Azərbaycan qida məhsullarının keyfiyyətində niyə geri qalır? - MARKETOLOQDAN AÇIQLAMA

Azərbaycan qida məhsullarının keyfiyyətində niyə geri qalır? - MARKETOLOQDAN AÇIQLAMAAzərbaycanın qida bazarında məhsulların keyfiyyəti ilə bağlı müzakirələr son dövrlərdə daha da aktuallaşıb. Ölkədə qida təhlükəsizliyi və istehsal standartlarının təkmilləşdirilməsi istiqamətində addımlar atılsa da, Azərbaycan qida məhsullarının keyfiyyət baxımından digər keçmiş SSRİ ölkələri ilə müqayisədə geri qalması məsələsi gündəmə gəlir. Xüsusilə məhsulların tərkibi, istehsal texnologiyası, xammalın keyfiyyəti və keyfiyyətə nəzarət mexanizmləri bu məsələdə əsas müzakirə mövzularındandır.

Bəs Azərbaycan qida məhsullarının keyfiyyətində niyə digər keçmiş SSRİ ölkələrindən geri qalır? Bunun səbəbi nədir və vəziyyəti yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı marketoloq Aydın Məmmədov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan qida məhsullarının keyfiyyəti məsələsinə yalnız təhlükəsizlik prizmasından yanaşmaq düzgün olmaz. Onun sözlərinə görə, burada məhsulun dadı, tərkibi, xammalın keyfiyyəti, istehsal texnologiyası və istehlakçıya təqdim olunan dəyər də önəmlidir: "Digər keçmiş SSRİ ölkələrində bəzi yerli istehsalçılar məhsulun keyfiyyətinə və ənənəvi tərkibinə daha çox diqqət yetirirlər. Azərbaycanda isə bazarın qiymət həssaslığı bəzi hallarda istehsalçını daha ucuz xammal və daha aşağı maya dəyərinə üstünlük verməyə sövq edə bilər. Bu isə uzunmüddətli perspektivdə məhsulun keyfiyyətinə təsir göstərə bilər. Digər tərəfdən, rəqabət yalnız qiymət üzərində qurulmamalıdır. İstehsalçı üçün keyfiyyətli məhsul hazırlamaq, istehlakçı üçün isə keyfiyyətə görə daha çox pul ödəməyə hazır olmaq vacibdir. Əgər bazarda əsas üstünlük ucuz məhsula verilirsə, yüksək keyfiyyətli məhsul istehsal edən şirkətlərin rəqabət aparması çətinləşir.

Ona görə də Azərbaycanda qida sektorunda keyfiyyətin yüksəldilməsi üçün həm istehsal standartlarının, həm də bazar rəqabətinin gücləndirilməsi vacibdir. Hazırda Azərbaycanda qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması üçün AQTİ-nin laboratoriya şəbəkəsi fəaliyyət göstərir və məhsullarda mikrobioloji, kimyəvi-toksikoloji, fiziki-kimyəvi və digər göstəricilər üzrə sınaqlar aparılır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

06.11.2026 258
.

Qəfil infarkt riski kimləri təhdid edir?

Böyük şəhərlərdə yaşayan insanlar ürək-damar xəstəlikləri, xüsusilə infarkt riski ilə daha çox üzləşə bilərlər. Alimlər bunun əsas səbəblərindən birinin havanın çirklənməsi olduğunu müəyyən ediblər. xəbər verir ki, ABŞ-ın Yel Universitetinin mütəxəssisləri çirklənmiş havada olan ultrakiçik hissəcikləri

06.11.2026 217
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

06.11.2026 126
.

Ağstafada bir ailənin üç üzvü zəhərlənib

Ağstafada zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər. Faktla bağlı araşdırma aparılır

06.11.2026 185
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını

06.11.2026 187
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.