Isveçrə hava müdafiəsinə 970 milyon frank ayırır
İsveçrədən hava hücumundan müdafiə sisteminə 970 milyon franklıq əlavə vəsait ayıracaq.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə hökuməti artan təhlükələri əsas gətirərək ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsait istəyib.
İsveçrənin SRF ictimai yayım şirkətinin məlumatına görə, hökumət hava məkanına yönələn artan təhdidlər fonunda müdafiə imkanlarının genişləndirilməsini zəruri hesab edir.
Bildirilib ki, ayrılması nəzərdə tutulan vəsait silah sistemlərinin vaxtında tədarükünü təmin etmək məqsədilə istehsalçılara əvvəlcədən ödənişlərin həyata keçirilməsinə yönəldiləcək.
Məbləğin 250 milyon frankı qısa mənzilli yerüstü hava hücumundan müdafiə sistemlərinə, 650 milyon frankı isə orta mənzilli yerüstü hava hücumundan müdafiə sistemlərinə ayrılacaq.
Bundan əlavə, radar sistemləri və mini pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanlarının gücləndirilməsi üçün 70 milyon frank investisiya nəzərdə tutulur.
İsveçrə hökuməti qeyd edib ki, müdafiə avadanlığı istehsalçıları getdikcə daha böyük həcmdə əvvəlcədən ödəniş tələb edirlər. Bu ödənişlərin həyata keçirilməməsi tədarüklərin bir neçə il gecikməsinə səbəb ola bilər.
Hökumətin məlumatına görə, 970 milyon franklıq əlavə kredit korporativ vergilərdən daxilolmaların artması və federal hökumətin gəlir proqnozlarının yaxşılaşması hesabına maliyyələşdirilə bilər.
Məsələ ilə bağlı yekun qərarı İsveçrə parlamenti verəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 86 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914