Kirayə müqaviləsi bağlamaq niyə vacibdir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Kirayə müqaviləsi bağlamaq niyə vacibdir? - HÜQUQŞÜNASDAN AÇIQLAMASon illər kirayə münasibətlərində yazılı müqavilənin əhəmiyyəti daha çox müzakirə olunur. Ev sahibi ilə kirayəçi arasında şifahi razılaşma tərəflər üçün müəyyən risklər yarada bilər.

Yazılı kirayə müqaviləsi isə aylıq ödənişin məbləği, müqavilənin müddəti, tərəflərin öhdəlikləri, kommunal xərclər və digər şərtlərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsinə imkan verir. Bu isə sonradan yarana biləcək anlaşılmazlıqların və mübahisələrin qarşısının alınmasına kömək edir.

Mövzu ilə bağlı hüquqşünas Elşən Sultanov BiG.AZ-a açıqlamasında bildirdi ki, kirayə müqaviləsinin yazılı şəkildə bağlanması həm ev sahibi, həm də kirayəçi üçün hüquqi baxımdan daha təhlükəsizdir. Onun sözlərinə görə, müqavilədə aylıq kirayə haqqının məbləği, ödəniş tarixi, yaşayış müddəti, kommunal xərclərin kimin tərəfindən ödənilməsi, depozit məsələsi, əmlakın vəziyyəti və müqaviləyə xitam verilməsi şərtləri dəqiq göstərilə bilər: "Bu, tərəflərin sonradan ‘belə razılaşmamışdıq’ tipli mübahisələrlə üzləşməsinin qarşısını almağa kömək edir. Kirayə münasibətləri qarşılıqlı hüquq və öhdəliklər yaradan müqavilə münasibətləridir.

Kirayəyə verən əmlakı istifadəyə yararlı vəziyyətdə təqdim etməli, kirayəçi isə razılaşdırılmış haqqı ödəməli və əmlakdan müqaviləyə uyğun istifadə etməlidir. Buna görə də şərtlərin əvvəlcədən yazılı şəkildə müəyyənləşdirilməsi tərəflərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 102   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Isveçrə hava müdafiəsinə 970 milyon frank ayırır

İsveçrədən hava hücumundan müdafiə sisteminə 970 milyon franklıq əlavə vəsait ayıracaq. xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə hökuməti artan təhlükələri əsas gətirərək ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsai

20.08.2026 269
.

CNN: "USS Abraham Lincoln ABŞ-a geri qayıtmağa başlayıb"

CNN-in mənbələrə istinadən verdiyi məlumata görə, USS Abraham Lincoln Yaxın Şərqdən ABŞ-a geri dönüş səfərinə başlayıb. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, məlumata görə, USS George Washington " mühasirədə olan Lincoln üzərindəki yükü azaltmaq" üçün bölgəyə gəlib. Müəllif: İlkin Məmmədkərimo

10:15 123
.

Müəllimlərin maaşı şagirdlərin nəticəsinə görə müəyyənləşəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Müəllimlərin əməkhaqqının şagirdlərin təlim nəticələri ilə əlaqələndirilməsi təklifi təhsil ictimaiyyətində yeni müzakirələrə səbəb olub. Təklifə əsasən, müəllimin maaşının müəyyən hissəsinin şagirdlərin akademik göstəricilərindən asılı olması nəzərdən keçirilə bilər. Dünyanın bəzi ölkələrində müəllimləri

10:58 114
.

Onlarla ilanbalığı vaqonu ələ keçirdi - İnanılmaz GÖRÜNTÜLƏR

Çində metroda sərnişinlərdən birinin əlindəki vedrə aşıb və canlı ilanbalıqları vaqona tökülüb. xarici mediaya istinadən xəbər verir ki, ilanbalıqları qısa müddətdə vaqonun müxtəlif hissələrinə yayılmağa başlayıb. Baş verənləri ilk anda anlamayan sərnişinlər bir neçə saniyəlik çaşqınlıq yaşayıblar. Laki

20.08.2026 294
.

17 il beynəlxalq axtarışda olan şəxs - Azərbaycana gətirildi

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib. "Qafqazinfo"

20.08.2026 313
.

Cəmi 14 gün paketlənmiş qidadan uzaq durun - Bədəninizdə bunlar dəyişəcək

Paketlənmiş və yüksək dərəcədə emal olunmuş qidalar gündəlik qidalanmanın ayrılmaz hissəsinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bu məhsullardan cəmi iki həftə uzaq durmaq belə orqanizmdə nəzərəçarpacaq dəyişikliklər yarada bilər. xəbər verir ki, emal olunmuş qidaların tərkibindəki yüksək duz, rafin

20.08.2026 248
.

Rusiya başladığı müharibəni uduzur

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə məğlub olduğunu bildirib. xəbər verir ki, fon der Leyen bu barədə açıqlamasında deyib. "Rusiya özünün başladığı müharibəni uduzur. Buna cavab olaraq isə dinc əhaliyə və mülki infrastruktura zərbələ

20.08.2026 285
.

TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı - Açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ötən gündən bəri sosial şəbəkədə gündəm yaradan uşaq xəstəxanasındakı fotolarla bağlı açıqlama verib. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. "Sosial şəbəkələrd

12:15 34
.

"Salam" və "bəli" deyil - telefon zənginə necə cavab vermək olar

Telefon zənginə necə cavab verməyiniz qarşınızdakı insanda sizin haqqınızda müəyyən təəssürat yarada bilər. Xüsusilə işgüzar danışıq zamanı söhbətə hansı sözlə başlamaq ünsiyyətin tonuna təsir edir. xarici mediaya istinadla xəbər verir ki, gündəlik həyatda insanların əksəriyyəti telefon zənginə avtomati

20.08.2026 345
.