xüsusi qida məhsullarıdır. Onların qiyməti də kifayət qədər yüksəkdir.

Əslində, yumurta ilə bağlı əsas risk "süni olması" deyil, düzgün saxlanmaması və lazımi qaydada bişirilməməsidir. Xüsusilə çiy və ya az bişmiş yumurtaların istehlakı qida zəhərlənməsi riskini artıra bilər. Buna görə də diqqət daha çox məhsulun təzəliyinə, gigiyenik şəraitdə saxlanmasına və düzgün hazırlanmasına yönəldilməlidir.

Yumurtanın qabığı qırıldıqda xoşagəlməz və kəskin qoxunun gəlməsi ciddi xəbərdarlıq əlamətidir. Məhsul alarkən qablaşdırmaya, istehsal tarixinə və saxlanma şəraitinə diqqət yetirmək vacibdir. Küçədən və mənşəyi məlum olmayan yerlərdən alınan yumurtalarda risk daha yüksək ola bilər.

Təbii yumurtanın qabığı adətən müəyyən qədər nahamar və mat görünür. Həddindən artıq parlaq və hamar qabıq isə bəzən emal prosesindən xəbər verə bilər. Lakin bu, yumurtanın süni olduğunun göstəricisi deyil.

Təzə yumurta sındırıldıqda sarısı adətən bütöv qalır və qabarıq görünür. Yumurtanın ağı isə daha qatı konsistensiyaya malik olur.

Yumurtanın qabığında nəcis və digər çirkləndiricilər varsa, onu istifadə etməzdən əvvəl təmizləmək lazımdır. Lakin yumurtanı əvvəlcədən yuyaraq soyuducuda saxlamaq tövsiyə edilmir. Çünki yuma zamanı qabığın qoruyucu təbəqəsi zədələnə və mikroorqanizmlərin yumurtanın daxilinə keçmə riski arta bilər.

Yumurtanı soyuducunun qapısında saxlamaq da məqsədəuyğun deyil. Qapının tez-tez açılıb-bağlanması temperaturun dəyişməsinə səbəb olur. Bundan əlavə, qabığı çatlamış yumurtaları almaq və istifadə etmək məsləhət görülmür. Çatlamış qabıqdan mikroorqanizmlərin məhsulun daxilinə keçmə ehtimalı daha yüksəkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 811   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 220
.