CNN-in Azərbaycanla bağlı yazısı ABŞ məhkəməsində mübahisələndirilir
"Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN media şirkətinə qarşı iddia qaldırıb".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, iddiaya səbəb CNN-də Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə materialın dərc olunmasıdır:
"Söhbət CNN-in 2026-cı il iyunun 5-də yayımladığı məqalədən gedir. Materialda İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın ərazilərdə fəaliyyət göstərdiyi, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları ilə bağlı əməliyyatların həyata keçirildiyi iddia olunur.
Məqalədə, həmçinin İsrailin Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarını əvvəlcədən yerləşdirdiyi və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıdığı barədə iddialar yer alıb.
CNN materialı dərc etməzdən əvvəl Azərbaycan tərəfinə müraciət edib və Bakının mövqeyini öyrənib. Azərbaycan tərəfi sözügedən iddiaları rədd edərək ölkə ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.
Buna baxmayaraq, CNN anonim mənbələrə istinadən həmin iddiaları yayımlayıb.
Azərbaycan tərəfi məsələni məhkəməyə çıxarmazdan əvvəl media qurumuna materialı yenidən araşdırmaq, təqdim olunan faktları qiymətləndirmək və yanlışlıq olduğu halda düzəliş etmək imkanı verib.
İddiada CNN-in yayımladığı məlumatların Azərbaycan Respublikasının beynəlxalq reputasiyasına, regional təhlükəsizliyə və diplomatik münasibətlərə mümkün təsirləri də diqqətə çatdırılıb.
Azərbaycan tərəfi hesab edir ki, xüsusilə bir dövlətin ərazisinin başqa ölkəyə qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi ilə bağlı iddialar konkret və yoxlanılmış sübutlarla əsaslandırılmalıdır.
Qeyd edək ki, CNN-in Azərbaycana dair əvvəlki materialları da ölkədə tənqid olunub. Xüsusilə Tim Lister tərəfindən 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı hazırlanan bəzi materiallarda Azərbaycana qarşı qərəzli yanaşmanın yer aldığı bildirilib.
Hazırda əsas diqqət CNN-in yaydığı iddiaların hansı sübutlarla əsaslandırılacağına və məhkəmə prosesində tərəflərin təqdim edəcəyi dəlillərə yönəlib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 101 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaha 34 ölkəyə vizasız gedə biləcəyik
Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəs
20.08.2026 338 Müəllimlərin maaşı şagirdlərin nəticəsinə görə müəyyənləşəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Müəllimlərin əməkhaqqının şagirdlərin təlim nəticələri ilə əlaqələndirilməsi təklifi təhsil ictimaiyyətində yeni müzakirələrə səbəb olub. Təklifə əsasən, müəllimin maaşının müəyyən hissəsinin şagirdlərin akademik göstəricilərindən asılı olması nəzərdən keçirilə bilər. Dünyanın bəzi ölkələrində müəllimləri
10:58 120 CNN: "USS Abraham Lincoln ABŞ-a geri qayıtmağa başlayıb"
CNN-in mənbələrə istinadən verdiyi məlumata görə, USS Abraham Lincoln Yaxın Şərqdən ABŞ-a geri dönüş səfərinə başlayıb. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, məlumata görə, USS George Washington " mühasirədə olan Lincoln üzərindəki yükü azaltmaq" üçün bölgəyə gəlib. Müəllif: İlkin Məmmədkərimo
10:15 124 Metro xətləri ayrıldı - Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq
Metro xətlərinin ayrılması ilə birlikdə həmin ərazilərə sərnişin daşıyan ekspres avtobuslar fəaliyyətə başladı. Bəs görəsən, bu amil kirayə bazarındakı qiymətlərə də təsir edəcəkmi? Metronun əlçatan olduğu yerlərdə qiymətlərin artıb, digər ərazilərdə azalması ehtimal edilirmi? Kirayə mənzil bazarındak
20.08.2026 327 Isveçrə hava müdafiəsinə 970 milyon frank ayırır
İsveçrədən hava hücumundan müdafiə sisteminə 970 milyon franklıq əlavə vəsait ayıracaq. xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə hökuməti artan təhlükələri əsas gətirərək ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsai
20.08.2026 269 Bu türk ölkəsində zəlzələ oldu
Qırğızıstanda 4.2 bal gücündə zəlzələ baş evrib. xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb. Məlumata görə, yeraltı təkanların ocağı Qırğızıstanın Kok-Jar kəndindən 15 kilometr şimal-qərbdə yerləşib
20.08.2026 234 Finlandiya Rusiyanı hava məkanını pozmaqda ittiham edir
Finlandiya Müdafiə Nazirliyi Rusiyanı hava məkanına müdaxilədə ittiham edib. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, bildirilib ki, Rusiya təyyarəsinin Baltik dənizi üzərində hava məkanını pozduğu şübhəsi var. Ölkənin müdafiə naziri Antti Hakkanen istintaqın davam etdiyini və Finlandiya Sərhəd Mühafizəsini
11:54 81 Qızıl və gümüşün qiyməti artdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.10% artaraq 4.550 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 2.36% bahalaşaraq 67.38 ABŞ dolları təşkil edib
20.08.2026 213 "HB Geven Klinik" auditdən yayındı, cərimə olundu
Bakıda fəaliyyət göstərən özəl xəstəcanalardan biri olan "HB Geven Klinik" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi - "Məcburi auditdən yayınma" ilə bağlı protokol tərtib edilib v
20.08.2026 236