MTK-dan ev alanlar bunu mütləq bilməlidir
"Çoxmənzilli binalarda mənzilə çıxarış almaq üçün ilk növbədə binanın hüquqi statusu və istismara qəbul edilib-edilməməsi müəyyənləşdirilməlidir. Çünki mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yalnız alıcının əlində müqavilənin olması kifayət etmir. Binanın özünün də qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi vacibdir".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, əgər bina mənzil-tikinti kooperativi (MTK) tərəfindən inşa olunubsa və istismara qəbul edilibsə, əsas sənədlər sırasında mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və mənzil üzrə pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı xüsusi əhəmiyyət daşıyır:
"Bundan əlavə, ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməlidir. Rəsmi məlumatlara əsasən, MTK binasının istismara qəbul aktının və ya istismara icazə sənədinin olması da mühüm şərtlərdən biridir.
Əgər çoxmənzilli bina MTK yaradılmadan hüquqi və ya fiziki şəxs tərəfindən inşa edilibsə, bu halda mənzilə dair hüquqi əsas notariat qaydasında təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməlidir. Bununla yanaşı, binanın istismara qəbul edilməsi barədə müvafiq sənəd, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunur.
Bu səbəbdən vətəndaş mənzil alarkən yalnız müqavilənin olub-olmamasına deyil, binanın istismara qəbul edilib-edilməməsinə, MTK-nın və ya tikinti şirkətinin təqdim etdiyi sənədlərin hüquqi əsaslarına, eləcə də mənzil üzrə maliyyə öhdəliklərinin tam yerinə yetirilib-yetirilməməsinə diqqət yetirməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 155 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. -Hörmətli cənab Prezident, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistan
14:11 131 İrana qarşı yeni sanksiyalar Azərbaycana da təsir edə bilər? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi daha da sərtləşdirmək niyyəti regionda yeni iqtisadi riskləri gündəmə gətirib. ABŞ rəsmiləri İrana qarşı indiyədək tətbiq olunan təzyiqlərdən daha sərt sanksiyaların hazırlanacağını açıqlayıblar. Vaşinqton eyni zamanda İranla iqtisadi əlaqələri davam etdirən üçünc
11:35 162 Ermənistanda kilsə rəhbəri Paşinyana qarşı çıxdığı üçün vəzifəsindən azad edildi
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası Erməni Apostol Kilsəsinin rəhbəri II Karekinin (dünyəvi adı Ktrij Nersisyan) vəzifədən azad edilməsini inkişaf planına daxil edib. xəbər verir ki, müvafiq layihə ölkənin vahid elektron hökumət portalında dərc olunub. I
10:58 134 "Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur"
"Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Mill
14:44 77 Ukraynanın Xarkov vilayətinə hücum nəticəsində iki nəfər ölüb, yaşayış binası dağılıb
Ukraynanın şərqindəki Xarkov bölgəsində gecə dron hücumu nəticəsində ən azı iki nəfər ölüb, daha iki nəfər yaralanıb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Ukraynanın dövlət fövqəladə hallar xidməti bildirib ki, Lebyaje kəndindəki yanğınlar söndürülür. Hücum nəticəsində beş yaşayış binası və avtomobi
12:01 134 Böyük Britaniya iqtisadiyyatında sabitləşmə əlamətləri: istehlakçı inamı artır
Böyük Britaniya iqtisadiyyatında son göstəricilər müəyyən sabitləşmə əlamətlərinin yarandığını göstərir. Xüsusilə xidmət sektorunda aktivliyin artması və istehlakçı inamının yüksəlməsi iqtisadi perspektivlərlə bağlı nikbinliyi gücləndirib. Araşdırmaya əsasən, avqust ayında britaniyalı istehlakçıları
14:39 67 ABŞ Çini amerikalı alimin qanunsuz həbsində ittiham etdi
ABŞ Dövlət Departamenti Çinin amerikalı alim Vu Min Cinqi qanunsuz şəkildə həbs etdiyini bildirib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. ABŞ Dövlət Departamentinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Dövlət Katibinin köməkçisi Dilan Conson bildirib ki, Amerika vətəndaşlarını
10:29 130 Isveçrə hava müdafiəsinə 970 milyon frank ayırır
İsveçrədən hava hücumundan müdafiə sisteminə 970 milyon franklıq əlavə vəsait ayıracaq. xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə hökuməti artan təhlükələri əsas gətirərək ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsai
20.08.2026 274 Paşinyanın partiyasından Türkiyə, Aİ və ABŞ-la bağlı mühüm plan
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası Türkiyə, Avropa İttifaqı (Aİ) və ABŞ da daxil olmaqla, növbəti beş il üçün xarici siyasət prioritetlərini müəyyən edib. xəbər verir ki, müvafiq layihə ölkənin vahid elektron hökumət portalında dərc olunub. Layihədə Ermənista
11:03 149