Çin-Tayvan münaqişəsində gərginlik artır: Müharibə riski nə qədər realdır? - POLİTOLOQDAN AÇIQLAMA

Çin-Tayvan münaqişəsində gərginlik artır: Müharibə riski nə qədər realdır? - POLİTOLOQDAN AÇIQLAMAÇin-Tayvan gərginliyi son günlər yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tayvanın 2027-ci il üçün müdafiə xərclərini rekord səviyyəyə çatdırmağı və büdcəni 18 faiz artıraraq 1,1225 trilyon Tayvan dollarına yüksəltməyi təklif etməsi Pekinlə qarşıdurmanın daha da dərinləşdiyini göstərir. Yeni büdcədə dronlar, raketlər, sualtı qayıqlar və digər hərbi imkanların gücləndirilməsinə böyük vəsait ayrılması nəzərdə tutulur. Bu addım Tayvanın Çindən gələn hərbi təzyiqi daha ciddi təhlükə kimi qiymətləndirdiyi bir vaxtda atılıb. Pekin isə Tayvanı öz ərazisi hesab edir və adanın müstəqilliyinə qarşı çıxır.

Son həftələrdə Çinin Tayvan ətrafındakı hərbi fəaliyyəti, o cümlədən dəniz təlimləri və müxtəlif hərbi manevrləri diqqət çəkib. Gərginliyin yeni mərhələyə keçməsi Çin-Tayvan arasında hərbi qarşıdurma riskini artırırmı və Pekin Tayvana qarşı hərbi əməliyyata hazırlaşır?

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Çin-Tayvan münasibətlərində hazırkı gərginliyi yalnız hərbi müstəvidə qiymətləndirmək düzgün olmaz. Burada həm də siyasi və strateji rəqabət var. Onun sözlərinə görə, Tayvanın müdafiə xərclərini rekord səviyyəyə çatdırmaq qərarı Pekinin artan hərbi təzyiqinə qarşı çəkindirmə siyasətinin bir hissəsidir: "Tayvan 2027-ci il üçün müdafiə büdcəsini 18 faiz artıraraq 1,1225 trilyon Tayvan dollarına çatdırmağı təklif edib. Bu vəsaitin böyük hissəsinin dronlar, raketlər və digər müasir hərbi imkanlara yönəldilməsi planlaşdırılır. Mən hesab edirəm ki, bu addım yaxın perspektivdə mütləq Çin-Tayvan müharibəsinin başlayacağı anlamına gəlmir. Əksinə, Tayvan mümkün hərbi ssenaridə Çinin qarşısında daha ciddi çəkindirmə gücü formalaşdırmağa çalışır.

Bununla yanaşı, hərbi xərclərin sürətlə artırılması Pekin tərəfindən də mənfi qarşılanır və nəticədə tərəflər arasında qarşılıqlı silahlanma və təzyiq prosesi daha da güclənə bilər. Ona görə də əsas məsələ hərbi qarşıdurmanın qarşısını almaq üçün siyasi və diplomatik kanalların açıq saxlanılmasıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 220
.